Ahmet Baytursunov və Mirjakıp Dulatov Alaş Orad öndərləri ilə birlikdə Şauşekdə keçiriləcə toplantıya yola düşmək ərəfəsində. 1918-ci il.
həm də qazaxların cır adlandırdığı xalq mahnılarını toplayır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyən mühafizəkarlardan ayırır və təhsili Avropa metodlarına uyğunlaşdırmaq istəyən, elmi-texniki yeniliyi tətbiq etməyə çalışan cədidçilərin sırasına gətirir.
Ahmet Baytursunov Karqaralı qəzasında işlərkən ictimai-siyasi fəaliyyəti aktivləşir. 1905-ci ildə Rusiyanı bürümüş inqilabi əhval-ruhiyyə ona da güclü təsir edir. O dövrdə çoxları hələ də elə bilirdi ki, çar II Nikolay hümanist və ədalətlidir. Onun rüşvətxor, qəddar, xalqı haqsız yerə incidən məmurlardan xəbəri yoxdur. Xəbər tutarsa, günahkarları cəzalandırar. Buna görə də çoximzalı məktublar tərtib edərək çar II Nikolaya təqdim etmək istəyirlər. İmza toplayanlar keşiş Qaponun öndərliyində, 1905-ci il yanvarın 9-da çar sarayı yaxınlaşdıqda onlara çarın mühafizə dəstələri odlu silahlardan atəş açır. Faciə ilə sona çatan dinc yürüş tarixə Qanlı bazar günü kimi daxil olur. Bununla da çar II Nikolaya da inam sarsılır.
Qazax xalqı arasında çar II Nikolaya və onun idarə apara-tının demokratikləşəcəyinə ümüd bəsləyənlər də çox idi. Bu inamı qırmaq üçün qazax ziyalıları, başda Əli xan Bökey-xanov və Ahmet Baytursunov olmaqla qazaxların 1905-ci ilin iyununda Karqaralı quberniyasının Kuyandı bölgəsində keçirilən yarmarkadan istifadə etməyi qərara aldılar.
Əli xan Bökeyxanovun rəhbərliyi ilə açıq havada bir toplantı keçirildi. Toplantıda rus hökumətinə torpaq, mülk, dini azadlıq və mədəniyyət məsələlərinə aid bir diləkçə göndərilməsi qərara alınır. Toplantıda çıxış edənləri iki qrupa-milli dəyərlərə üstünlük verənlərə və demokratikləşmə tərəfdarlarına, yəni Avropaya meyillilərə ayrılır. Birinci qrup çoxluq təşkil etdiyindən iclası Əli xan Bökeyxanov aparır və qərarlar da onların təsiri altında qəbul edilir.
Əli xan Bökeyxanov və Ahmet Baytursunov hazırladığı məktuba on dörd min beş yüz imza atılır. Çarizmin bölgədəki idarəçiliyinə, xüsusən rusların bölgəyə köçürülməsinə etirazı özündə əks etdirən məktub Peterburqa göndərilir. Tarixə “Karqaralı petisyası” adı ilə daxil olan bu sənədin hazırlanmasında, imzatoplama kampanyasında Ahmet Baytursunovun fəallıq göstərməsi hökumət məmurlarının diqqətindən yayınmır. Ona qarşı təzyiq və təqiblər başlayır. Bu da gənc müəllimin ictimai-siyasi fəallığını daha da artırır.
Bundan az sonra “Qazax çöllərindəki torpaqların mərkəzi quberniyalardan köçürülənlərə verilməsinin dayandırılması, qazax dilinin məhkəmələrdə və dövlət idarələrində işlədilməsinə icazə verilməsi” diləkcəsilə qazax ziyalılarından və tayfa başçılarından təşkil edilmiş bir qrup Peterburqa-çar II Nikolayın qəbuluna gedir. Onların istəkləri baş tutmasa da, I Dövlət Dumasına seçkilər qarşısında olduğundan nümayəndə heyəti Kadetlər partiyasının rəhbərliyi ilə görüşür, onlarla əməkdaşlıq etmək haqqında razılığa gəlirlər. Razılaşılır ki, 1905-ci ilin dekabrında qazax-qırğızların bir konfransı keçirilsin.
Qazax-qırğız, türkmən, özbək gənclərinin İdil (Volqa)-Ural bölgəsindəki, eləcə də xarici ölkələrdəki mədrəsələrdə oxumasını əngəlləyən qanunların aradan qaldırılması üçün mübarizə aparan Ahmet Baytursunovu hökumət əleyhinə təbliğat aparmaqda suçlayıb, 1909-cu il iyulun 1-də Karqaralıda həbs edirlər. Oradan Semey şəhərindəki həbsxanaya, 1910-cu il martın 9-da isə Orenburqa sürgünə göndərirlər.
Sürgün illərində pedaqoji təcrübəsinə dayanaraq “Oxu qaydları” kitabını yazır (1910). Müəllimlər üçün hazırlanmış kitabda qazaxlar ərəb əlifbası ilə yazıb-oxuyarkən səslilərin necə oxunmalı olduğu öyrədilir. Əslində bu İ.Kaspıralının başladığı üsul-i cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi. Kitabı 1912-ci ildə Orenburqda çap etdirə bilir.
Rus dili vasitəsilə etdiyi çevirmələrini 1909-cu ildə toplayaraq kitab kimi çap etdirir. “Qırx misal” adlandırdığı bu kitaba əsəsən İvan Krılovdan etdiyi tərcümələrlə yanaşı, A.P.Sumarakov, V.İ.Maykov, İ.İ.Hemnitser, A.S.Puşkin, M.Lermontov və S.Y.Nadsondan etdiyi çevirmələri daxil edir.
Satirik şeirlər yazan, rus dili vasitəsilə rus və Batı Avropa klassiklərindən tərcümələr edən Ahmet Baytursunov 1911-ci ildən başlayaraq “Türküstan valayatı” (1870-1918), “Dala valayatı” (1888-1902) qəzetlərində, “Aykap” (1911-1915/16) və “Şura” jurnallarında məqalə və şeirlərini dərc etdirir. Azərbaycanda ədiblərimiz Mozalan, Zənbur və b. kimi imzalardan istifadə etdikləri kimi, Ahmet Baytursunov da Masa (Ağcaqanad) imzasından istifadə edir. Onlar qəflət yuxusunda olanları sanki sancmaqla oyatmaq istəyirdilər.
Ahmet Baytursunovun satirik şeirlərdən ibarət “Masa”(Ağcaqanad) kitabı da 1911-ci ildə Orenburqda nəşr edilir. Bütün bunlar onu gələcəyin redaktoru kimi formalaşdırır. I Dövlət Dumasının deputatı olmuş Əli xan Bökeyxanov 1913-cü ildə “Kazax” adlı qəzetin nəşrinə icazə alır. Qəzetin redaktorluğu Ahmet Baytursunova tapşırılır.
“Kazax”a yazdığı ilk baş məqalədə qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandıran Ahmet
Dostları ilə paylaş: |