ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Çıldır-Axısqa bölgəsinin tarixi haqqında



Yüklə 0,78 Mb.
səhifə5/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   2   3   4   5   6   7   8   9   ...   64
Çıldır-Axısqa bölgəsinin tarixi haqqında


Xalqların köçləri haqqında qaynaqlar yetərincə deyil. Buna gö­rə də hətta peşəkar tarixçilər belə bu mövzudan bəhs edərkən çox ehtiyatlı davranırlar. Çünki qaynaqlar az olduğunda araş­dırı­cı­lar eh­timallara dayanırlar. Buna görə də bölgənin tarixindən söz açar­kən türklərlə bağlı yazılı qayaqlar olan dövrə qısa bir nə­zər salacağıq.

Bölgəyə türklərin miladdan öncəmi, yoxsa sonramı yer­ləş­dik­ləri məsələsində tarixçilər arasında fikir ayrılığı var. Gürcü ta­rix­çiləri Sultan Alparslanın 1068-ci ildə Ardahan, Oltu, Tortum, Pe­neki tutduğunu, səlcuqların 1080-ci illərdə Acaraya qədər bü­tün bölgəyə sahibləndiklərini yazırlar. Gürcü çarı İkinci David səl­cuqların basqınının qarşısını almaq üçün Azov dənizi ilə Qaf­qaz dağları arasında yaşayan xristian inanclı qıpçaqların xanı ilə da­nışıq aparıb 45 min çadırlı bir toplumu 1118-1120-ci illərdə Çoruh ilə Kür çayı arasına köçürülməsinə nail olur. O həm də Gür­cüstana köçən qıpçaq bəyi Atrakın qızı ilə evlənməklə ailə bağ­larını möhkəmləndirmiş olur. Beləcə Kartlini səlcuqlardan qo­­­rumaq üçün qıpçaq türklərdən bir sipər yarada bilir. (Berdze­neşvili N. , Canaşia S. , 2000:142).



Gürcü çarı Dördüncü Davidin (1073 – 24 Ocak 1125) öl­kə­sini qorumaq üçün gətirdiyi xristian qıpçaqlar sonradan güc­lə­nə­rək Atabəylik yaradır və bölgəni müstəqil idarə etməyə çalışırlar. Onlar öncə bölgədəki az sayıda səlcuqluları 1125-ci ildə qo­vur­lar. Gürcü çarı Üçüncü Gorgi zamanında (1156-1184) da 20-30 min qıpçaq Gürcistana gətirilir. Qıpçaqlar gürcü çarlarının də­və­ti­lə gəlmələrinə baxmayaraq bölgədə güc sahibinə çevrildikdən son­ra onları gətirənlərə qarşı da çıxırlar. Sonrakı yüzilliklərdə qıp­çaqların xahişi ilə Əmir Teymur bir neçə dəfə Gürcüstana yürüş etməli olur.

Bölgənin tarixinin, folklorunun, etnoqrafiyasının öy­rənil­mə­si və təbliğində böyük xidmətləri olan Prof. Dr. Asif Hacılı yazır: “Türk-islam nüfuzunun Axısqada, ümumən cənubi-qərbi Qaf­qaz­da əhəmiyyətini belə bir fakt da təsdiq edir: həmin dövrlərə aid gür­cü mənbələrində indiki Gürcüstan ərazisi “Kartveloba” (“Gür­cüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) adlı iki hissəyə bölünür! Əsas mərkəzi Axısqa-Axılkələk və Borçalı olan “Didi Türkoba”nın hərbi-siyasi qüdrəti 13-cü yüzildə elə güc­lənir ki, İlxanlılar dövründə, yəni 1267-ci ildə türklər Axısqanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posof yaxın­lı­ğın­da Caksu qəsəbəsi olan Samshida qıpçaq bəyliyi yaratdıqlarını elan edirlər... Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və türk­lü­yünü saxlayıb, Axısqa bəyliyi, gürcü mənbələrində isə Saata­baqo, Samshi Saatabaqo (Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınıbdır (Hacılı 2014:5).

Qaraqoyunlular, Ağqoyunlular, xüsusən də Səfəvilər sü­la­lə­lə­rinin qurduqları dövlətlərlə öyündüyümüz halda, “bu dövlətləri bizim babalarımız qurmuşdur” deyə qürurlanmamışıq.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin