Əlillərin hüquqları haqqında


Maddə 19 Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma



Yüklə 190 Kb.
səhifə20/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   16   17   18   19   20   21   22   23   ...   42
Maddə 19

Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bütün əlillərin, digər insanlarla bərabər səviyyədə seçim variantı olmaqla, daimi yaşayış yerlərində yaşamaq hüququnu tanıyır və onların bu hüququnun tam həyata keçirilməsinə və yerli icmalara tam daxil və cəlb olunmasına kömək etmək, habelə aşağıdakıları təmin etmək üçün səmərəli və lazımi tədbirlər görürlər ki:
a) əlillər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar;

b) əlillər, yerli icmada həyatının dəstəklənməsi və ona daxil olmaq üçün zəruri olan fərdi yardımlar da daxil olmaqla, yerli icmanın bazasında evdə, yaşayış yeri üzrə göstərilən müxtəlif növ xidmətlərdən və digər köməkçi xidmətlərdən istifadə etmək imkanına malik olsunlar, habelə onların yerli icmadan təcrid olunmasına və ya seqreqasiyasına yol verilməsin;

c) ümumilikdə bütün əhali üçün nəzərdə tutulan xidmətlərdən və kollektiv istifadə obyektlərindən əlillərin də bərabər dərəcədə istifadə imkanı olsun və bu, onların ehtiyaclarına cavab versin.



Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin