ƏLİ ŞAMİL Çildirli аşiq irfani



Yüklə 0,78 Mb.
səhifə34/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   30   31   32   33   34   35   36   37   ...   64
(Yunus Zeyrək, 36)


DÜŞƏSƏN
Başıma gətirdin olmaz qovğayı,

Barı könül sən de, qana düşəsən,

Maya səndən oldu, kimdən biləyim,

Bir vəfasız mehribana düşəsən.

Ağlamaqdan getdi gözüm qarası,

Sağalırmı böylə oxun yarası,

Min təbib cəm olsa yoxdur çarası,

Yara göyü yaradana düşəsən,

El içində məcnun oldu İrfani,

Bir şux Türkmənə qul etdin məni,

Bağrı yanıq, giryan olasan səni,

Olmaz dərdə, qəm- hicrana düşəsən.



(Ensar Aslan, səh. 32)
Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, son­ba­har, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr et­dir­di­yin­dən fərqi bunlardır: 2-ci misra “Yürü könül seni kana dü­şe­sin”, 3-cü misra “Mayasından oldu, kimden bileyim”, 5-ci misra “Göz süzende güzel edalaşanda”, 10-cu misra “Bir şuh-i Türk­man’a kul etti beni” kimidir

EDƏRLƏR
Aşiqi məşuqdan cüda qılanlar,

Bilməm onlar nə cəsarət edərlər.

Könül də Xüdanın nəzərgahıdır,

Onu yaxmasına qeyrət edərlər.


Varam, düşəm sultanlara, xanlara,

Bu xüsusda çıxdım çox divanlara,

Mənim bu işimə ket vuranlara,

Ruz-i məhşərədək ta׳at edərlər.


Hər təbib saramaz bu yaramızı,

Qəm-hicran kəsdi muradımızı,

İrfani der: bizim macəramızı,

Bizdən sonra bir hekayət edərlər.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin