Naxçıvan MR Ali Məclisinin sədri
H.ƏLİYEV
Naxçıvan şəhəri,
04 sentyabr 1991-ci il.
“Varlıq” qəzeti, 1991, 8 sentyabr, № 10, s.2.
SSRİ-də FÖVQƏLADƏ VƏZİYYƏT ÜZRƏ
DÖVLƏT KOMİTƏSİNİN QƏRARLARINA
NAXÇIVAN PARTİYA və SOVET TƏŞKİLATLARININ
MÜNASİBƏTİNİ ARAŞDIRMAQ SAHƏSİNDƏ
DEPUTAT KOMİSSİYASI YARADILMASI HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİNİN
Q Ə R A R I
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi q ə r a r a a l ı r:
SSRİ-də Fövqəladə Vəziyyət Üzrə Dövlət Komitəsinin demokratiyaya və eləcə də konstitusiyaya zidd qərarlarına Naxçıvan Muxtar Respublikasının partiya və sovet təşkilatlarının yerinə yetirilməsi, mətbuatın, televiziya və radionun bu qərarlara münasibətini araşdırmaq üçün aşağıdakı tərkibdə deputat komissiyası yaradılsın:
Komissiyanın sədri: Qafar Məmmədov.
Komissiyanın üzvləri: Fəxrəddin Şirzadov, Elman Cəlilov, Telman Sadiqov, Rövşən Cəlilov, Həsən Xəlilov.
Dostları ilə paylaş: |