Maddə 20
Fərdi hərəkət etmək imkanı
İştirakçı dövlətlər əlillərin maksimal dərəcədə müstəqil fərdi hərəkət etmək imkanlarını təmin etmək üçün o cümlədən aşağıdakı yollarla səmərəli tədbirlər görürlər:
a) əlillərin özlərinin seçdikləri üsullarla, seçdikləri vaxtda və münasib qiymətlə fərdi hərəkət etmələrinə kömək göstərilməsi;
b) əlillərin hərəkəti asanlaşdıran keyfiyyətli vasitələri, qurğuları, yardımçı texnologiyaları, köməkçi və vasitəçilərin xidmətlərini, o cümlədən, münasib qiymətlə olması şərtilə əldə etmək imkanının asanlaşdırılması;
c) əlillərə və onlarla işləyən kadrlara hərəkət vərdişlərinin öyrədilməsi;
d) hərəkəti asanlaşdıran vasitələrin, qurğuların, yardımçı texnologiyaların istehsalı ilə məşğul olan müəssisələri əlillərin hərəkətinin bütün aspektlərinin nəzərə alınmasına diqqət yetirməyə təşviq etmək.
Dostları ilə paylaş: |