Əlillərin hüquqları haqqında



Yüklə 190 Kb.
səhifə26/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
Maddə 25

Sağlamlıq
İştirakçı dövlətlər əlillərin əlillik əlaməti üzrə heç bir ayrı-seçkiliyə yol verilmədən, mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə malik olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər əlillərin gender xüsusiyyətlərini, eləcə də sağlamlığa görə reabilitasiya imkanlarını nəzərə almaqla, səhiyyə xidmətlərindən istifadə etmələrini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Xüsusilə də iştirakçı dövlətlər:
a) digər şəxslərlə bərabər, əlillərə sağlamlığın mühafizəsi ilə bağlı təmənnasız və ya ucuz xidmətlərin keyfiyyətini və səviyyəsini seçmək imkanı verərək, dövlətin əhali üçün müəyyən etldiyi səhiyyə proqramları çərçviəsində onların reproduktiv və seksual sağlamlığı sahəsində problemlərini də həll etməyə can atırlar;

b) əlillərə, əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması üçün zəruri olan səhiyyə xidmətlərini təqdim edirlər; buraya erkən diaqnostika, lazımi hallarda isə korreksiya və xidmətlər, xüsusən də uşaqlar və yaşlılar arasında əlilliyi minimuma endirmək kimi xidmətlər də daxil olur;

c) bu xidmətləri səhiyyə sahəsində bu insanların yaşayış məntəqələrinə daha yaxın yerlərdə, o cümlədən kənd rayonlarında təşkil edirlər;

d) səhiyyə mütəxəssislərinin əlillərə, digər şəxslərlə bərabər keyfiyyətdə xidmətlər təklif etmələrini tələb edirlər. Bu, eyni zamanda sərbəst və məlumatlı razılıq əsasında həyata keçirilməli olub, dövlət və özəl səhiyyə üçün etik standartların qəbulu və tədrisi sayəsində insan hüquqları, şərəf və ləyaqəti, əlillərin sərbəstliyi və ehtiyacları haqqında məlumatların əldə olunmasını əhatə etməlidir;

e) tibbi sığortanın və həyat sığortasının təmin olunması zamanı əlillərə qarşı ayrı-seçkilik hallarını qadağan edirlər. Həyat sığortası milli qanunvericilikdə təsbit olunduqda, bunun ədalətli və ağlabatan əsaslarla təmin edilməsini nəzərdə tuturlar;

f) səhiyyə xidmətləri göstərməkdən, yaxud bu sahədə qida və maye təminatından əlilliyə görə imtina edilməsinə yol verilmir.





Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin