ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə61/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   57   58   59   60   61   62   63   64   ...   105
Kazım Teymurlu: — Naxçıvanda həyata keçirmək istədiyimiz islahat mühafizəkarların hamısını narahat etdi. AHİŞ-dən köhnə strukturu qoruyanlar hətta belələrini ilhamlandıranlar da tapıldı. Naxçıvan MR prokurorluğu da onlarla ərizə və şikayətə aylarla baxmadığı, cavab verməyə vaxt tapmadığı halda iki daşın arasında Naxçıvan VHİŞ-nın 15 yanvar 1992-ci il qərarını qanunsuz saydı.

Bununla da köhnə aparat işçilərinin yeni yaratdığımız təşkilat komitəsinin üzvlərini söyüb-döyməyə şərait yaratdılar. İşçilərimizin təhqir edilməsi, döyülməsi haqqında inzibati orqanlara, prokurorluğa göndərdiyimiz ərizələr isə cavabsız qaldı.

Yaxşı başa düşürdük ki, yeniliklə köhnəliyin mübarizəsində muxtar respublikanın bütün mühafizəkar qüvvələri əleyhdarlarımıza kömək edir. Bu da səbəbsiz deyil. Naxçıvan MR Ali Məclisinin sədri H.Əliyev mühafizəkarları öz ətrafına cəlb etmək üçün məharətli manevrlər edir. amma ruhdan düşmürük. İlk təşkilatlarla əlaqələri gücləndirir, məqsəd və məramımızı sıravi əmək adamlarına çatdırmağa çalışırıq.

Mart ayının 31-də İşçi Konfederasiyasının təsis qurultayını çağırdıq. Geniş müzakirədən sonra xeyli dəyişikliklə proqram və nizamnamə qəbul edildi. Aprelin 2-də isə yetərsay olmasa da, 22 nəfərin iştirakı ilə plenum çağırılıb buraxılmış Naxçıvan VHİŞ-nı bərpa etdiklərini bildirdilər. Hakimiyyətdə olanlar bundan məharətlə yararlanaraq İşçi Konfederasiyasının bankdakı hesabını dondurdular, yetərsaysız bərpa edilmiş təşkilata işləməsi üçün gözəl şərait yaratdılar.

Qarşıdurma olmasın deyə, biz bütün bunlara dözdük. Yeni ictimai təşkilat kimi qeydə alınmaq üçün Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciət etdik. Üç ay müxtəlif bəhanələrlə qeydə alınmağımızı yubatdılar. Bütün bunlar işləmək imkanlarımızı məhdudlaşdırmaq, tərəfdarlarımızın bezikdirib, bizdən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Acınacaqlısı burasıdır ki, bütün bunlar Azərbaycanda demokratik hərəkatın gücləndiyi günlərdə baş verirdi.

İyulun ortalarında yeni ictimai təşkilat kimi qeydə alındıq. Həmkarlar İttifaqlarının 400-ə yaxın ilk təşkilatı İşçi Konfederasiyasına qəbul olundu. Bu da muxtar respublikada olan Hİ üzvlərinin üçdə biri deməkdir. Yavaş-yavaş işlərimiz sahmana düşür. Əminik ki, gec-tez AHİŞ-də də bu proseslər baş verəcək.




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin