ƏLİ ŞAMİL Çildirli аşiq irfani



Yüklə 0,78 Mb.
səhifə26/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   22   23   24   25   26   27   28   29   ...   64
(Yunus Zeyrək, səh. 37)

BAĞLANDI
Yeni başdan dərdə düşdüm oxlandım,

Dəli könlüm bir sevdaya bağlandı.

Özü şirin, sözü şirin, şux gözəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,

Hər kəmiyi yüz min türlü saz eylər,

Çarqatı çevirip tel pərvaz eylər,

Sanarsan bulutdu, aya bağlandı.


İrfani yenidən buldu bir dövlət,

Daha hərcayıya eyləməm minnət,

Əski beynəvadan qalxdı məhəbbət,

İndi könlüm Xürrəmzaya bağlandı.



(Onk Nizamettin, 8690)
Ensar Aslanın nəşr etdirdiyi şeirin yuxarıdakında elə bir fərqi yoxdur.

Rasim Denizin “Çıldırlı Aşıq İrfani” məqaləsində şeir aşa­ğı­dakı variantda verilib.
Necə odlanmayan, necə yanmayan,

Könül, bir saçı-leylaya bağlandı.

Özü şirin, sözü şirin şux güzəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Yar oturmuş, cila verir özünə,

Qudrət sürməsini çəkmiş gözünə,

Daranmış zülfünü, dökmüş üzünə,

Sanasan ki, bulud aya bağlandı.


Kəbeyi kevséyndir, qaşın əymələr,

Bu təriflə vəsf edəməz dəymələr,

Gülabət gömləyi, altun düymələr,

Takılandan qaşı yaya bağlandı.

İrfani yenicə buldu bir dövlət,

Dəymə, kimsələrlə eyləməz ülfət.

Əski sevdiyindən kahdı məhəbbət,

Şimdi könül bir yosmaya bağlandı.


Rasim Denizin həmin məqaləsində Nimetin Onkun mə­qa­ləsindən götürdüyü aşağıdakı variantı da verir:
Yeni başdan dərdə düşdüm, oxlandım,

Dəli könül bir sevdaya bağlandı.

Özü şirin, sözü şirin şux gözəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,

Hər kəmiyi yüz min dürlü söz eylər,

Çarqat çevirib, tel pərvaz eylər,

Sanarsan bulutdu, aya bağlandı.


İrfani yenidən buldu bir dövlət,

Daha hərcayıya eyləməm minnət,

Əski bivəfadan kahdı məhəbbət,

İndi könlüm Xürrəmzaya bağlandı.


Rasim Denizin həmin məqaləsində Saminin şeir məc­muə­sin­dən götürdüyü üçüncü variant belədir:
Necə ağlamayım şah-i ləvəhril,

Dəli könül bir sevdaya bağlandı.

Sözü şirin, kəndi nazik əfəndim,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Pəri-peykər cila vermiş özünə,

Qüdrətullah sürmə çəkmiş gözünə,

Siyah kəkilləri tökmüş üzünə,

Mən sandım ki, bulud aya bağlandı.

İrfaniyəm qönməz başa bir dövlət,

Qeyri yadlar ilə eyləməm ülfət,

Əski sevdiyindən kahdı məhəbbət,

Şimdi yeni bir sevdaya bağlandı.



BƏLASIDIR
Nədir bu həngamə vakt-ı səhərdə,

Dərdimənd bülbülün vaveylasıdır.

Məhəbbət yelləri əsdikcə sərdə,

Çək cəvrini, yarın baş bəlasıdır.


Mən halımı yara etsəm ifadə,

Mərhəmətsiz zalım gəlməz imdadə,

Sirr-i yar ilə mülk-i fənada,

Necə tərk eyləsin o sılasıdır.


Çox gördük, keçirdik fələk devrini,

Xeyli çəkdim bu dilbərin cəvrini,

Kimsə bilməz dərunumun, dərdini,

İrfani bir Türkmən mübtəlasıdır.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin