Əlillərin hüquqları haqqında


Maddə 32 Beynəlxalq əməkdaşlıq



Yüklə 190 Kb.
səhifə33/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
Maddə 32

Beynəlxalq əməkdaşlıq
1. İştirakçı dövlətlər bu Konvensiyanın məqsəd və vəzifələrinə nail olmaq istiqamətində milli səylərin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini tanıyır, təşviq edir və bununla əlaqədar olaraq dövlətlərarası xətt üzrə, həmçinin münasib olduqda, müvafiq beynəlxalq və regional təşkilatlar və vətəndaş cəmiyyətləri, xüsusilə əlil təşkilatları ilə əməkdaşlıq şəraitində bütün zəruri və effektiv tədbirləri görür. Bu cür tədbirlərə xüsusilə aşağıdakılar daxil edilə bilər:
a) beynəlxalq əməkdaşlığın, o cümlədən beynəlxalq inkişaf proqramlarının əlilləri əhatə etməsinin və onlar üçün müyəssər olmasının təmin edilməsi;

b) informasiya, təcrübə, proqram və qabaqcıl layihələrin mübadiləsi yolu ilə mövcud imkanların gücləndirilməsinin asanlaşdırılması və dəstəklənməsi;

c) tədqiqat sahəsində əməkdaşlığa və elmi - texniki biliklərin müyəssərliyinə yardım;

d) münasib olduqda, açıq və köməkçi texnologiyalardan istifadənin yüngülləşdirilməsi və onların qarşılıqlı mübadiləsi, həmçinin texnologiyaların ötürülməsi yolu ilə texniki - iqtisadi yardımın göstərilməsi.

2. Bu maddənin müddəaları heç bir iştirakçı dövlətin bu Konvensiyaya uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinə toxunmur.



Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin