Naxçıvan MR Ali Məclisinin sədri
H.ƏLİYEV
Naxçıvan şəhəri,
05 sentyabr 1991-ci il.
“Varlıq” qəzeti, 1991, 8 sentyabr, № 10, s. 2.
PREZİDENT SEÇKİLƏRİ HAQQINDA
NAXÇIVAN MR ALİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Ali Sovetinin 26 iyun 1991-ci il tarixli qərarı ilə 8 sentyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilməsi müəyyənləşdirilmişdir.
Prezident seçkiləri Azərbaycanda demokratiyanın və xalqın səsinin boğulması şəraitində keçirildiyindən bütün demokratik qüvvələr həmin seçkilərin təxirə salınmasını tələb etsə də, nəyin bahasına olursa-olsun hakimiyyəti əlində saxlamağa çalışan A.Mütəllibov və onun qarşısında müti olan Azərbaycan Respublikası Ali Soveti seçkilərin təxirəsalınmasına bütün vasitələrlə mane olur.
1990-cı il 19 yanvar Bakı qırğınlarından il yarımdan artıq müddət keçməsinə baxmayaraq həmin hadisələrə siyasi və hüquqi qiymət verilməmiş, bir sıra orqanlar və informasiya vasitələrinin mə’lumatlarında A.Mütəllibovun Bakıya qoşun yeridilib dinc əhalinin gülləbaran edilməsi, tankların və zirehli transportyorların altına salınmasında təqsirli olması bildirilsə də hətta özü belə bunu təkzib etməmişdir.
Təsadüfi deyildir ki, Bakıya qoşun yeridilməsi və Naxçıvan torpağına ermənilərin hücumu eyni vaxta düşüb. Naxçıvan torpağında günahsız qanlar axıdılması, hətta uşaqların belə erməni güllələrindən tələf edilməsi xalqımızın gələcəyi haqqında daha ciddi düşünməyə bizi vadar edir.
1991-ci il 19-21 avqust dövlət çevrilişi və fövqəl’adə vəziyyət üzrə dövlət komitəsinə münasibətdə də A.Mütəllibov özünün irticaçı mövqeyini gizlətməmiş, cinayətkarları açıq-aşkar müdafiə etmişdir.
A.Mütəllibovun alternativsiz namizədliyi, Azərbaycanda faktiki olaraq çoxpartiyalılığın mövcud olmaması, yeganə müxalifət qüvvəsi olan xalq cəbhəsinin zorakılıq və qanunsuzluqlara görə seçkilərdə iştirakdan imtina etməsi, seçki komissiyası və məntəqəsi üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin edilməsi, nəhayət A.Mütəllibovun əsas dəstəkləyicisi olan Kommunist Partiyasının süqutu prezident seçkilərinin dayandırılmasını zəruri etmişdir.
Bütün bunlarla yanaşı nəzərə alınmalıdır ki, prezident seçkiləri Azərbaycan xalqının qərinələrlə sürən azadlıq arzusu ilə bağlıdır və bütün xalqın istəyi və iştirakı təmin olunmalıdır. Bu seçkilər kiminsə hakimiyyət hərisliyindən doğan arzusunun təmin olunmasına yönəldilə bilməz. Nəhayət prezident seçkilərinin tə’xirə salınmasında qanunsuzluq yoxdur, yalnız ədalətin və xalq istəyinin yerinə yetirilməsinə xidmət edir.
Bütün bunları nəzərə alaraq Naxçıvan MR Ali Məclisi q ə r a r a a l ı r:
1. Azərbaycan Respublikası prezidenti seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsi dayandırılsın.
Dostları ilə paylaş: |