Maddə 17
Şəxsi bütövlüyün qorunması
Hər bir əlil onun fiziki və psixi bütövlüyünə başqa şəxslərlə bərabər səviyyədə hörmət olunması hüququna malikdir.
Maddə 18
Yerdəyişmə azadlığı və vətəndaşlıq
1. İştirakçı dövlətlər əlillərin, başqa şəxslərlə bərabər səviyyədə yerdəyişmə azadlığı, yaşayış yerini və vətəndaşlığı seçmək azadlığı hüququnu tanıyır, habelə təmin edirlər ki, əlillər:
a) vətəndaşlıq əldə etmək və ya vətəndaşlığı dəyişmək hüquqlarına malik olsunlar və qeyri-ixtiyari surətdə, yaxud əlillik səbəbindən öz vətəndaşlığından məhrum olmasınlar;
b) onların vətəndaşlığını təsdiq edən sənədləri və ya onların şəxsiyyətini təsdiq edən digər sənədləri almaq, bu cür sənədlərə malik olmaq, onlardan və ya yerdəyişmə azadlığı hüququnun həyata keçirilməsinin asanlaşdırılması üçün zəruri ola bilən müvafiq prosedurlardan, məsələn, immiqrasiya prosedurlarından istifadə etmək imkanından əlillik səbəbindən məhrum olmasınlar;
c) istənilən ölkəni, o cümlədən öz ölkəsini sərbəst şəkildə tərk etmək hüququna malik olsunlar;
d) öz ölkəsinə qayıtmaq hüququndan qeyri-ixtiyari olaraq və ya əlillik səbəbindən məhrum olmasınlar.
2. Əlil uşaqlar anadan olduqdan dərhal sonra qeydiyyata alınır və həmin andan onlara ad qoyulması və vətəndaşlıq əldə etmək hüquqlarına, habelə mümkün dərəcədə, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququna malikdirlər.
Dostları ilə paylaş: |