ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Aşıq İrfanı haqqında axtarışlarım



Yüklə 0,78 Mb.
səhifə14/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   10   11   12   13   14   15   16   17   ...   64
5. Aşıq İrfanı haqqında axtarışlarım
Aşıq İslam Erdenerlə söhbətimdən (1972) sonra Azərbaycan mət­­buatını, folklorşünaslığa dair ədəbiyyatı nə qədər araş­dır­dım­sa İrfani, Qul Qarani, Xəstə Hasan və Çıldır-Axısqa aşıqları haqqında dəyərli bir qaynağa rast gəlmədim. Tanınmış aşıq­la­rı­mızla söhbətlərimiz də bir nəticə vermirdi. Aşıq Hüseyin Saraclı mə­ni Ağbabalı Aşıq İsgəndər Gülməmmədova yönləndirdi.

Axısqa, Çıldır, Kars aşıq mühitinin mahir bilicisi olan sənət­kar­dan “Xəstə Hasanla İrfaninin deyişməsi”ni və bölgənin aşıq­la­rının şeirlərini, haqqlarında ağızlarda dolaşan söhbətləri yazıya al­dım. Aşıq İsgəndər vasitəsilə Xəstə Hasanın qohumlarından olan Aşıq Murtaza ilə məktublaşdım. Qazaxıstanın Talqar şə­hə­rin­də yaşayan Aşıq Murtaza da 1985-ci ildə Xəstə Hasanla İr­faninin deyişməsini və başqa şeirləri, rəvayətləri yazıb mənə gön­dərdi. Aşıq İslam Erdenerin, Aşıq İsgəndərin, Aşıq Mur­ta­zanın və Qa­zaxıstan Cümhuriyyətinin Çimkənd şəhərində ya­şa­yan Aşıq İlyas Dadayevdən toplanmış mətnlər arasında fərq ol­duq­ca cüzi idi.

Topladığım folklor nümunələrindən aydın olurdu ki, Xəstə Ha­­sanla çağdaş olan Aşıq İrfani hətta bir məclisdə deyişiblər. Aşıq İrfani ilə Xəstə Hasan arasındakı deyişmə zamanı söy­lən­miş bağlama və onun açması belədir:



İrfanı

Aradım, yoxladım könül şəhrini,

Gördüm bu könlümdə yenə dörd qaldı.

O dördün birini qaldırdım atdım,

Baxdım gerisinə yenə dörd qaldı.
Xəstə Hasan:

Ol yaradan bu dünyanı xəlq etdi,

Nişangahı dörd qıvladı, dörddü dörd.

Yoxdan var eylədi cəmi insanı,

Abı, ataş, xaki, badda dörddü dörd.
İrfanı:

Oxudum, oxudum mətləbə çatdım,

Bir bəzirgan tapdım yarısın satdım.

İndi də o dördün ikisin atdım,

Yenə baxdım gerisində dörd qaldı.
Xəstə Hasan:

Yoxdan var eylədi cümlə aləmi,

Endi fəriştələr, çəkdi qələmi,

Məhəmmədə gəldi haqqın salamı,

“İncil”, “Tövrət”, “Zabur”, “Quran” dörddü, dörd.
İrfanı:

İrfani de[yə]r bu sözləri alana,

Eyvallahım var təcnisi bilənə,

Üçün[ü] atdım, birini aldım qələmə,

Dörddən dörd tulladım yenə dörd qaldı.
Xəstə Hasan:

Dövr edilər [bu] dünya dönər, ha dönər,

Bir gün olar çıra bəndindən sönər,

Xəstə Hasan, sinən[ə] əzrayıl qonar,

Dörd kimsə aparar, yenə dörddü dörd.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin