Əlillərin hüquqları haqqında


Maddə 33 Milli səviyyədə həyata keçirilmə və monitorinq



Yüklə 190 Kb.
səhifə34/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   30   31   32   33   34   35   36   37   ...   42
Maddə 33

Milli səviyyədə həyata keçirilmə və monitorinq
1. İştirakçı dövlətlər təşkilati quruluşlarına müvafiq olaraq, hökumət strukturunda bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı məsələlərə rəhbərlik edən bir və ya bir neçə instansiya təyin edirlər. Onlar hökumət strukturunda müxtəlif sektorlarda və səviyyələrdə müvafiq fəaliyyətə yardım göstərmək üçün koordinasiya mexanizminin təsis və ya təyin edilməsi imkanını öyrənirlər.
2. İştirakçı dövlətlər özlərinin hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün bir və ya bir neçə müstəqil mexanizmlərdən ibarət strukturu dəstəkləyir, möhkəmləndirir, təyin edir və ya təsis edirlər. Bu cür mexanizmin təyin və ya təsis edilməsi zamanı iştirakçı dövlətlər insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsi ilə məşğul olan milli təsisatların statusuna və fəaliyyətinə aid olan prinsipləri də nəzərə alırlar.

3. Vətəndaş cəmiyyəti, xüsusilə, əlillər və onları təmsil edən təşkilatlar nəzarət prosesinə tam şəkildə cəlb olunaraq həmin prosesdə iştirak edirlər.





Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin