Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


SOVETLƏRİN SƏUDİYYƏ ƏRƏBİSTANINDA SƏFİR KİMİ İSTİFADƏ EDİB SONRA MƏHV ETDİYİ NƏZİR TÖREKULOV



Yüklə 9,67 Mb.
səhifə25/33
tarix01.01.2022
ölçüsü9,67 Mb.
#105423
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
SOVETLƏRİN SƏUDİYYƏ ƏRƏBİSTANINDA SƏFİR KİMİ İSTİFADƏ EDİB SONRA MƏHV ETDİYİ NƏZİR TÖREKULOV

Nəzir Törekulovun adını bəzən Nəzim kimi də yazırlar. Töre­qul isə onun atasının adı­dır ki, sonradan soyadı kimi işlədilməyə başlanmışdır. Rus­dilli qaynaqlarda isə onun adı Nazir, soyadı Törekulov, Tyu­reku­lov kimi yazılır. Onun 1892-ci ildə Fərqanə vilayəti-nin Kokand şəhərində pam­bıq tacirinin ailəsində do­ğuldu-ğunu yazırlar. Lakin in­diki Qa-zaxıstan Respublikasının Türk­mə­nistan şəhəri yaxın­lı­ğındakı Kandaz kəndində doğul­duğunu yazanlar da var.

Kokand şəhərində məhəllə məktəbində, yəni mollaxanada oxuduqdan sonra mədrəsədə təhsilini davam etdirmişdir. Atası Törequl rus dilinə tələbin gündən-günə artdığını görüb oğlunu bölgədə rus-tuzem məktəbi adlanan təhsil ocağına göndərir. Oranı bitirdikdən sonra, 1905-ci ildə Kokanddakı ticarət kadrları hazırlayan məktəbə daxil olur. Səkkiz il burada oxuduqdan sonra müxtəlif sahələrdə çalışır.

1914-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qə­bul olunur. Qazax və rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrin­dən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini də öyrənir.

Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq, 1916-cı ildə Kokanda qayıdır.

Nəzir Törekulov millətinin alçaldılmasına və kölə halına salınmasına dözə bilmir. Xalqını azad və xoşbəxt görmək üçün yollar axtarır. Rusiya Sosial Demokratlarının irəli sürdüyü şüarlar, dünyanı dəyişmək istəkləri ona çox şirin gəlir. “Azad torpaq” adlı dərnək qurur.

1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, oktyabrın 25-də bolşeviklərin zor gücünə hakimiyyəti ələ keçirib ölkəni vətəndaş mühribəsinə sürükləməsi Türküstanda da vəziyyəti ağırlaşdırır. Əsarət altına düşmüş qazax, qırğız, özbək, türkmən və b. xalqların bir qrup öndə gedəni vəziyyətdən istifadə edərək müstəqil döv-lətlərini qurmağa can atırlar. Sosial ədalət şüarının şirin­liyinə aldanmışlar isə Rusiyanın müxtəlif siyasi təşkilatlarına daxil olmaları xalqlarının müstəmləkə zülmü altında qalma­sına şərait yaradır.

Nəzir Törekulov da belələrindən olur. O, 1917-ci ildə qısa adı eser olan Rusiya Sosialist İnqilabçlıar Partiyasına daxil olur. 1901-ci ildə yaradılan bu partiyanın liderleri B.M.Çer-nov, N.D.Avksentyev, B.M.Savinkov idi. Eserlər 1917-ci ildə II Nikolay taxtdan salınıb, Müvəqqəti Hökumət quru-landa həmin hökumətə daxil olurlar. 1917-ci ilin yayında Eserlər Partiyasından Sol fraksiya ayrılaraq sol eserlər partiyasını yaradır.

1918-ci ildə Nəzir Törekulov Müvəqqəti Hökumətin Ko­kand Sovetinin İcraiyyə Komitəsinə katib seçirlər və hə­min gün-lərdə Kokanddakı Sol Eserlər Partiyasına sədrlik edir.

Müvəqqəti Hökumət Rusiyada seckili orqan-Müəssislər Məclisi yaratmağı planlaşdırır. 1917-ci ilin noyabr-dekabrında Müəssislər Məclisinə seçkilər baş tutur. Lakin ucqarlarda seçkiləri başa çatdırmaq 1918-ci ilin yanvarında mümkün olur. 1918-ci il yanvarın 5-də (yeni təqvimlə 18-də – Ə.Ş.) Müəssislər Məclisinin iclası başlayır. Rəhbər heyətə seçkilər zamanı bolşeviklər azlıqda qaldıqlarını görüb toplantı keçirilən binanı mühasirəyə alır və seçkinin nəticələrinin elan olunmasına imkan vermirlər. İki gün sonra isə Ümumirusiya Mərkəzi İcraiyyə Komitəsi V.İ.Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret verir. Məclisdə çoxluq təşkil edən eserlər, kadetlər və b. partiyalara qarşı təzyiqlər başlanır. Bundan sonra Nəzir Törekulov Eserlər Partiyasından çıxıb, 1918-ci ilin sentyabrında Rusiya Kommunist (bolşeviklər) Partiyasının sıralarına daxil olur və Qızıl Ordu adlandırılan silahlı dəstələrdə xidmət etməyə başlayır.

Nəzir Törekulovun bu xidmətlətini nəzərə alan bolşeviklər onu müxtəlif rəhbər vəzifələrə işə göndərirlər. 1918-19-cu illərdə Kokand İnqilab Komitəsinin katibi, Fərqanə Vilayət İnqilab Komitəsinin üzvü, maarif komissarı, xalq təhsil şurasında şöbə müdirinin müavini işlədikdən sonra onu bolşeviklərin müsəlman bürosunun Daşkənddə nəşr olunan “İştiratiyyun” qəzetinə redaktor göndərirlər.



Lakin bu vəzifədə də çox saxlamırlar. 1920-ci il iyulun 19-da onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Müvəqqəti İcra Bürosuna sədr təyin edirlər. Bu vəzifədə cəmi bir ay iyrimi dörd gün işlədikdən sonra başqa işə keçirirlər.

Kadr çatışmazlığına görə Nəzir Törekulov eyni vaxtda bir neçə vəzifəni yerinə yetirməli olur. 1922-ci ilədək onu Türküstan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Ko­mitənin məsul katibi, Rusiya Kommunist (bolşeviklər) Par­tiyası Orta Asiya bürosunun üzvü, Ümumittifaq Mərkəzi İc-raiyyə Komitəsi Türküstan Komissiyasının üzvü, Türküstan Müxtar Sovet Sosialist Respublikasının təhsil naziri, Hərbi İnqilab Şurası Türküstan Cəbhəsinin üzvü, Türküstan Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifələrində görmək olur.



K

Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin