Aydın Kərimov: — Müəyyən mənada siz dedikləriniz də var. Ancaq daha böyük cinayəti ört-basdır etmək, şahidləri cəzalandırmaq, xalq azadlıq hərəkatı iştirakçılarının gözünü qorxutmaq, dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün qurulmuş senariyə oxşayır. Amma senari hüquq baxımdan o qədər savadsız, icraçılar o qədər qabiliyyətsizdirlər ki, heç kimi nə aldada, nə də qorxuda bilirlər. Təsəvvür edin ki, az-çox savadlı və ləyaqətli hüquqşünaslar belə qondarma işlərdən imtina edirlər, ittihamçı kimi çıxış etmək istəmirlər.
M ü x b i r: — Naxçıvan MR Daxili İşlər naziri Ramil Usubovun istefasını tələb edən mitinq iştirakçılarının məhkəməsində əvvəl tamam başqa abi-hava hökm sürürdü. R.Usubov Dİ naziri təyin ediləndən sonra vəziyyət tamam əks istiqamətdə dəyişdi. Gəncə hadisələri ilə bağlı gedən məhkəmə prosesini necə qiymətləndirirsiniz?