Hakimlərin haqqı
Hakim hər hansı bir topluya hökmranlıq edəndir. Məsələn, prezident xalqının, müəllim tələbələrinin, komandir əsgərlərinin, kişi ailəsinin hakimidir.
1. Hakimlərə tabe olmaq:
«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin!» («ən-Nisa» surəsi, 59).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s.) demişdir: "Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan da Allaha asi olmuş olur. Əmirə itaət edən mənə itaət etmiş, ona asi olan isə mənə asi olmuş olur" (Müslim, 4724).
Yalnız Allahın haram buyurduğu işlərə (oğurluq, zinakarlıq, narkotik maddələrin istifadəsi və s.) itaət etmək haramdır.
Abdullah bin Ömərdən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Hər bir müsəlmana xoşuna gələn və gəlməyən işlərdə (əmiri) eşidib, itaət etmək vacibdir. Yalnız Allaha asi olan işlərdə itaət etmək olmaz" (Müslim, 4740).
2. Onların işinə qarışmamaq:
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir" (ət-Tirmizi, 2317).
Əl-Həsən ibn Əli (r.a) rəvayət edib deyir: «Mən Peyğəmbərdən (s.ə.s): "Sənə aid olanı götür, aid olmayanı isə tərk et!" – sözlərini əzbərlədim» (əl-Müsənnəf Əbd ər-Razzəq, 4984).
3. Öz nəfsiniz üçün istədiyiniz xeyirdən və hidayətdən onlar üçün də istəmək bu haqdandır:
Ənəs bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Sizdən biriniz nəfsinə istədiyini qardaşı (və ya bacısı, ata-anası və s.) üçün istəməyincə imanı kamil olmaz" (əl-Buxari, 13).
4. Allahın onlara verdiyi var-dövlətə göz dikməmək və həsəd aparmamaq:
Səhl bin Sə‘d əs-Sə‘idinin (r.a) rəvayət etdiyi hədis: «Bir kişi gəlib Peyğəmbərə (s.ə.s) dedi: "Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, onu etdikdə həm Allah, həm də insanlar məni sevsin". Peyğəmbər (s.ə.s) dedi: "Dünyaya göz dikmə, Allah səni sevsin. İnsanların əlindəkinə göz dikmə, insanlar səni sevsin"» (İbn Macə, 4102; Səhih hədislər silsiləsi, 944).
M üsəlmanların bir-birinə olan haqqı
-
Mö‘minlər öz aralarında biri-birilərinə qarşı mərhəmətli, mülayimdirlər:
Dostları ilə paylaş: |