Əlillərin hüquqları haqqında


Maddə 36 Məruzələrə baxılma



Yüklə 190 Kb.
səhifə37/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   34   35   36   37   38   39   40   41   42
Maddə 36

Məruzələrə baxılma
1. Komitə hər bir məruzəni nəzərdən keçirərək lazım bildiyi təklif və ümumi tövsiyələr qəbul edir və onları müvafiq iştirakçı dövlətə göndərir. İştirakçı dövlət Komitəyə cavab şəklində seçiminə əsasən istənilən informasiyanı göndərə bilər. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aidiyyəti olan əlavə informasiyanı istəyə bilər.
2. İştirakçı dövlət məruzənin təqdimatını xeyli gecikdirdikdə Komitə müvafiq iştirakçı dövlətə bildirə bilər ki, müvafiq məruzə bu bildirişdən sonrakı üç ay ərzində təqdim olunmazsa, bu Konvensiyanın bu iştirakçı dövlətdə həyata keçirilməsi məsələsinə Komitənin sərəncamında olan etibarlı informasiya əsasında baxmaq lazım gələcək. Komitə müvafiq iştirakçı dövlətə bu cür baxılma prosesində iştirak etməyi təklif edir. Əgər iştirakçı dövlət buna cavab olaraq müvafiq məruzəni təqdim edərsə, o zaman bu maddənin 1-ci bəndinin müddəaları tətbiq olunur.

3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi məruzələri bütün iştirakçı dövlətlərin sərəncamına təqdim edir.

4. İştirakçı dövlətlər öz ölkələrində məruzələrin ictimaiyyət üçün geniş müyəssərliyini təmin edir və bu məruzələrə aidiyyəti olan təkliflər və ümumi tövsiyələrlə tanışlığı asanlaşdırırlar.

5. Komitə məqbul bildiyi halda iştirakçı dövlətlərin məruzələrini Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, fondlarına və proqramlarına, habelə digər səlahiyyətli orqanlara göndərir ki, onlar texniki məsləhət və ya yardım barədə həmin məruzələrdə yer almış müraciətlərə, yaxud belə məsləhət və ya yardıma ehtiyac olması barədə göstərişlərə, habelə Komitənin həmin müraciət və ya göstərişlərinə diqqət yetirsinlər.





Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin