ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə49/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   45   46   47   48   49   50   51   52   ...   105
GÖZƏ KÜL ÜFÜRÜRLƏR
Az qala hər gün radio və televiziyada, qəzetlərdə Azərbaycanın dövlət xadimlərinin, hökumət rəhbərlərinin bəyanatlarına rast gəlirik: siyasi dünyagörüşünə görə heç kim təqib olunmur, heç kim işdən çıxarılmır, heç kimə təzyiq göstərilmir!

Bölgələrdən gələn xəbərlər isə bütün bunların əksini deyir. Belə çıxır ki, ya respublikanın başbilənlərinin bölgələrdən xəbərləri yoxdur, ya da öz əməllərini ört-basdır etmək üçün xalqın gözünə kül üfürürlər. Son zamanlar müxalifət qəzetləri əleyhinə başlanmış kampaniya da onu göstərir ki, yerlərdə kimin kimlə yeyib-içdiyini, kimin harada yığıncaq keçirdiyini, kimin dişini qurdaladığını diqqətlə izləyənlər qarşıdurmanı dərinləşdirən hadisələrdən xəbərsiz deyillər. Əksinə, onu planlı surətdə həyata keçirir və həm də istəyirlər ki, mətbuatda bunlar işıqlandırılsın.

Naxçıvan MR Daxili İşlər naziri Ramil Usubovun verdiyi 214 nömrəli əmrdə deyilir: “29 oktyabr 1993-cü il tarixdə Naxçıvan şəhərində Azadlıq meydanında AXC Naxçıvan MR bölgə üzvlə­rinin iştirakı ilə qeyri-qanuni mitinq keçirilmiş, həmin mitinqdə 1.500 nəfərdən artıq adam iştirak etmişdir. Mitinq iştirakçıları saat 730-da Naxçıvan MR DİN binası qarşısına gələrək Daxili İşlər nazirinin istefasını tələb etmiş, Daxili İşlər nazirinin iste’fası üçün bir sutka vaxt verərək, saat 2000 radələrində Nazirliyin inzibati binası qarşısından getmişlər. Müəyyən edilmişdir ki, həmin vaxt mitinq iştirakçıları ara­sında Ordubad Rayon Polis Şöbəsinin 12 nəfər əməkdaşı da olmuşdur.

Bunlardan əlavə, Azərbaycan Respublikası Daxili İşlər nazi­rinin 8 iyul 1993-cü il tarixli 8 nömrəli göstərişilə polis əməkdaşlarının hər hansı bir siyasi təşkilatın üzvü olması və ya keçirilən hər hansı kütləvi-siyasi tədbirlərdə iştirakı qadağan edilir.”

Qəribədir, verdiyi əmrlərdə qanunları və göstərişləri xatırlayan, onlara sədaqətlə əməl etdiyini sübut etməyə çalışan R.Usubov həmin mitinqin səhərisi Naxçıvan MR Ali Məclisi sədrinin müavini R.Həsənov, Naxçıvan MR baş naziri Ş.Xanba­bayev və prokuror H.Mustafayevlə birlikdə Naxçıvan televiziyası ilə çıxış edərək xalqı növbəti — noyabr ayının 2-də keçiriləcək mitinqə çağırmışdır. Hələ üstəlik, mitinqə adam çox gəlsin deyə kəndlərə avtobuslar, yük maşınları göndərilməsi üçün səy göstərmiş, idarə və müəssisələrə zəng vurub işçiləri mitinqə gətirmələrini tələb etmişlər.

Görəsən, nazir sıravi işçilərinə rəva görmədiyi bir işi özü niyə can-başla icra edir?!



Bunun üçün Ramil Usubovun ömür yolunu geniş təhlil etməyə ehtiyac duymuruq. 1988-ci ildə Naxçıvan MSSR Daxili İşlər naziri vəzifəsində işlərkən əhalidən — xüsusən sərhəd kənd­lərindən ov silahlarının yığılmasında necə canfəşanlıq etdiyini xatırlamaq kifayətdir. R.Usubov xaraktercə o qədər də kobud, mühafizəkar adam deyil. Adam onu bəzən başa düşməyə çalışır: “Neyləsin, balalarını dolandırmalıdır, ya yox?!” Odur ki, qanunlara deyil, ona “çörək verənlərin tapşırıqlarına” sədaqətlə əməl edir. Əgər belə olmsaydı R.Usubov xatırlayardı ki, indiyədək Naxçıvanda onlarca mitinqin əksəriyyəti icazəsiz keçirilib. Çünki şəhərin hakimiyyət orqanları heç vaxt “ağrımaz başlarına buz bağlayıb” mitinqlərin keçirilməsinə icazə verməyiblər.

Hətta H.Əliyev Naxçıvan şəhərinə gələndən sonra AXC fəal­larının bir qrupunun onun şərəfinə təşkil etdikləri mitinq də, H.Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçil­məsi üçün təşkil edilən mitinqlər də nazirin təbirincə desək, “qeyri-qanuni” idi.

Naxçıvan MR Daxili İşlər naziri Ramil Usubovun 214 nömrəli əmrindən narazı qalan 12 nəfər polis əməkdaşı işdən çıxarıl­mışdır. Onlar da müxtəlif ünvanlara məktub və teleqramla müraciət edirlər. Onların müraciətlərindən göstərilir ki, həmin gün Tofiq Şəfiyev, Fətəli Məmmədov məzuniyyətdə, Mürvət Cəfərov, Tariyel Qafarov Rayon Prokurorluğunda, Məhəmmədhüseyn Baxşı­yev, Mail Məmmədov, Hüseyn İsgəndərov Rayon Polis Şöbəsində növbətçi, Səttar İbrahimov atasının vəfatının ili ilə bağlı keçirilən yas mərasimində olmuşlar.

Lakin bu kiçik rütbəli işçilər görünür bilmirlər ki, onların şikayətlərinə baxan olmayacaq. Bu gün keçmiş iqtidarla “salamməleyküm” edənlərə az qala “xalq düşməni” statusu verildiyi bir vaxtda Ə.Elçibəyin yerliləri olan Ordubad polisinin şikayətini kim yoxlayacaq, onların mitinqdə olub-olmadığını kim qiymətləndirəcək?



Naxçıvan şəhərindəki Azadlıq (keçmiş Lenin) meydanında mitinq
Xalq hərəkatı başlayandan ürəkdən bu hərəkata qoşulan, ilk təşkilata üzv yazılan, sərhədlərimizin beş il ermənilərdən qoruyan, bu gün isə “xalq cəbhəsinin üzvü olubsan!” — deyə işdən azad edən nazir, ömrü boyu yuxarıların tapşırıqlarına canla-başla əməl edən, bir dəfə də olsun erməni quldurlarının basqınlarının qarşısını almağa getməyən, kabinetlərindən çölə çıxmayan, dü­nən kommunist partiyasının, bu gün Yeni Azərbaycan Parti­yasının kölgəsində daldalanan yüksək rütbəli zabitlərin siyasi əqidəsi haqqında niyə bir söz demir?!

Çünki Naxçıvanda baş verən qeylü-qallardan sonra R.Usubovu Naxçıvan MR Daxili İşlər naziri göndərənlər hakimiy­yət­də­dir­lər. Odur ki, nazir hələ Sədərəkdə xalq cəbhəsinin konfransını dağıtmaq üçün millət vəkilini girov götürən polis zabitlərinə də, Naxçıvan şəhərində keçirilmiş mitinqdə çıxış edən Yeni Azərbaycan Partiyasının Müdafiə Komitəsi rəhbərinin hədə və təhqirlərinə də göz yumur. Çoxları da bununla barışır. Hələ bərkə düşəndə deyirlər: “Dünən xalq cəbhəsi hakimiyyətdə idi, onların dediyini icra edirdik, bu gün YAP hakimiyyətdədir, onların tapşırığını yerinə yetiririk”.

İstəsək də, istəməsək də, hələlik qanunlara deyil, vəzifədə olanların tapşırıqlarına əməl edənlər çoxdur. Düşünürəm ki, Allah eləməsin, birdən rəhbərlikdə erməni oldu (1920-ci ildə və sonralar bu xalqımızın başına gəlib) onda qanunlara deyil, rəhbərlərə xidmət edənlər xalqın başına hansı müsibətləri açarlar?!
Müxalifət qəzeti, 1993, 11 dekabr, 124 (275), s. 6-7.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin