ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə57/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   53   54   55   56   57   58   59   60   ...   105
GözƏgörünmƏz adamlar haradadır?
Cəbhəçiləri bə’zən “bolşevik əhval-ruhiyyəli”likdə ittiham edirlər. Amma bir fakt göstərmirlər ki, xalqı kölə vəziyyətində saxlayanlara, seçkiləri saxtalaşdıranlara, illər boyu pambıq, üzüm, taxıl, tərəvəz “pripiska”sı ilə məşğul olanlara, institutlara rüşvətlə tələbə qəbul elətdirənlərə, bir sözlə rüşvətxorlara, dələduzlara, vətən xainlərinə cəbhəçilər hansı divanı tutdular?

Bu gün isə altı ay, bir il hakimiyyətin müxtəlif struk­tur­la­rında olanların və olmayanların məhkəməsi gedir. Respub­li­ka böyük bir məhkəmə salonunu xatırladır. Amma ötən illərdəki gü­nah­­larını üç-beş ay müxtəlif vəzifədə işləyənlərin boyun­la­rı­­na yıxmaq istəyənləri “bolşevizmdə” günahlandırmaq istə­yən deyəsən yoxdur.

Bu gün həbsxanalarda nə vaxt məhkəməsi olacağını göz­lə­yən, məhkəmələri aylarla süründürülən, qanunsuz cəza çəkən cəb­hə­çilərin hamısının “iqtidarın əleyhinə olduqlarına görə həbs edilmişlər” hökmünü vermək doğru olmaz. Onların bə’zisi Xalq Cəbhəsinin hakimiyyəti dövründə yüksək vəzifə tutsa da, bu­gün­­kü iqtidarı daha yüksək qiymətləndirir, çox vaxt açıq-saçıq onun tərəfini saxladıqlarını gizlətmirdilər. Həbs olunanlar ara­sında ayrı-ayrı şəxslərinin fərdi intiqamının “məh­sul­la­rı»da yox deyil. “Qurd dumanlı gün axtarar” atalar məsəlində de­yil­­diyi kimi ara qarışan kimi hərə öz “işini görmək”, inti­qa­mı­nı almaq fikrinə düşür.

Əlbəttə, belə qarışıq vaxtda daim diqqət mərkəzində olan, hə­mi­şə valyuta mənbəyi sayılan, uçotuna “əl gəzdirmək” asan olan balıq, kürü məsələsi maraq dairələrindən kənarda qala bil­məzdi. Hələ SSRİ-nin dünyaya meydan oxuduğunu, sosializmin çi­çək­lən­di­yi zamanlarda xaricə qanunsuz kürü, nərə və qızıl ba­lı­­ğın satışı ilə bağlı yaranan qalmaqallar haqqında söz-söh­bət­lər Kremlin “dəmir pərdələri”ni də yarıb xalqa çatırdı. Qa­nunsuz kürü satışı uğrunda mübarizə ayrı-ayrı qrupları üz-üzə qoyurdu. Bu qruplara, nüfuz dairəsinə SSRİ-ni idarə edən şəx­s­­­­­­lərin daxil olduğu söylənilirdi.

SSRİ dağılsa da ayrı-ayrı klanların, qrupların nüfuz dairəsi asanlıqla dağılmır. Çünki onların xarici ölkələrdə ən­ənəvi “sədaqətli” partnyorları var. Onlar gəlirləri azal­­­ma­sın deyə SSRİ-dəki qrupları himayə edir, nüfuzlarını, möv­qelərini itirməsinə yol verməməyə çalışırlar. Özü də xari­­­ci filmlərdə, publisistik əsərlərdə gördüyümüz və oxuduğumuz ki­mi əsas simalar kənarda durur. Oyuna isə peşəkarları qoşur­lar.

Bu böyük cinayətkarlar qrupunun əməllərini açıb-ağarda bilə­cək nə hüquqşünaslarımız, nə də jurnalistlərimiz yetişib. Bəl­kə də xarici ölkələrdə yaşayan hansısa jurnalistin bu mövzu­­­­­da kitabı da çıxıb. Amma hələlik bizə gəlib çatmayıb. Moskvada yaşayan həmkarlarımız da görünür, hələ bizdən çox irə­­li gedə bilməyiblər. Ya da jurnalist D.Xolodovun faciə­sin­dən “ibrət dərsi” götürüblər.

Əgər Moskvadakı “böyük qardaşlarımız” bu işə baş qoş­mur­­larsa, biz nəkarəyik ki, belə işlər haqqında söz açmağa meyl göstərək. Bizimki xırda-para işlərdir. Özümüzün qabiliy­yə­ti­miz və bacarığımız səviyyəsində göz qabağında olan faktların qısa xülasəsini oxucuya çatdırmaq bəsdir!



1993-cü ilin avqust ayının 10-da “Azərbalıq” Dövlət Kon­ser­ninin sədri Hafiz Hacıyev həbs olunub. 3 aya yaxındır ki, Azər­­baycan respublikası Ali Məhkəməsinin binasında məhkəməsi gedir.

