ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə33/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   29   30   31   32   33   34   35   36   ...   105
«Azadlıq» qəzeti, 1992, 27 may, 43 (143).

DöyüşlƏr sƏngimƏk bilmiR
Mayın 21-də muxtar respublika ərazisindəki sərhəd qoşunlarının zabitləri ağ rəngli “Niva” ilə Ermənistana silah və pul, “Ural-373” markalı dövlət nömrəsi 75-12-03 olan maşınla benzin və silah apararkən Sədərək körpüsündəki gömrük işçiləri tərəfindən yaxalanıblar. “Ural-373” markalı dövlət nömrəsi 75-12-03 olan maşını hərbiçilər qaçırmaq istərkən gömrük işçisi Faiq Rzayev ayağından yaralanıb. Rus ordusunun iki kapitanı maşını sürüb sərhəd zastavasında gizlədiblər.

Bunlara etiraz əlaməti olaraq Naxçıvan şəhərində qadınlar mayın 22-də yürüş keçirdilər. “Şapoşnikova, Burbulis, Qraçova və onların Naxçıvandakı əlaltılarına ar olsun!”, “Rus ordusu ermənilərin çaldığı ilə oynadığınız bəsdir!”, “Ya bizi müdafiə edin, ya da rədd olun!”, “Erməni təcavüzkarlarının havadarlarına ar olsun!” və başqa şüar, plakatlar tutmuş qadınlar H.Cavidin qəbri önündən diviziyanın qərərgahı qarşısına yürüş keçirdilər. Naxçıvan MR Ali Məclisinin xalq deputatı, diviziya komandiri, general Slobeşeviç nədənsə yürüş iştirakçısı olan qadınların qarşısına çıxmağı özünə sığışdırmamışdı. Qadınlar Rusiyanın əsgər analarına müraciətlərini, eləcə də tələblərini yürüşü işıqlandıran xarici ölkə jurnalistləri arasında yaydılar.

Diviziya qərargahına tələblərini verib dağılışan yürüş iştirakçılarından bir dəstəsi Naxçıvan MR Ali Məclisinin qarşısına döndü. Qadınların yürüşünə tamaşa etməyə toplaşan kişilər də böyük həvəslə oraya gəldilər. Böyük bir mitinq alındı. Heydər Əliyev toplaşanlar qarşısına çıxaraq qadınların hərəkətini alqışladığını, sərhəd döyüşlərini dayandırmaq üçün apardığı danışıqlardan söhbət açdı.

İtkin düşənlər haqqında ara-sıra söhbətlər eşidilsə də, dəqiq mə’lumat verilmir. Ehtimal ki, onların sayı 16 nəfərə yaxındır. 14 nəfər yaralı tə’cili Türkiyəyə yola salınıb.

Mayın 22-də Naxçıvan televiziyası ilə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev bildirdi ki, Levon Ter-Petrosyanla və Ermənistanın başqa rəhbərləri ilə danışıqlar aparıb. Levon Ter-Petrosyan danışıqlar aparmaq istədiyini bildirib. Heydər Əliyev də Ermənistan prezidentinə bildirib ki, bu təkliflərlə biz razıyıq. Qarabağdakı İran İslam Respublikasının müşahidəçilər qrupunun rəhbəri Məhəmmədəli Puşiyari də bu günlərdə Naxçıvan­dadır.

Ermənistan ərazisindəki 14-cü sərhəd zastavasının yaxınlığından atılan mərmilər Sədərəyə daha çox dağıntı verir. Nədənsə rəsmi dairələr bu zastavanın adının çəkilməsini istəmir. Mayın 22-də saat 19.20 radələrində cəbhə xəttindən Səyavuş Mustafayev telefonla xəbər verdi ki, oradan atılan 7-8 mərmidən 2 nəfər yaralanmışdı. Naxçıvan MR Ali Məclisi isə Azərbaycan televiziyası ilə həmin faktı təkzib edir.


R.S. Ə.Şamilov Naxçıvandan telefonla xəbər verir:

Yaralılar Ərzurum xəstəxanalarında yerləşdirilib. Türkiyədən Naxçıvana 9 nəfər tibb işçisi, habelə ərzaq və tibbi ləvazimatla dolu maşınlar gəlib. Ermənilərin işlətdikləri silahların tərkibində kimyəvi maddə olub-olmamasını yoxlamaq məqsədi ilə “Qırmızı Aypara” beynəlxalq cəmiyyətinin nümayəndələri də Naxçıvana gəliblər.
Azadlıq qəzeti, 1992, 27 may, 43 (143), s. 3


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin