ƏLİ ŞAMİL Çildirli аşiq irfani


(Atəş Əhmədli və Qədim Qubadlı, səh. 216)



Yüklə 0,78 Mb.
səhifə43/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
(Atəş Əhmədli və Qədim Qubadlı, səh. 216)

QIZLARIN
Əzəl bahar, yaz ayları gələndə,

Açılır bağçada gülü qızların.

Tərləmiş tərləmiş tökülmüş üzdən,

Axar ləblərindən balı qızların.


Hurilərin pərilərin eşisin,

Bu divanə könlümün yoldaşısın,

Əlli qızın, yüz gəlinin başısın,

Sarmağa gəlişür beli qızların.


İrfani der, öldüyümü bilsələr,

Yığılıp da cənazəmi qılsalar,

Məzarımı yol üsdündə qursalar,

Üstündən uğraşa yolu qızların.



(Yunus Zeyrək, 37)
Bu şeirin bir variantını Qazaxıstanın Talqar şəhərində ya­şayan Aşıq Mürtaza Xəstə Hasanın şeri kimi oxuyurdu. Ona gö­rə də biz “Axısqalı Xəstə Hasan” kitabına da daxil et­mişdik. (Bax: “Axısqalı Xəstə Hasan” (Şeirləri və şeirlərinin ya­ran­ma­sı haqqında söhbətlər), “Elm və təhsil” nəşriyyatı, 2012, səh. 95)

KÖNLÜMÜM
Dilbər sənin ilə badə içəlim,

Bu gün zövq-ü səfasıdır könlümün.

Dedim, hərcayıdən əl çəkmədin,

Dəymə, çəksin cəzasıdır könlümün.

Genə sevdaların aldı yanımı,

Yara peşkəş dedim şirin canımı,

Öldürsən də alan olmaz qanımı,

Kəndi hüsn-i rızasıdır könlümün.


Mənə vazgəl derlər ləb-i mərcandan,

Mən onu sevmişəm can ilə candan,

Ölərəm, ayrılmam zülf-i reyhandan,

Böylə əhd-i vefasıdır könlümün.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin