ƏLİ ŞAMİL Çildirli аşiq irfani


(Deniz Rasim, 2, səh. 14)



Yüklə 0,78 Mb.
səhifə47/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
(Deniz Rasim, 2, səh. 14)

YANAĞINA
Bülbül sədalının, imran dillinin,

Mübtəla olmuşam al yanağına.

Əsər bad-i səba, qalxar çənbərə,

Tökülür zülfündən tel yanağına.


Hüsnün kitabını əzbərdən oxu,

İşığı bənd edər gözlərin şövqü,

İmandan rəng alub, ənbərdən qoxu,

Öylə cilvə verip gül yanağına.


Bir gün olur hüsnün bağı dərilir,

Dəli könül xəyallara sarılır,

İrfani der: axan qanlar durulur,

Dəysə bu sailin dil yanağına.



(Yunus Zeyrek, 37)

YAR İLƏ
Biz isə şux ilə eylədik fasıl,

Həm vuslat müyəssər, həm murad hasıl,

İkimiz birbirimizə olduq muttasıl,

Əcəb sinə-saf olduqda yar ilə.


Dəmi işrət etdik dünya cər yetər,

Məsud olub, həm şakıyıp, həm ötər,

Məyər onun dərdi məndən beş betər,

Ya incinə, ya küsə, ya darıla.


Demiş yarım xun-i bağrın əzməsin,

Getdi deyü sakın əlin üzməsin,

Mən onunam, məndın iraq gəzməsin,

Hazır olsun bir kaç həvadar ilə.


İrfani, bax bu cananın sözünə,

Demiş fikr etməsin özü-özünə,

Baxamadım keşiş babam üzünə,

Bunaldım qeyrət, yandım ar ilə.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin