Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı
çərçivəsində
Sosial bacarıqlar üzrə təlimlərin keçirilməsi üçün
TƏKLIFLƏRIN QƏBULU
Xidmətin təsviri:
|
Seçilmiş müəssisə proqram çərçivəsində 100 nəfər əlilliyi olan şəxs üçün social bacarıqlar üzrə təlimlər keçirəcək
|
Müqavilənin növü:
|
Xidmət müqaviləsi
|
Xidmətlərin keçiriləcəyi yer:
|
Bakı, Azərbaycan
|
Müddəti:
|
3 ay (2019-cu il ərzində)
|
Proqram barədə:
BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə yeni sosial investisiya layihəsi həyata keçirilir. Proqram British Council tərəfindən icra olunur.
Layihənin əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır.
Proqram çərçivəsində 100 nəfər əlilliyi olan şəxsin məşğulluq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş çoxsaylı tədbirlər həyata keçiriləcək, habelə onların potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək. Layihə çərçivəsində aidiyyatı istiqamətdə fəaliyyət göstərən qərarverici tərəflər, biznes müəssisələri tərəfdaş qismində layihəyə cəlb ediləcək. Proqramda iştirak edərək əlilliyi olan şəxslər müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını artıracaq, bu da öz növbəsində onlara gələcəkdə iş tapmaqda köməklik edəcək. Birləşmiş Krallığın aidiyyatı sahə üzrə təcrübəsindən faydalanmaq üçün British Council Birləşmiş Krallıqdan olan təcrübəli eksperti Azərbaycana dəvət edərək bizneslərin və işəgötürənlərin bu istiqamətdə məlumatlılığının artırılmasını təmin edəcək.
Proqramın məqsədlərinə nail olmaq üçün proqram iştirakçıları aşağıdakı istiqamətlərdə təlimlərə cəlb ediləcəklər:
İngilis dili bacarıqlarının inkişaf etdirilməsi
Kompyuter bacarıqlarının inkişaf etdirilməsi
Sosial bacarıqların inkişaf etdirilməsi
Spesifik sahələr üzrə bacarıqların inkişaf etdirilməsi
Psixoloji konsultasiyaların keçirilməsi
Əlavə məlumat
Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması Proqramının əsas hədəfi proqram iştirakçılarını uyğun bilik və bacarıqlara yiyələndirməklə onları işəgötürənlərin tələblərinə uyğun hazırlamaqdır. Bu məqsədə nail olmaq üçün iştirakçılar kompyuter, ingilis dili və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərdə iştirak edəcəklər.
Sosial bacarıqlar üzrə təlim sessiyaları proqramın iştirakçılarına göstəriləcək xidmətlər sırasında yer alır. Seçilmiş xidmət təchizatçısı tərəfindən iştirakçıların müvafiq istiqamətdə ehtiyaclarının qiymətləndirilməsi və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu xidmətlərin üç ay müddətində həyata keçirilməsi gözlənilir.
Xidmətlərin icrası üçün qəbul olunmuş təkliflər əsasında əlilliyi olan şəxslərlə işləmək təcrübəsi olan müəssisələr seçilərək müsahibə üçün dəvət alacaqlar.
Təlimatçıların və ya müəssisənin vəzifə və öhdəlikləri
British Council Azərbaycanda əlilliyi olan insanlarla işləmək üzrə təcrübəyə malik olan peşəkar xidmət təchizatçılarının axtarışındadır. Xidmət göstərən tərəf üç ay müddətində layihə iştirakçılarının ehtiyaclarının ilkin qiymətləndirilməsini aparmalı və sosial bacarıqlar üzrə təlim sessiyaları təşkil etməlidir. Həmçinin, təlimlər müddətində layihə benefisiarlarının inkişaf göstərciilərinə daim nəzarət etməlidir.
Sözügedən müəssisə dərin təlim təcrübəsini və əlilliyi olan insanlarla işləmək bacarığını özündə birləşdirən yüksək ixtisaslı ekspert müəssisəsi kimi fəaliyyət göstərməlidir. Qeyd olunan xidmətlərin həyata keçirilməsində maraqlı olan müəssisə müəyyən edilmiş təkliflərin son qəbulu tarixinədək təklifi təqdim etməlidir.
Təkliflər əsasında ilkin seçim mərhələsini keçmiş müəssisənin nümayəndəsi layihənin rəhbəri və BP və "British Council"ın təhsil şöbəsinin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq üzbəüz müsahibələrdə iştirak etməlidir.
Xidmət təchizatçısı iştirakçıları (100 nəfər) qiymətləndirmək məqsədilə test tapşırıqları hazırlmalı və hər biri 20 nəfərdən ibarət 5 qrupa bölməlidir. Təlim sessiyaları 3 ay davam edəcəkdir. Həftədə 1 təlim sessiyasının təşkil olunması nəzərdə tutulur.
Təlim sessiyaları aşağıdakı modullardan ibarət olacaq:
1. Tərcümeyi-halın (CV) yazılması/ Motivasiya məktubunun yazılması/İş üçün müraciət etməyin yolları (3 saat)
2. Müsahibə, şəxslərarası ünsiyyət bacarıqları (3 saat)
3. Liderlik/Qərar vermək bacarıqları (3 saat)
4. Özünü motivasiya və fərdi inkişaf (3 saat)
5. Komandanın təşkili (3 saat)
6. Yaradıcılıq və problemlərin həlli (3 saat)
Təlim sessiyaları nəticəsində iştirakçılar tərcümeyi-halı, müşayiət məktubunu yazmağı bacaracaq, müsahibələrə daha yaxşı hazırlaşacaq, bununla da, məşğulluq qabiliyyətləri aratacaq və rəqabətə davamlı olacaqlar.
Əlilliyi olan şəxslər liderlik, qərar qəbulu, danışıqların aparılması, komandanın təşkili kimi konkret bacarıqları inkişaf etdirməyə müvəffəq olacaq. Bu bacarıqlar peşəkar mühitdə uğur qazanmaqda və əlilliyi olan şəxslərin peşəkar mühitə uyğunlaşmasını təmin etmək üçün onları daha təcrübəli, peşəkar, asanlıqla uyğunlaşmağı bacaran və psixoloji cəhətdən hazırlıqlı olan fərdlərə çevirməkdə son dərəcədə mühüm əhəmiyyət kəsb edir.
Maliyyələşdirmə
Sosial bacarıqların öyrədilməsi üzrə xidmət təchizatçısının çəkdiyi xərclər müqavilə əsasında "British Council" tərəfindən qarşılanılacaq. Təchizatçı British Council Azərbaycan ilə imzalanmış müqavilə razılaşması, müvafiq hesab-fakturalar və digər lazımi sənədlər əsasında xidmət haqqını qəbul edəcək.
Xüsusi qeydlər
Xidmətlərin və xidmətlərə görə ödənişin həyata keçirilməsi üçün nəzərdə tutulan müddət üç aydan çox olmamalıdır. Seçilmiş müəssisə təlimlərin keçirilməsi üçün əlilliyi olan şəxslərin rahat şəkildə istifadə edə biləcəyi məkanın olması barədə sübut əsaslı məlumat təqdim etməlidir.
Vaxt cədvəli
Ərizələrin təqdim olunması üçün son tarix: 31 iyul 2019
İlkin seçim və müsahibələr: 5-9 avqust 2019
Xidmətlərin keçirilmə müddəti: 3 ay
Ekspertlik
Təchizatçı aşağıda qeyd olunanlar nəzərə alınmaqla lazımi xidmətlərin göstərilməsi üçün müvafiq təcrübəyə malik olmalıdır:
Sosial bacarıqlar üzrə təlim sessiyalarının keçirilməsi, ehtiyacların qiymətləndirilməsi və əlilliyi olan şəxslərə daimi dəstəyin göstərilməsi ilə bağlı təcrübə
Əlilliyi olan şəxsləri maneəsiz istifadə və giriş-çıxış imkanı ilə təmin edən obyekt (təlimlərin keçirilməsi üçün yer)
Təchizatçının cavabı
Əgər siz bu tenderdə iştirak etmək niyyətindəsinizsə, zəhmət olmasa sənədləri alan kimi öz niyyətiniz ilə bağlı Flora.Poladova1@britishcouncil.az e-mail ünvanına bildiriş göndərin.
Zəhmət olmasa Təklif formasını dolduraraq 31 iyul 2019-cu il, Bakı vaxtı ilə saat 17.00-dan gec olmayaraq Flora.Poladova@britishcouncil.az e-mail ünvanına göndərin.
Qeyd: Əgər bir təchizatçının potensialı varsa, verilmiş bütün elanlar üzrə ( Sosial bacarıqlar, kompyuter təlimləri və Spesifik iş sahələri üzrə) təlimləri həyata keçirmək üçün müraciət edə bilər
Mümkün texnoloji problemləri nəzərə alaraq təklifinizin vaxtında göndərilməsinə əmin olun. Sonradan göndərilən təkliflər nəzərə alınmaya bilinər.
Təklif formanız ilə tələb və ya uyğun olmadığı təqdirdə əlavə sənədlər göndərməyin.
Yardımedici sübutlar (ancaq PDF, JPG, PPT, Word və Excel faylları qəbul edilir və digər fayllar istifadə edilə bilinməz) təklifinizi əsaslandırmaq üçün təqdim edilə bilinər. Zəhmət olmasa bütün əlavələrin müvafiq bölmə və suala aid olduğunu göstərən qeydlərin olmasını təmin edin.
Yardımedici sübutlar tələb olunan yerlərdə təchizatçı müvafiq dərəcədə bunu sübut etməyə məsuliyyət daşıyır.
İstənilən bir suala edəcəyiniz hər hansı bir dəyişiklik sizin cavabın səhv qəbul edilməsinə və 0 balı ilə qiymətləndirilməsinə səbəb olacaq.
Cavabların verilməsi və təklifin göndərilməsi British Council tərəfindən müqavilə imzalanmasına təminat vermir.
Qiymətləndirmə meyarları
Bu layihədə qiymətləndirmə zamanı iqtisadi baxımından ən səmərəli və ən keyfiyyətli təklifə üstünlük veriləcək.
Təchizatçının təklifləri onun birinci bölmədəki Vacib və Kənarlaşdırma meyarından keçməsindən sonra qiymətləndiriləcək.
Təkliflərin qəbulu üzrə bu layihəyə müraciət edəcək təchizatçıların cavabları növbəti kriteriya və cavab yükü proporsiyaları ilə qiymətləndiriləcək.
Meyarlar
|
Cavabın yükü
|
1-ci bölmə – Vacib və Kənarlaşdırma meyarı
|
Keçir/Keçmir
|
2-ci bölmə – Əlilliyi olan şəxslərə sosial bacarıqlar üzrə təlimlərin keçirilməsinə dair dərin biliklər.
|
20%
|
3-cü bölmə – Sosial bacarıqlar üzrə təlimlərin keçirilməsi üçün müvafiq təcrübəyə malik olmaq.
Həmçinin tələb olunur ki, ehtiyacların, təlim sessiyalarının keyfiyyətinin və inkişaf göstəricilərinin qiymətləndirilməsi və s. ilə bağlı strategiya və taktikalar da təsvir edilsin.
|
40%
|
4-cü bölmə – Əlilliyi olan şəxslərin maneəsiz istifadəsi və giriş-çıxışı üçün uyğun məkan/təlimlərin keçiriləcəyi yer (hər biri 20 nəfərlik iştirakçı üçün ümumilikdə 5 otaq daxil olmaqla)
|
20%
|
5-ci bölmə – Xərclər/qiymət
|
10%
|
6-cı bölmə – British Council-in məqsədlərini başa düşmək
|
10%
|
Təqdim edilmiş bütün cavabların qiymətləndirilməsi British Council, BP və Təhsil Nazirliyinin müvafiq sahə üzrə yetərincə təcrübəsi və biliyi olan nümayəndələrindən ibarət olan qiymətləndirmə paneli tərəfindən aparılacaq.
Qiymətləndirmə zamanı yalnız təqdim edilmiş təklifdəki məlumatlar nəzərə alınacaq. Ekspertlərlə öncəki və ya cari əlaqələr nəzərə alınmır, ancaq ekspertlərin bu əlaqələri aydın və uyğun şəkildə nümunə kimi göstərilməsi istisna ola bilər. Qiymətləndirmə ədalətli və şəffaf olacaq.
Hər bir bölmə üzrə qiymətləndirmə növbəti cədvəldə təqdim edilən formada aparılacaq:
Xallar
|
Təsviri
|
15
|
Təchizatçının nəzərdə tutulan nəticələri əldə etməsi üçün tam potensialı və təcrübəsi olduğunu göstərən dolğun və mükəmməl cavab. Detallı cavab bütün tələblərə tamamilə cavab verir və müvafiq nümunələr təqdim edilib.
|
12
|
Müəyyən narahatçılıq var ki, təchizatçı bütün nəzərdə tutulan nəticələrə nail ola bilməyəcək və cavabda müvafiq təcrübə kasad detallar ilə təqdim edilib. Bütün tələblərlə cavab verməsi və müvafiq nümunələrin təqdim edilməsi baxımından daha az detallı cavab.
|
10
|
Narahatçılıq var ki, təchizatçı bütün nəticələrə nail ola bilməyəcək və təqdim edilən cavabda müvafiq təcrübənin olması ilə bağlı nəzərə çarpacaq boşluqlar var. Tələblərə tamamilə cavab verməsilə bağlı az detallı cavab və uyğun gəlməyən təcrübə təqdim edilmiş və ya ümumumiyyətcə müvafiq təcrübə təqdim edilməmişdir.
|
5
|
Təchizatçının nəzərdə tutulan nəticələrə nail ola bilməyəcəyi ilə bağlı ciddi göstəricələr var. Uğurlu şəkildə müvafiq nəticələrin əldə edilməsi ilə bağlı uyğun təcrübə təqdim edilməyib. Cavab tamamilə tələblərə uyğun gəlmir və hər hansı bir xüsusi detallar baxımından çox kasaddır.
|
0
|
Tam şəkildə cavab verilməyib və ya təchizatçının tələb olunan nəticələrə nail olması ilə bağlı hər hansı bir müvafiq məlumatı təqdim edilməyib. Cavab verilməyib və ya cavab tamamilə uyğunsuzdur.
|
Bütün xərclər daxil ən aşağı qiymət qiymətləndirmə kriteriyalarında 10%-lik yükə sahib olacaq. Digər təkliflər müvafiq % və qiymət asılılılığı ilə qiymətləndiriləcək.
Yekun qiymətləndirmə balı hər bir bölmə üzrə balların əlavə edilməsi ilə hesablanacaq.
Şərtlər
Bu sənəddə təqdim olunan məlumatın əsas məqsədi təchizatçılara British Council-ın tələbləri barədə düzgün məlumatı çatdırmaqdır.
Təchizatçılarla bağlı bütün müvafiq sənəd və siyasətləri British Council təşkilatının internet səhifəsindən əldə edə bilərsiniz – http://www.britishcouncil.org/new/about-us/jobs/folder_jobs/register-as-a-consultant/policies-for-consultants-and-associates/
Bu sənəd British Council üçün hər hansı bir məhsul və xidmətin göstərilməsi üçün rəsmi təklif deyil və British Council bu məhsul və xidmətlər üzrə müqavilə təqdim etmək üçün cavabdehlik daşımır.
British Council tövsiyyə üçün məlumat tələb etmək hüququna malikdir.
Bu layihə üçün təklif formasının hazırlanması zamanı ortaya çıxan bütün xərclər təchizatçının öhdəliyidir.
Ödəniş və hesab-faktura
British Council düzgün ünvanlanmış və mübahisə doğurmayan hesab-fakturalar üzrə 30 gün ərzində ödənişi həyata keçirəcək.
British Council üçün olan hesab-fakturada başlıca olaraq növbəti məlumat olmalıdır:
Təchiz edilən xidmətin təsviri
British Council tərəfindən təqdim edilən xidmət sifarişi formasının nömrəsi
Mühasibatlığa ünvanlanması
Əgər ƏDV tətbiq edilirsə, ƏDV və digər əlavələr daxil yekun məbləğ
Müqavilə
Göstərilənlər British Council-in müqavilə qaydaları və şərtləri kimi qəbul edilməlidir. İmzalanacaq müqavilədə digər zəruri şərtlər də ola bilər. Əgər hər hansı bir narazıçılıq varsa, bu əlavə sənəddə yazılı formada bildirilməlidir.
Layihəni maliyyələşdirən və icraçı tərəflər barədə ümumi məlumat
BP və onun tərəfdaşlarının social investisiya təşəbbüsləri
BP-nin Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin əməliyyatçısı kimi Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
British Council Azərbaycan
British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları təqdim edən beynəlxalq təşkilatıdır. Məqsədimiz Birləşmiş Krallıq ilə dünyanın hər bir yerində yaşayan insanlar arasında ideyalar və biliyin mübadiləsilə əlaqə və inam formalaşdırmaqdır. Bu məqsədlərə çatmaq üçün təşkilat təhsil, elm, İngilis dili və incəsənət sahələri üzrə fəaliyyət göstərir. 2015-ci ildə British Council öz proqramları, məhsulları və xidmətləri ilə dünyada 670 milyon nəfərə çıxış əldə edib.
British Council 1934-cü ildə təsis edilib və 1940-cı ildə Kral Xartiyasına qoşulub. İngiltərə və Uelsdə (qeydiyyat nömrəsi: 209131), eləcə də Şotlandiyada (qeydiyyat nömrəsi: SCO37733) xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilat həmçinin Britaniya Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi departament hesab olunmayan icraedici dövlət qurumudur.
Öz xartiyasında başlıca olaraq növbəti xeyriyyəçilik istiqamətləri bəyan edilib:
Mədəni əlaqələri təbliğ etmək və Birləşmiş Krallığın və digər ölkələrin insanları arasındakı fərqli mədəniyyətləri başa düşmək;
Birləşmiş Krallığın geniş biliyini təbliğ etmək;
İngilis dili ilə bağlı geniş bilik formalaşdırmaq;
Birləşmiş Krallıq və digər ölkələr arasında mədəni, elmi, texnololoji və təhsil əlaqələrə hər iki tərəfi həvəsləndirmək;
Eləcə də təhsilin üstünlüklərini təbliğ etmək.
Dünyanın 110-dan artıq ölkəsində fəaliyyət göstərən British Council-da dünya üzrə 7000-dən artıq əməkdaş çalışır. London, Mançester, Belfast, Kardif və Edinburq şəhərlərində fəaliyyət göstərməklə British Council-in baş ofisi Birləşmiş Krallıqdadır.
Ətraflı məlumatı www.britishcouncil.org internet səhifəsindən əldə etmək olar.
Azərbaycandakı fəaliyyətimiz təhsil, İngilis dili və incəsənət sahələri üzrədir.
Dostları ilə paylaş: |