Maddə 14
Azadlıq və şəxsi toxunulmazlıq
1. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə:
a) azadlıq və şəxsi toxunulmazlıq hüququndan istifadə etməsini;
b) azadlıqdan qanunsuz və ya özbaşına məhrum edilməməsini və istənilən azadlıqdan məhrumetmənin qanuna uyğun olmasını, əlillyin isə heç bir halda azadlıqdan məhrum edilmək üçün əsas olmamasını təmin edirlər.
2. İştirakçı dövlətlər əlillərin hər hansı bir prosedur əsasında azadlıqdan məhrum edildiyi halda, onların insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun təminatlardan digər şəxslərlə bərabər səviyyədə istifadə etməsinə və onlarla rəftarın bu Konvensiyanın məqsəd və prisiplərinə uyğun olmasına, o cümlədən ağlabatan uyğunlaşmanın təmin edilməsinə təminat verirlər.
Maddə 15
Dostları ilə paylaş: |