Hələ nə qədər davam edəcəyini də dəqiq bilən yoxdur. Məh­kə­mənin gedişi haqqında müxtəlif qəzetlər, informasiya agent­likləri xeyli məlumat yayıblar. Odur ki, biz məhkəmənin gedi­şi­ni geniş işıqlandırmaq fikrindən uzağıq.



Məhkəmədə şahid sifətində dindirilən “Azərbalıq” Döv­lət Konserninin direktoru əvəzi Nuşirəvan Rüstəmovun (N.Rüstə­mov Hafiz Hacıyevin vaxtında sədrin birinci müavini işləyib. Xaricə kürü satışı müqaviləsinin bə’zilərini N.Rüstə­mov imzalayıb) dediklərindən bəzi­lərini oxuculara çatdır­maqla kifayətlənəcəyəm.

Zamana adamı, öz işini yaxşı bilən, iş yoldaşlarının yaxşı mütəxəssis kimi qiymətləndirdikləri Nuşirəvan Rüstə­mov məhkəmədə təmkinlə danışır, lazım olandan artıq bir söz və ağzından qaçırmırdı. Keçmiş həmkarı (H.Hacıyev — red.) haq­qında da müsbət fikir söylədi. Bildirdi ki, o, bacarıqlı, tələb­kar yoldaş idi.

Kürü istehsalı sahəsində üç ilin rəqəmini də sadaladı. Bil­dirdi ki, 1992-ci ildə 2,2 ton, 1993-cü ildə 19,2 ton (H.Hacıyev konserninin sədri işlədiyi vaxt), 1994-cü ildə isə 1,5 ton balıq kürüsü istehsal edilib. Həştərxandan gətirilən də nəzə­rə alınsa, keçmiş sədrin səyi nəticəsində Azərbaycanda 45 tondan çox kü­rü e’mal edilərək satışa hazırlanıb. Bu, Azərbaycan balıq­çı­lı­ğı tarixində ən yüksək göstərici hesab olunur.



İlk dəfə xarici bazara Azərbaycan müstəqil dövlət kimi kürü çıxardıb. Kiloqramı 80 dollara kürü satmaq haqqında müqa­vi­lə (müqaviləyə H.Hacıyev ABŞ-da ezamiyyətdə olduğuna görə I müa­vin kimi N.Rüstəmov imza atıb) imzalayıb. Prokurorluq kü­rü­nü “ucuz satdıqlarına görə” yoxlama aparıb. Müqavilə pozulub. Sonradan kürünü əvvəlki qiymətindən 30 dollar baha, yəni 110 dollara satmaq haqqında müqavilə bağlanıb. Daşınma, rek­lam və s. xərcləri Azərbaycan tərəf ödəməklə! Sonda mə’lum olub ki, elə 80 dollara satılsaymış, respublikanın gəliri daha çox olarmış.

Bu da prokurorluğun işə qarışmasının nəticəsi!

H.Hacıyevin işlədiyi müddətdə kürünü satmaq üçün xaricdə xüsu­si şüşə qablar istehsalına başlanmış, kürü e’mal edən və qab­lara dolduran maşın alınıb H.Zeynalabidin adına qəsəbədəki zavodda quraşdırılıbmış. O, həbs edildikdən sonra nəinki bütün bu işlər dayandırılıb, hətta satılmaq üçün hazır­lanmış 10-12 ton kürü, ABŞ-ın Xavyar-AN-Xavyar fir­ma­sı­na (məhkəmədə bildirildi ki, təmiz duzda saxlanan kürünün saxlanma müddəti 2,5 aydır. Amma satılandan 6-7 ay sonra bizim mütəxəssislərin iştirakı ilə akt bağlanıb ki, kürü xarab olub) üzərində lazımi əməliyyatlar aparılıb. Xaricə ezamiyyətə gedənlərin nə qədər xərclədiklərini bilmədik. Amma 6-7 ay son­ra “xarab olmuş” kürünün aktlaşdırılması respublikamıza 310 min ABŞ dolları məbləğində zərər vurmuşdur.

Hafiz Hacıyev məhkəmədə bildirdi ki, İran İslam Respub­li­kasının Ənzəli şəhərindənki balıq zavodu ildə 100 ton kürü isteh­sal edir. Azərbaycanda isə ondan çox kürü istehsal etmək müm­kündür.



Bax, elə məsələ buradaca qəlizləşir. Demək, kimsə illərdən bəri davam edən ənənəni pozmağa cəhd göstərib. Necə deyərlər, istehsal edilən, satılan kürünün uçotunu aparmaq, ora­dan gələn gəlirin ayrı-ayrı adamların cibinə deyil, respub­li­ka­nın büdcəsinə daxil edilməsinə cəhd edirmiş. Nəticə göz qabağındadır.

Məhkəmədə sözəbaxan icraçılar görünür kürü isteh­sa­lı­nı və satışını uzun illər boyu inhisara alanların nə adları çəkilir, nə də özləri görünür.


Cümhuriyət qəzeti, 1995, 12 yanvar, 2, (38), s. 3.

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin