Depozitari Bu Konvensiyanın depozitarisi Birləşmiş Millətlər Təşkilatının Baş katibidir.
Maddə 42
İmzalama Bu Konvensiya 30 mart 2007-ci il tarixindən etibarən Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi idarələrində bütün dövlətlər və regional inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün açıqdır.
Maddə 43
Məcburiliyə razılıq Bu Konvensiya onu imzalayan dövlətlər tərəfindən ratifikasiya olunmalı, onu imzalayan regional inteqrasiya təşkilatları tərəfindən isə rəsmi təsdiq edilməlidir. Konvensiya onu imzalamayan istənilən dövlətin və ya regional inteqrasiya təşkilatının ona qoşulması üçün açıqdır.