Əlillərin hüquqları haqqında


Maddə 31 Statistika və məlumatların toplanması



Yüklə 190 Kb.
səhifə32/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
Maddə 31

Statistika və məlumatların toplanması
1. İştirakçı dövlətlər bu Konvensiyanın yerinə yetirilməsi məqsədilə strategiyanı işləyib hazırlamağa və həyata keçirməyə imkan verən lazımi informasiyanın, o cümlədən statistik və tədqiqat məlumatlarının toplanmasını öhdələrinə götürürlər. Bu informasiyanın toplanması və saxlanması prosesində:
a) əlillərin şəxsi həyatının məxfiliyini və toxunulmazlığını təmin etmək üçün hüquqi baxımdan müəyyən edilmiş zəmanətlərə, o cümlədən məlumatların qorunması haqqında qanunvericiliyə riayət edilməli;

b) statistik məlumatların toplanması və istifadəsi zamanı insan hüquqları və azadlıqlarının müdafiəsinə dair qəbul edilmiş beynəlxalq normalara, eləcə də etik prinsiplərə riayət edilməlidir.

2. Bu maddəyə müvafiq olaraq toplanmış informasiya müvafiq qaydada işlənilərək iştirakçı dövlətlərin bu Konvensiya üzrə öhdəliklərinin icra səviyyəsinin qiymətləndirilməsinə yardım göstərilməsi, həmçinin hüquqlarının həyata keçirilməsi zamanı əlillərin qarşılaşdıqları maneələrin müəyyən edilməsi və aradan qaldırılması üçün istifadə olunur.

3. İştirakçı dövlətlər bu statistik məlumatların yayılmasına görə məsuliyyəti üzərlərinə götürür və onların əlillər və digər şəxslər üçün müyəssərliyini təmin edirlər.





Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin