p r o t o k o l u n d a n ÇIXARIŞ № 4 Naxçıvan şəhəri cəbhənin qərargahında keçirilir. İştirak edir: 14+6 (6 nəfər yubanmışdı) məclis üzvləri və icra aparatının üzvləri.
G ü n d ə l i k d ə:
1. Cəbhənin Naxçıvan şəhər müdafiə komitəsinin özünü buraxması haqqındakı bəyanata münasibət.
2. AXC Naxçıvan MR Şöbəsi Məclisinin 13 fevral 1992-ci il tarixdə keçirilən fövqəladə sessiyasının “Xalq Cəbhəsindən rəhbər vəzifələrə göndərilən şəxslərin geri çağırılması” haqqındakı qərarına münasibət.
3. Cəbhənin futbol komandasının maliyyələşdirilməsi haqqında.
4. AXC məclisinin qərarı ilə əlaqədar olaraq 29 fevral 1992-ci il tarixdə ümumrespublika mitinqinin keçirilməsi haqqında.
5. Naxçıvan MR Nazirlər Kabinetinin sədri Baş nazir vəzifəsinə Cəbhənin ön nümayəndəsini namizəd verilməsi haqqında.
AXC Naxçıvan MR Şöbəsi Məclisi səhər saat 1000-1900 müddətində yuxarıda göstərilən məsələləri geniş müzakirə edərək, aşağıdakı qərarları qəbul etmişdir.