ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə68/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   64   65   66   67   68   69   70   71   ...   105
Aydın Kərimov: — Hadisəni törədənlərin yüksək dövlət vəzifələrində olduğu, siyasətin qanundan üstün tutulduğu, hakimlərin qanun və ədaləti deyil, yuxarıların iradəsini icra etdiyi şəraitdə əvvəlcədən heç nə demək olmaz.

Bircə şeyi deyə bilərəm: bir neçə ildən sonra bugünkü hadisələrdən bəhs edəcək əsər yazmaq istəyəcək “ədalət və həqiqət” carçıları olan hörmətli şair və yazıçılarımız fürsəti əldən verməyib material toplasınlar. Hələ ki, imkan var, sonra arxivlərdə qurdalanmalı olacaqlar.



M ü x b i r: — Müsahibəyə görə çox sağ olun.
Müsahibəni yazdı: Əli Şamilov.
Azadlıq qəzeti, 1994, 20 oktyabr

ÇÖRƏYİN QİYMƏTİ YENƏ DƏ ARTDI…

VƏ YA UCUZ ŞÖHRƏTİN NƏTİCƏLƏRİ
1992-ci ilin günlərində Azərbaycanda çörəyin qiyməti üç dəfəyə yaxın artırılaraq, 90 qəpikdən iki rubl 60 qəpiyə qaldırıldı. Naxçıvan MR Nazirlər Kabineti Azərbaycan Hökümətinin bu qərarına etiraz edərək yerli televiziya və radio ilə bildirdi ki, çörəyin qiyməti qaldırılmayacaq.

Yanvar ayının 7-də Naxçıvan MR Ali Sovetinin Rəyasət Heyətinin geniş partiya təsərrüfat fəallarının yığıncağını xatırladan iclası çağırıldı. Yerli televiziya və radio ilə birbaşa yayımlanan həmin iclasda elan edildi ki, əhalinin güzəranı pis olduğuna, işsizlik baş alıb getdiyinə, ailələrin çoxu yalnız təkcə çörəyə möhtac olduğuna görə Muxtar Respublikada çörəyin qiyməti artırılmayacaq. Bu qərar nəinki Naxçıvan MR-də, Azərbaycanın əksər şəhər və əkndlərində də böyük maraq doğurdu. Azərbaycan Respubilkası Nazirlər Sovetinin sədri H.Həsənov Nax­çıvana H.Əliyevə zəng vurub xahiş və minnət etsə də, qərarın Azərbaycan dövlətçiliyinə zərbə vurduğunu söyləsə də, əhəmiyyəti olmadı.

Əksinə Naxçıvan MR Ali Sovetinin sədri H.Əliyev gələcəkdə baş verə biləcək hər hansı bir təhlükədən özünü sovuşdurmaq üçün 1992-ci ilin aprelində çağırılmış yığıncaqda çörəyin qiymətinin qaldırılmamasını geniş müzakirə etdi (yenə də radio-televiziya ilə canlı yayımla!!!)

Deputatların əksəriyyəti bu oyunun əsl mahiyyətini başa düşmədiyindənmi, yoxsa H.Əliyevin qorxusundanmı, Ali Sovet sədrinin diktəsi ilə hazırlanmış qərarın qəbuluna səs verdilər. beləliklə, sədr məsuliyyəti deputatlarla bölüşmüş oldu.

Azərbaycanda çörəyin fərqli qiymətlərlə satılmasının doğurduğu bəlanı ilk görən və etiraz səsini ucaldan “Azadlıq” qəzeti (bax: 1992-ci il, 18 iyul, N38. Çörək bol olarsa, basılmaz Vətən.) oldu. 70-ci illərin pambıq, üzüm, taxıl, tərəvəz, heyvandarlıq və sənaye məhsulları “pripiskası” özünü yeni formada göstərdi. Muxtar Respublikanın çörək zavodları istehsal gücündən dəfələrlə artıq “çörək bişirir və əhaliyə satırdı”. 5 ay 15 gündə Muxtar Respublika büdcəsi “çörək əməliyyatından” 85 milyon manatdan çox zərər gördü. Naxçıvan MR Baş nazirinin birinci müavininin imzası ilə Ali Sovet sədri H.Əliyevə məktub göndərildi. Məktubda göstərilirdi ki, büdcə kəsiri gündən-günə artır, çörəyin qiymətini təcili olaraq respublika qiymətləri səviyyəsinə qaldırmaq lazımdır.

“Azadlıq” qəzetinin çıxışından altı-yeddi gün sonra Naxçıvanda yenə yeni bir teleşou göstərildi. Yenə də partiya təsərrüfat fəalları yığıncağını xatırladan təntənəli bir iclas. Yenə də teleradio ilə canlı yayım. Yenə də bəlağətli çıxışlar, rəhbərin şəninə tostlar. Bütün bunlar bir məqsədə xidmət edirdi: “Ey əhali, gör ki, biz sənin qədrini bilir, çörəyin qiymətini artırmırıq. Amma “Azadlıq” qəzeti və məqalə müəllifi bunu istəmir və gözügötürməzlik edir.” qəribə burası idi ki, bir həftə əvvəl Ali Sovet sədrinə məktubla müraciət edib çörəyin qiymətinin artırılmasının qaçılmaz reallıq olduğunu yazan Naxçıvan MR Baş nazirinin birinci müavini Məmməd Abbasov yazdıqlarının əksinə çıxış edərək, “Azadlıq” qəzetini günahlandırdı. Əhalinin güzəranının ağır olduğunu, bir çox ailələrin yalnız çörəyə möhtac qaldığını dönə-dönə vurğuladı. Qətiyyətlə bildirdi ki, muxtar respublikada çörəyin qiymətini qaldırmaq düşmənçilikdir.

Toplantıdan bir neçə gün sonra isə çörəyin qiyməti qaldırılıb respublika səviyyəsinə çatdırıldı. Qiymət artımının günahkarı kimi isə xalqa “Azadlıq” qəzetinin müxbiri, yəni bu sətirlərin müəllifi təqdim edildi. çoxları da bu təbliğatı asanlıqla həzm etdi.

deputatlardan, nə də mütəxəssislərdən durub etiraz etməyə, həqiqəti xalqa çatdırmağa cəsarəti çatan olmadı. Əksinə, H.Əliyevin yanında yaxşı kişi olmaq, vəzifə qazanmaq üçün xalqa yalan satdılar. çox təəssüf ki, bu gün xalq onu tez-tez aldadan deputatdan, mütəxəssisdən, rəhbərdən hesabat tələb etmir. Ona görə də bir çox deputatlar və mütəxəssislər xalqı aldatmaqda davam edirlər. Xalq isə yaxın keçmişdə olanları belə “asanlıqla unudur”.


Azadlıq qəzeti, 1994, 13 dekabr.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin