ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə59/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   55   56   57   58   59   60   61   62   ...   105
Kazım Teymurlu: — İşə başladığım ilk aylardan işdən kimisə çıxarmaqla, hansı vəzifəyə kimisə qoymaqla əsaslı dəyişikliklərə nail ola bilməyəcəyimi hiss edirdim. Odur ki, idarəetmə mexanizmini yenidən qurmağı planlaşdırdım. Xarici ölkələrin həmkarlar təşkilatlarının proqram, nizamnaməsi ilə tanış oldum, təcrübəli, savadına və qabiliyyətinə bələd olduğum həmkarlar ittifaqı işçiləri ilə söhbət apardım.

Qəribəsi bu idi ki, SSRİ-də həmkarlar ittifaqlarının nizamnaməsi var idi, proqramı yox. Əziyyətə qatlaşıb bir qrup həmkarlar təşkilatına proqram və nizamnamə yazdıq. 1991-ci ilin avqust qiyamından sonra proqram və nizamnamənin layihəsini çap edib işə girişmək istədik. Azərbaycanda baş verən sonrakı hadisələr bizi gözləməyə məcbur etdi. 1992-ci ilin yanvar ayının 15-də Naxçıvan VHŞ-nın plenumunu keçirdik. Yığıncaqda 49 nəfər plenum üzvündən 39 nəfər iştirak edirdi. Qızğın diskussiyadan sonra ilk təşkilatlarda çox pərakəndəlik, çaşqınlıq olmasın deyə islahatı yuxarıdan — Vilayət Həmkarlar Şurasından keçirməyi razılaşdıq.

Plenumun qərarı ilə ilk təşkilatlar qalmaqla VHİŞ-nı və şuraya daxil olan komitələr buraxıldı. Onların bazasında yeni idarəetmə aparatı — işçi konfederasiyası yaradıldı.

“Ağrıdağ” qəzetində işçi konfederasiyasının nizamnamə və proqram layihəsi çap olundu. Açığını deyim ki, qızğın diskussiya, mübahisələr gözləyirdik. Amma əksinə oldu. Nizamnamə və proqram layihəsinin müzakirəsi qaldı kənarda. Həmkarlar təşkilatlarında uzun müddət rəhbər vəzifə tutanlar imtiyazlarının itəcəklərini başa düşüb hücum etdilər mənə və yeni yaratdığımız təşkilat komitəsinə. Plenumda əl qaldırıb qərar qəbul edənlərin də bəziləri fikirlərini dəyişdilər. İşçi konfederasiyasında işləməyə razılıq vermiş Kommunal Məişət və Yerli Sənaye İşçiləri Hİ Naxçıvan VK-nin sədri Yusif Cəfərov, Aqrar-Sənaye İşçiləri Hİ Naxçıvan VK-nin sədri Arif Hüseynov, VHİŞ-nın sədri Əli İbrahimov da sonradan köhnə aparatın saxlanılmasının tərəfdarlarına qoşuldular.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin