ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə42/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   38   39   40   41   42   43   44   45   ...   105
7 NOYABR ATƏŞFƏŞANLIĞI
Noyabrın 7-də Naxçıvan Şəhər Daxili İşlər Şöbəsi ya­xınlığında baş verən atışma ətraf məhəllərdə yaşayanları təşvişə salmışdır. Həmişə olduğu kimi “naməlum” qüvvələrə atəş açılıb. Yaralananlar və zərər çəkənlər olub. SMU-9-un gözətçisi Bayram Məmmədov, təcili yardım mərkəzinin sürücüsü Şamil Kazımov yaralanmış, növbətçi həkim Əli Qurbanov döyülmüşdür.

Təcili yardım mərkəzinin baş həkimi Ədalət Salmanovun MR Daxili İşlər Naziri Tahir Allahyarova yazdığı ərizəsindən: “7 noyabr 1992-ci il saat 19.40 dəqiqədə SMU-9-da çağırış verilmişdir. Növbətçi hakim Qurbanov Əli və sürücü Kazımov Şamil hadisə yerinə getmişdilər. Yaralını götürüb xəstəxanaya apararkən Şəhər Polis Şöbəsinin yaxınlığında duran polis nəfəri xəbərdarlıqsız təcili yardım maşınına atəş açaraq maşını sıradan çıxarmış, polislər növbətçi həkim Əli Qurbanovu döymüşlər. Cəzasız qalacaqlarına arxayın olan polis nəfərləri barədə cinayət işi qaldıraraq onların haqlı cəza almaları üçün tədbir görmənizi xahiş edirəm”.

Əməkdaşımız hadisə ilə bağlı Naxçıvan MR Daxili İşlər naziri T.Allahyarovdan daha ətraflı məlumat almaq istəmişdir. Yeni təyin olunmuş nazirin cavabı qısa və konkret olmuşdur: “Hələlik istintaq gedir. Bu haqda məlumat vermək olmaz”.
***

AXC Naxçıvan MR bölgəsinin sədr müavini Həsən Əliyevin münaqişə ilə bağlı dedikləri:

— Şəhərdə atışma səsini eşidən kimi Naxçıvan MR Dİ naziri Tahir Allahyarova zəng vurub vəziyyəti öyrənmək istədim. Dedi ki, polis idarəsinə basqın ediblər. Onda mən təklif etdim ki, basqınçılara qarşı əməliyyatı birgə keçirək, Xalq Cəbhəsi fəalları polisə köməyə gəlsin. Cinayətkarlar yaxalansın, görək kimlərdir.

Tahir Allahyarov təşəkkürünü bildirdi, dedi ki, biz özümüz onların öhdələrindən gələ bilərik. Sizin uşaqlara xətər toxunar.

AXC Naxçıvan MR bölgəsi məclisinin üzvü Sabir İsmayılov da nazirin yanına gedib Xalq Cəbhəsinin köməyini təklif edib. Lakin eyni cavabı alıb.
Güney qəzeti, 1992, 28 noyabr, 4, s. 3.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin