Toy neftdƏn xƏbƏr verir?!
Neft! Bu qara, kəsif qorxulu mayenin hikmətinə bax ki, arı şirəyə toplaşan kimi insanlar da onun ətrafında toplaşırlar. Toplaşırlar? Hələ vəziyyət gərginləşəndə onun üçün nəinki bir-birini, Hətta yüzlərlə insanı məhv edirlər. Onun acısını dadan çox olsa da, ləzzəti az adama müyəssər olur! Neftdən gələn gəlirin xərclənməsini statstika rəqəmlərindən öyrənmək olar. Amma statstikaya düşməyən rəqəmlər də var. Bu məbləğlər toylara, əyləncələrə, kef məclislərinə, hədiyyələrə xərclənir.
Türkiyədə çıxan ««KLIRS» jurnalı bu ilki nömrələrinin birində (Ekim 1994, № 27) rəngli şəkillərlə bəzənmiş «Kristal gelin gümüş anne» adlı məqalə dərc edib. Jurnalın yazdığına görə, İzmirli Ceyla xanım Gölçüklü ilə petrolçuluqla uğraşan Azəri ailənin Mahin-Şahruh Şahmavazın oğlu Şəhri ilə toyu təntənəli keçib. Çırağan otelində keçirilən toyda xeyli qonaq olub. Ceyla xanım üçün Parisdə modelyer Hayri Akduman tərəfindən ipəkdən hazırlanmış və brilyantla bəzənmiş gəlinlik paltarının qiyməti 1,5 mlyon lirə (təxminən 50 min dollara yaxın) olmuşdur (Anasının gümüş rəngli paltarı Neç də qızınınkından ucuz deyil).
Toya «Çox mübarək! Oğullu-qızlı olsunlar!» - deyə xeyir-dua verirlər. Bütün bunlar öz yerində.
Dostları ilə paylaş: |