ƏLİ ŞAMİL Çildirli аşiq irfani



Yüklə 0,78 Mb.
səhifə9/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
(Qarapapaq, 2004:47-48).

Rusiya işğal etdiyi bölgədə möhkəmlənə bilmədiyini görərək bu­raya Osmanlıdan erməniləri, urumluları, Rusiyanın daxili əya­lət­lərindən malakanları və b. xristian xalqları köçürürdü. Bu da bir nəticə vermədikdə bölgədəki türkləri və müsəlmanları sürgün etməyi planlamışdı. Çar dövründə bu plan tədricən və müxtəlif bəhanələrlə həyata keçirilirdi.


2.4. Axısqa Sovet dövründə
Köçlər bölgədə türklərin sayını azaltsa da 1921-ci ilədək on­lar aparıcı xalq və söz sahibi olurlar. Belə ki, Ömər Faiq Ne­man­za­dənin başçılığı ilə 1918-ci ilin oktyabrın 29-da Axısqa Hö­ku­məti Müvəffəqitisi adlı bir hökumət qurduqlarını elan edirlər.

Kars İslam Şurasının dəvətilə 1918-ci ilin noyabrın 30-da Or­­dubad, Naxçıvan, Qəmərli, Sürməli (İğdir), Sərdərabad, do­ğu Şürügel, Axısqa və Axarkələkdən gəlmiş 60 nəfər nü­mayəndə (ikin­ci gün onlara başqa bölgələrdən gəlmiş 10 nəfər də qatılır) Ba­tumdan Ordubada və Ağrı dağından Azqurq qə­dər bir ərazidə dövlət qurmağı qərara alırlar. Həmin ərazidə qu­rulmuş Cənubi Qərbi Qafqaz Höküməti Müvəqqəti Mil­li­yə­sinin ömrü o qədər də uzun olmur. 1919-cu ilin aprelin 13-də İngilislər Karsda hiylə ilə Cə­nubi Qərbi Qafqaz Hökümətinin rəhbərlərini həbs edərək Mal­ta adasına göndərir və hökuməti də ləğv edir. (Cenub-i Garbi Kafkas Hükumeti, 1989:69)

Xarici güclərin təzyiqinə baxmayaraq Axısqa türkləri öz haq­ları uğrunda mübarizəni davam etdirirlər. Sərvər bəyin baş­çı­lı­ğı ilə Güney Qafqaz Əhalisinin Haqlarını Qoruma Mər­kəzi (Axısqa-Axarkələk Müsəlmanları Milli Şurasını) yaranır. Lakin bu qurumun da ömrü çox uzun olmur. Nisbi sakitlik 1921-ci ilin martınadək davam edir. Gürcüstanı işğal edən bolşeviklər martın 9-da Axısqanı da tuturlar.

1921-ci ilin martın 16-da bağlanmış Moskva müqaviləsi ilə Axısqa və Axarkələk bölgələri Gürcüstan SSR-in tərkibinə qa­tı­lır. Bundan sonra da sinfi mübarizə və kollektivləşmə adı altında əha­linin sıxışdırılması, təqibi, həbsi və sürgünlər baş­layır. Beləcə böl­gədə türk əhalisinin sayı gündən-günə azalır. 1926-cı ilin si­ya­hı­yaal­masında bölgədə 138 min nəfərə yaxın türk qaldığı qeyd edilir.

Sovetlər dövründə isə sürgün kütləviləşdi. 1921-1923-cü il­lər­də bölgədən türkləri, müsəlmanları Sovet hökumətinə mü­qa­vi­mət göstərməkdə təqsirləndirərək sürgün etməyə başladılar. Son­rakı illərdə onları dini təbliğatda suçlayıb sürgün etdilər. 1929-cu ildən sonra isə ailəliklə sürgün olunanların sayı daha da artdı. Bu də­fə insanları kollektiv təsərrüfata üzv yazılmadıqlarına və ya kol­­xozların yaradılmasına əngəl olmaqda suçlayıb sürgün etdilər.

Hökumətin gizli sənədlərindən aydın olur ki, bölgədən türk­lə­rin sürgün edilməsi üçün müxtəlif bəhanələr uydurulmasına yu­xa­rıdan göstəriş verilmişdir. 1936-1937-ci il repressiyaları Axıs­qa ziyalılarına da ağır zərbə vurdu. Yüzlərlə ziyalı güllələndi, həbs edildi, sürgünə göndərildi.

Bölgədən türklərin və müsəlmanların kütləvi sürgünü 1944-cü ilin noyabrın 13-14-də başa çatdı. Axısqa bölgəsindəki mü­səl­man­ların hamısı qəflətən Türküstana sürgün edildi. Baxmaya­raq ki, burada yaşayan türklər İkinci Dünya Savaşına qatılmış Sovet ordusuna 40 min əsgər və zabit yola salmışdı. (Ahıska türkləri, 1995). Hər an Sovetlərin basqını qorxusu altında olan Türkiyə Cüm­huriyyəti sürgünü durdurmağa cəsarət etməməsi bir yana, milli düşüncəli insanlara qarşı təqib və təzyiqləri artırdı. Xüsusən də ölkənin Doğusundakı müsəlmanların Qafqazda yaşayan soy­daş­ları, əqrəbaları ilə əlaqə saxlamalarını, tarixi yaddaşı yaşat­ma­la­­rını əngəlləməyə çalışdı. Beləcə uzun illər Doğu bölgəsinin ta­ri­xi dərindən öyrənilməmiş, təbliğ edilməmiş, folkloru, etnoq­ra­fi­yası toplanmamış qaldı. Eyni proses Sovetlər Birliyində də davam edirdi. Sovetlər Birliyində yaxşı bilirdilər ki, bölgədən folklor, etnoqrafiya materialları toplanarsa, tarixi öyrənib təbliğ edi­­lərsə əhali Türkiyəyə tərəf meyillənər.

1957-ci ildə sürgünə göndərilmiş xalqların bir çoxuna vətənə dön­mə­lərinə icazə verildi. Lakin bu qanun Kırım və Axısqa türk­lə­rinə şamil edilmədi.

Sovetlər Birliyinin iqtisadiyyatı çökdükcə, ölkə zəiflədikcə ida­rəetmədə də pozuntular yarandı. Bu da istər Türkiyədə, istərsə Qaf­qazda araşdırıcıların fəallaşmasına səbəb oldu. Bölgədən folk­lor və etnoqrafiya materialları toplamağa, tarixi haqqında araş­­dırmalar aparıb nəşr etdirməyə imkan yarandı. Beləcə İrfani, Qul Qarani, Xəstə Hasan, Şenlik, Sefili kimi ustad sənətkarların haq­qında dövrü mətbuatda məqalələr nəşr olundu və şeirləri toplandı.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin