Əlillərin hüquqları haqqında


Maddə 44 Regional inteqrasiya təşkilatları



Yüklə 190 Kb.
səhifə41/42
tarix10.01.2022
ölçüsü190 Kb.
#110174
1   ...   34   35   36   37   38   39   40   41   42
Maddə 44

Regional inteqrasiya təşkilatları
1. "Regional inteqrasiya təşkilatı" bu Konvensiya tərəfindən tənzimlənən məsələlərə münasibətdə üzv dövlətləri tərəfindən səlahiyyət verilmiş, müəyyən regionun suveren dövlətləri tərəfindən yaradılmış təşkilat deməkdir. Belə təşkilatlar bu Konvensiya ilə tənzimlənən məsələlərə münasibətdə səlahiyyətlərinin həcmini rəsmi təsdiq və ya qoşulma haqqında sənədlərində qeyd edirlər. Sonralar səlahiyyətlərinin həcmində istənilən əhəmiyyətli dəyişikliklər haqqında depozitarini məlumatlandırırlar.
2. Bu Konvensiyada "iştirakçı dövlətlərə" istinadlar bu təşkilatlara onların səlahiyyətləri həddində aid edilir.

3. Bu Konvensiyanın 45-ci maddəsinin 1-ci bəndinin və 47-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin məqsədləri üçün regional inteqrasiya təşkilatları tərəfindən saxlanmaq üçün təhvil verilmiş heç bir sənəd hesaba alınmır.

4. Onların səlahiyyətlərinə aid olan məsələlərdə regional inteqrasiya təşkilatları öz səs hüquqlarını iştirakçı dövlətlərin Konfransında bu Konvensiyanın iştirakçısı olan üzv dövlətlərin sayına bərabər olan sayda səs hüququnu həyata keçirə bilərlər. Əgər onun üzv dövlətlərindən biri öz səs hüququnu həyata keçirirsə, belə təşkilat öz səs hüququnu həyata keçirmir və əksinə.



Yüklə 190 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin