ƏLİ ŞAMİL Çildirli аşiq irfani



Yüklə 0,78 Mb.
səhifə12/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   8   9   10   11   12   13   14   15   ...   64
(Şamil Əli, 2013:153)

Şeirdə adları çəkilən Gövhәr, Qul Qаrаnı, İrfаni, Küfdаdi, Qа­rа Zülаl, Аşıq Ömәr, Çöllü İsmаyıl, Аşıq Sеyfi, Ustа Polаt, Dә­li Tаmu, Mollа Xәlis Çıldır bölgəsinin ustad aşıqları olub. On­ların şeir qoşanları haqqında bilgimiz az da olsa var.

Gələcəkdə onların şeirlərindən bir toplu nəşr etdirməyi nə­zər­də tutduğumuzdan burada əlavə bilgi verməyə ehtiyac duy­mu­­ruq.

M. Fahrettin Kırzıoğlu 1936-37-ci illərdə Karsda “Özəl idarə təh­sil müfəttişi” işləyərkən 76 kəndi bir neçə dəfə gəzdiyini, für­sət tap­dıqda aşıq şeirlərini və folklor nümunələrini topladığını ya­zır. Araş­­dırıcı topladığı nümunələrin bir qismini 30 il sonra, yəni 1966-cı ildə “Türk kültürü” dergisinin sentyabr (sayı 47) sa­yında nəşr etdirib. O, şeirlərində nümunələr verdiyi çıldırlı aşıq­la­rın ad­la­­rını belə sadalayır : “Ahılkelekli Hasta Hasan, Ko­nul­yanlı (Al­tun­­kale) Çerkezoğlu, Ahıskalı Çirkini, Gülalı Xoca, Ahıl­kelekli Taştemir, Ahıskalı Emrah (İşığı), Üzeyri Usta (Fa­ki­ri), Ahıskalı Korhan, Ahıskalı Pir Mehdi, Hırtızlı Sevdayı, Hırtızlı Nihani, Ahıskalı Şehri, Azqurlu İsmail” (Kırzıoğlu Fehrettin, 1966 ).

Bu ozanların günümüzə kimi gəlib çatan şeirlərinə da­ya­na­raq onların ömür yolları, yaradıcılıqları haqqında söz demək olur. La­­kin bəstəkar aşıqlar, gözəl səsli aşıqlar, məclislər yola verən akt­­yor, rejissor aşıqlar haqqında isə heç nə deyə bilmirik. Çünkü əli­­mizdə heç bir bilgi yoxdur.

Qazaxıstana sürgün olunmuş Axısqalı bir ailədə doğulmuş gənc araşdırıcı İlham Katib “Aşuxlux sənəti” məqaləsində böl­gə­də yaşayan axısqalılardan Aşıq Şenlik, Aşıq Sümmanı, Aşıq Abbas, Aşıq Quleli (Qoçoğlu), Aşıq Şeydalı, Aşıq Sefili, Aşıq Cev­ri, Aşıq Emrah və b. haqqında xeyli material toplamaqla ya­na­şı, aşıqların çaldıqları 70 havanın da adını qeydə alıb. Bu ha­va­la­rın əksəriyyəti eyni adla bu gün də Azərbaycan aşıqları tə­rə­fin­dən ifa olunur. (Katib İlham, 2007:325).

Yazılı qaynaqlara və aşıqların ustadlarından eşitdiklərinə da­ya­nan araşdırıcılar bölgədə Suxaralı Şenlik, Narmanlı Sümmanı, Po­­soflu Faqiri, Hanaklı Mezlumi, Artvinli Şamili, Yusifelili Keç­fi, Ardanuçlu Efkari, Şavşatlı Recai və b. haqqında son illərdə xey­li araşdırmalar aparmışlar.

Bölgə aşıq mühitinin gözəl bilicisi, rəhmətlik Valeh Hacılar da araşdırmalarında tez-tez 18-20 yüzillərdə Axısqa bölgəsində ya­­şamış aşıqlardan Xəstə Hasanın, Qul Qaranının, Usta Poladın, Molla Xəlisin, Şeydayinin, Feydayinin, Lebisli Aşıq Nurunun, onun oğlu, Aşıq Şenliyin şagirdi olmuş Aşıq Balakişinin, Lebisli Aşıq Orucun, Aşıq Əhmədin, Aşıq Balabəyin, Aşıq Məftunun, Xır­tızlı Aşıq Həmzənin və b. adlarını çəkib, onların şeirlərindən nümünələr vermişdir (Hacılar Valeh, 2005).

Aşıq yaradıcılığı haqqında dəyərli araşdırmaların müəllifi, aşıq şeirləri və dastanlardan ibarət 20-dən çox kitab nəşr et­dir­miş, Si­vasdakı Cümhuriyyət Unversitetinin müəllimi, Doç. Dr. Do­­ğan Ka­ya Aşıq Şenlikdən söz açarkən onun şagirdləri haqqında belə ya­zır : Aşık geleneğinin çok güclü temsilçisi olan Şen­liyin çırak­ları (şagirdləri) da Karsın yetiştirdiği güclü aşık­­­lar­dan­­dır. Oğlu Aşık Kasım, köylüsü Aşık Mehmet, Aşık Sü­ley­man, Aşık Asker, Aşık İbrahim, Çıldırın Cala köyündən Aşık Hü­seyin, Çıldırın Bek­teşin köyündən Aşık İbrahimim oğlu Ka­sım, Arpaçayın Keçit kö­yün­dən Aşık Mansur, Arpaçayın Sosih kö­­yündən Aşık Mehmet, Aşık Merdan, Aşık Mirza, Çadıralı kö­yün­dən Aşıq Mevlüt, Muzu­lu Aşık Latif, Selimin Bezirgankeçit kö­yündən Aşık Ömər, Revanlı Bala Mehmet, ...Gümrülü Aşık Ah­met gibi aşıklar Şenlik kolu­nun önəmli simalarıdır. (Doğan Kaya, 2009:3, Doğan Kaya, 2012:10)

İstər keçmişdə, istər günümüzdə Çıldır bölgəsində yetişmiş, o mühitin təsirilə böyümüş aşıqlar Qul Qarani, İrfani, Xəstə Ha­san, Şenlik ənənəsini ləyaqətlə və sevə-sevə davam etdirirlər.

Bu günün özündə Türkiyədə yaşayan aşıqların çoxu ya keç­miş Çıldır əyalətində doğulanlar, ya da ata-babaları oradan olan­lar­dır. Onların sayı çox olduğundan adını çəkməyə ehtiyac duy­ma­dıq.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin