Maddə 5
Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi
1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.
2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.
3. Bərabərliyin təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı dövlətlər ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.
4. Əlillərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.
Dostları ilə paylaş: |