ƏLİ ŞAMİL Çildirli аşiq irfani


(Deniz Rasim, 2, səh. 14)



Yüklə 0,78 Mb.
səhifə44/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   40   41   42   43   44   45   46   47   ...   64
(Deniz Rasim, 2, səh. 14)

Rasim Deniz şeiri Nizaməddin Onkun “Türk folklor araş­tır­maları” dergisindən aldığını göstərir və ardınca Şair Sa­mının “Şeir məcmuəsi”ndən aldığı aşağıdakı variantı verir.
Camalın görməyə gündə bir kərə,

İbtidada qəzasıdır könlümün.

Mərhəmət yoxmudur fələkdə zərrə,

Çəksin, böylə əzasıdır könlümün.


Mənə sevdaların aldı yanımı,

Öldürsələr alan yoxdur qanımı,

Dost yolunda fəda qılam canımı,

Kəndi hüsn-i rızasıdır könlümün.

İrfaniyəm, bağçalıyam, bağlıyam,

Eşq oduna ciyərimi dağlıyam,

Yarın saçağında qolu bağlıyam,

Dəymə çəksin, cəzasıdır könlümün.



MÜNASİBDİR
Hər səhər, hər səhər ey şux-i huban,

Çıxıb salınmağa yol münasibdir.

Qulluğunda durub, xidmət etməyə,

Bizim kimi ədna qul münasibdir.


İşləmə əntari, basma firəngi,

Filəmənk şalvarın boncuğu rengi,

Bəyaz topuq ilə ediyor cəngi,

Çiftə tabancaya bel münasibdir.


Bir münasib cübbə yaraşır ona,

Yürüdükçə həyat verir insana,

Simiyanə kəmər, zərbab miltana,

Şamşəli qapuda dal münasibdir.


Belinə yakışır almaslı bıçaq,

Kaplama qılıcı, sərdə boyca haq

Ayətlə yazılı demiş ki qolçaq,

Zərnişan tüfəngə əl münasibdir.

Açılma İrfani, olursun nahax,

Dərdin pünhan eylə, dört yanına bax,

Mədh etdiyin dilbər mədhə müstəhax,

Ne qədər mədh etsən dil münasibdir.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin