“Əlil qadınların hüquqlarının müdafiəsinə dəstək”



Yüklə 9,72 Kb.
tarix23.06.2018
ölçüsü9,72 Kb.
#54591



Yüksəliş” Sosial Inkişafa Kömək İctimai Birliyi



AZ 0900; Bərdə ş. Nizami 83; Tel/: (2020) 7 44 74; mob; 0506124814 , E-mail: shain1955@box.az

______________________________________________________________________________________________________

Press-reliz

Bərdə şəhəri 29 iyul 2015-ci il

Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi “Mərkəzi Aran bölgəsində milli-mənəvi dəyərlərin ictima təbliği” layihəsi çərçivəsində növbəti dəyirmi masasını keçirdi.

Milli-mənəvi dəyərlərimizin qorunmasında ən yaxşı vasitə” mövzusunda keçirilən dəyirmi masada Bərdə və Yevlax rayonlarından olan müxtəlif sosial təbəqələrdən 24 nəfər iştirak edirdi.

Dəyirmi masanı açıq elan edən,“Yüksəliş” İB-nin sədri Şahin Orucov layihənin məqsəd və vəzifələri haqqında görüş iştirakçılarına məlumat verdi.

Şahin Orucov bildirdi ki, milli-mənəvi dəyərlərin təbliğ olunmasında, eləcə də gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasında müasir mətbuatımızın müstəsna rolu vardır. O, bildirdi ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır.

Dəyirmi masada iştirak edən təmsilçisi, bildirdi ki, hal hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən də yan keçməmişdir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır.

Bərdə şəhərindən olan ziyalı, müəllimə Nailə Hətəmiova bildirdi ki, bu gün müasir Azərbaycan tamaşaçısı milli radio və televiziyalarımızdan ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını təqdirəlayiq hesab edir. O, KİV-lərimizdən informasiya təminatında yüksək peşəkarlıq qabiliyyətlərinin artırılmasını gözləməklə maarifləndirmə sahəsində keyfiyyətli verilişlər gözlədiyindən danışdı.

Dəyirmi masada iştirak edən digər müxtəlif sosial təbəqələrin təmsilçiləri də interaktiv müzakirələrin gedişində milli-mənəvi dəyərlərimizin həm yerli həm də respublika mətbuatında geniş işıqlandırılmasının əhəmiyyətindən danışdılar. Daha sonra iştirakçılara müxtəlif paylama materialları, bukletlər paylandı.



Tədbirin sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və “Yüksəliş” İctimai Birliyinə təşəkkür edildi, dəyirmi masanın və ümumilikdə layihə fəaliyyətlərinin əhəmiyyəti vurğulandı.
Yüksəliş İB-nin informasiya şöbəsi
Yüklə 9,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin