Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Kenesarı Qasım oğluna Astana şəhərində qoyulmuş abidə. Heykəltaraş Şot-Amana Vəlixanovdur



Yüklə 9,67 Mb.
səhifə4/33
tarix01.01.2022
ölçüsü9,67 Mb.
#105423
1   2   3   4   5   6   7   8   9   ...   33
Kenesarı Qasım oğluna Astana şəhərində qoyulmuş abidə. Heykəltaraş Şot-Amana Vəlixanovdur.

tır­ladır. Kenesarının dəstəsi sanki bir yolkəsən, quldur dəs­təsi idi. Onlar rus qalalarının zəiflərini, karvanların az mü­ha­fizə olunanını seçərək oraya basqın edirdilər. Basqını uğurla ba­şa vurduqdan sonra qəniməti də götürüb geniş qazax çöl­lərində “yoxa” çıxırdılar.

Rus əsgəri birlikləri Kenesarının dəstəsini axtara-axtara əl­dən düşür, sonra da uğursuzcasına geri dönürdülər. Bəzən ge­ri dönərkən gözlənilmədən ortaya çıxan qazaxlarla döyüş­mə­li olurdular. Belə gözlənilməz döyüşlərdə isə məğ­lu­biy­yətdən yaxa qurtara bilmirdilər.

Bu döyüş taktikası ilə Kenesarı həm silah və hərbi sursat əl­də etmiş olur, həm də rus əsgəri birliklərini bir səksəkə, qor­xu içində yaşamağa məcbur edirdi. Bir-birindən min kilo­metr­lərlə uzaq olan qalalara ərzaq, hərbi sursat aparan kar­van­lara basqın edərək “yoxa çıxan” Kenesarı xan haqqında əfsa­nələr dolaşmağa, xalq mahnıları yaranmağa başlayır. Qa­zax­lar onun timsalında müdafiəçilərini, xilaskarlarını görür və ətrafında toplaşmağa başlayırlar. Be­ləcə, Kenesarı xanın si­lah­lı dəstəsi gündən-günə böyü­dük­cə yerli xanlar və hakim­lər də onunla hesablaşmalı olurlar. 1841-1845-ci illər Kene­sa­rı­nın Rusiyaya qarşı apardığı mübarizənin ən yüksək mərhələsi olur. Bu illərdə o, cəsur və qorxmaz bir döyüşçü, bacarıqlı sərkərdə, mahir siyasətçi və diplomat olduğunu göstərir.

Kenesarı səriştəli, uzaqgörən bir lider idi və bu məziyyət döyüşlərdə onun qələbə çalmasına köməklik göstərirdi. Hələ 35 yaşında ikən Aktav ətrafında rus qoşunları ilə qarşılaşır və düşməni məğlub edərək xeyli miqdarda silah-sursat əldə edir. Bu qələbə onu yeni açıq döyüşlərə ruhlandırır. 1838-ci il aprelin 26-da Akmola qalasına hücuma keçərək qısa mühasirədən sonra oranı alır.

Kenesarının bu qələbəsi Rusiyanın hakim dairələrini bərk na­rahat etsə də, hücumlarının qarşısını da ala bilmirlər. Onun rəh­bərlik etdiyi dəstələr Akmoldan Torqaya qədər olan əra­zini Rusiya işğalından azad edərək güneyə doğru irəliləyir.

Kenesarı döyüşləri qələbə ilə başa vurmaq üçün daxildə sərt intizam yaratmağa çalışır. Ruslarla işbirliyində olan boy – tay­fa bəylərini cəzalandırır, həmçinin qonşuluqdakı kiçik xan­lıq­larla möhkəm diplomatik münasibətlər yaradır. Güneydəki Buxara Əmirliyi, Çin ilə diplomatik və dostluq münasibətləri qurur. Orduda da islahatlar aparır. Nizami ordu və kəşfiyyat təşkilatı yaradır.

Orta və Kiçik juzu özünə tabe etdikdən sonra Kenesarı bü­tün qazaxların xanı elan edilir. Beləcə o, 1841-45-ci illərdə Qa­zaxıstanın ərazisinin böyük bölümünü idarə edir. Bu sə­riş­təli, uzaqgörən xan ruslarla apardığı bütün döyüşlərdən qələbə ilə çıxır. Xivə xanı və Buxara Əmiri də ona hərbi yardımlar et­məyə başlayırlar.

Ruslar 1844-cü ildə böyük qüvvə toplayaraq hücuma ha­zırlaşır. Kenesarı onunla ittifaqa girməyən, ruslara yardım göstərə biləcək Kokand xanını cəzalandırmaq üçün 1845-ci ildə yürüşə başlayır. Bundan xəbər tutan ruslar quzeydən, Bay­kal gölü tərəfdən qəfil hücuma keçir. Ruslarla Kokand xan­lığının hərbi qüvvələri arasında mühasirədə qalan Kene­sarı qardaş xalqa – qırğızlara müraciət edir.

Lakin istəyinə nail ola bilmir. Çünki ruslar qırğızları ön­cədən inandıra bilir ki, Çinlə ittifaqa girmiş Kenesarı xan Ko­kand xanlığını məğlub etdikdən sonra qırğızların üzərinə hü­cum edəcək. Düşmənin bu hiyləsinə inanan qırğızlar Kenesarıya kömək etməməklə həm qazaxların, həm də özlərinin Rusiya işğalı altına düşməsinə şərait yaratmış olurlar.




Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin