ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə66/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   62   63   64   65   66   67   68   69   ...   105
Aydın Kərimov: — Hazırda Azərbaycanda cəmiyyətdə mövcud olan ən böyük eybəcərliklərdən biri baş verir. Siyasi, iqtisadi, hərbi, mənəvi böhranlara hüquqi aşınma, qanunsuzluq da əlavə olunur. Biz Azərbaycanda yaşadığımıza görə məhz Azərbaycanda dedim. Əslində bu proses keçmiş Sovetlər birliyinə daxil olan ərazilərdə bir-birindən məğlubiyyət az və ya çox şəkildə davam edir. Siyasi böhranın zirvəsi dövlət çevrilmişi, iqtisadi böhranın zirvəsi pulun dəyərsizləşməsi və hiperinflyasiya, hərbi böhranın zirvəsi isə məğlubiyyət, mənəvi böhranın zirvəsi simasızlıqdır. İkiüzlülük, rüşvətxorluq, rus alimi P.Sorokinin dediyi “şakalizm” olduğu kimi, hüququ böhranın da zirvəsi Gəncə hadisələri ilə bağlı məhkəmədir.

Hüquqşünaslar həmişə deyiblər ki, əgər cəmiyyətdə cinayət varsa, cəza yoxsa bu dövlətin ədalətsizliyinə, mənəviyyatsızlığına sübutdur. Cinayət də, cəza da varsa, cinayətkar günahsızı ittiham edirsə bunun nəyə dəlalət etdiyini heç bir hüquqşünasdan eşitməmişəm. Yəqin ki, onlar bu qədər qanunsuzluğu təsəvvürlərinə gətirə bilməyiblər. Belə hallar qanunsuzluğun hökm sürdüyü dövlətlərdə, simasızlaşmış cəmiyyətlərdə baş verir. 20-ci illərin “sinfi düşmənlər”ini, 37-ci ilin “xalq düşmənləri”ni, 70-80-ci ilin illərin pambığı, üzümü, heyvandarlıq məhsullarını şişirdənlərin mühakimələrini xatırlasanız Sovet cəmiyyətinin əsl simasını anlayarsınız.

20 yanvar təcavüzündən sonra qatillərin Xəlil Rzaya, Etibar Məmmədova və Azərbaycanın yüzlərlə vətənpərvər oğluna qarşı qaldırılmış cinayət işi, əsl cinayətkarların xalq hərəkatına qarşı irəli sürdükləri ittihamlar belə hallara ən sonuncu misaldı. Canilər xalqı ittiham edirdilər ki, niyə öz hüququnuzu, öz haqqınızı müdafiə etmək üçün küçəyə çıxıbsınız? Dəhşət bax budur!

O ki, qaldı hüquqşünasların partnomenklatura “əsarət”indən qurtulması məsələsinə bu geniş bir mövzudur. Yalnız onu deyə bilərəm ki, meşələr şahı şiri qəfəsdən açıb buraxırlar. Gedib özünə yem tapa bilmədiyinə, ov ovlaya bilmədiyinə görə azadlığını bir qarın yeməyə qurban verib, yenidən qəfəsə qayıdır. Əsarətdən qurtulmağa gərək mənəviyyatca, ruhca hazır olasan. Mənən buna hazır olmayanda bax, indiki kimi — bizim cəmiyyətdəki kimi olur.



M ü x b i r: — Aydın bəy, sizcə bu həbslər, aylarla uzanan istintaqlar, bəzən məhkəmə salonlarından uzun-uzadı, birtərəfli telereportajları, hazırda davam edən məhkəmələr iqtidarın siyasi rəqiblərini nüfuzdan salmaq, müxalifəti əzmək, necə deyərlər, gözəl mənimsədikləri, adət etdikləri totalitar rejimi bərpa etmək üçün göstərilən cəhdlər deyilmi?


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin