Əliyev Rəşad Babas əlim İqtisadi t əhlük əsizliyin t əmin edilm əsind ə gömrük xidm ətinin rolu prof


İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi



Yüklə 0,61 Mb.
səhifə7/11
tarix01.01.2022
ölçüsü0,61 Mb.
#104100
1   2   3   4   5   6   7   8   9   10   11
2.2. İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi.
İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi çox mütəlifdir. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) həm gömrük sərhəd xidmətində, həm də gömrük orqanlarında yürütdüyü siyasət başlıca olaraq iqtisadi təhlükəsizliyin təmin edilməsinə idmət edir.

Dövlət Gömrük Komitəsi çox qısa bir tarixi inkişaf yolunda özünün struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştiakçıları üçün əlverişli şəraitin yaradılması məqsədilə yeni gömrük orqanları və sərhəd gömrük postları açılmışdır. Gömrük orqanlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, dövlətin vacib tələbi olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunmasıdır. Belə ki, beynəlxalq normalara gömrük xidmətinin əsas tələblərindən biri ölkə iqtisadiyyatının təhlükəsizliyin təmin edilməsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatının üzvüdür və inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığını genişləndirməkdədir.

Ölkəmizin iqtisadi təhlükəsizliyin və ictimai maraqların qorunması məqsədilə narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, malların ölkəmizə idxal və ixracı zamanı gömrük vergi və rüsumların tətbiq edilməsi çox vacib tələblərdəndir. Eləcə də qadağa, məhdudiyyət və gömrük nəzarətinə aid digər müddəaların yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən ölkəmizin gömrük sərhəddi boyunca fəaliyyət göstərən sərhəd-keçid gömrük məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük qanunvericilik aktlarına, beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq gömrük nəzarətinin mütəlif forma və metodları tətbiq edilməklə gömrük orqanlarının nəzarətindən keçirilməlidir.

Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin tətbiq edilməsi, gömrük rüsumlarının rəsmilləşdirilməsinin aparılması və gömrük nəzarətinin təkmilləşdirilməsi ilə bağlı DGK tərəfindən normativ hüquqi sənədlər işlənib hazırlanarkən beynəlxalq miqyasda tətbiq olunan müasir normalar nəzərə aınmalı, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyi ilə mütəmadi əlaqə saxlanmalıdır.

Hazırda Dövlət Gömrük Komitəsinin strukturu genişləndirilmiş, ölkəmizin müxtəlif bölgələrinə idxal-ixrac olunan mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması, ölkə ərazisində mal dövriyyəsinin sürətləndirilməsi məqsədilə Azərbaycanin müxtəlif bölgələrində fəaliyyət göstərən 20-yə yaxın gömrük orqanı və 50-dən çox gömrük postları yaradılmışdır.

Gömrük nəzarətinin həyata keçirilməsi, gömrük orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədi boyunca gömrük orqanlarının yerləşdiyi yerlərdə və DGK-nin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti zonaları yaradılır və rejim qaydalara uyğunlaşdırılır.

Respublikamızda daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunub saxlanılmasında, iqtisadi islahatların dərinləşməsində mühüm rol oynayan Dövlət Gömrük Komitəsinə hüquq-mühafizə orqanı statusunun verilməsi ona digər funksiyalarla yanaşı qaçaqmalçılığın və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədəuyğun tədbirləri həyata keçirməyə imkan vermişdir. Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.

Bu gün gömrük orqanları tərəfindən beynəlxalq ictimaiyyəti narahat edən və iqtisadiyyat üçün təhlükə olan narkotik vasitələri və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin, eləcə də ölkəmizin ərazisindən tranzit keçirilməsinin qarşısının alınması istiqaqmətində mühüm tədbirlər həyata keçirilir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə gömrük yoxlamasının tezləşdirilməsi və onun səmərəliyinin artırılması zamanı mallar haqqında lazım olan məlumatları əldə etmək üçün (onların sayı, tərkibi, fiziki və kimyəvi xüsusiyyətləri, əsl mallar olmaları, gizli yerlərin olması və s.) gömrük nəzarətinin mütəllif texniki vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən hər bir mala gömrük nəzarətinin texniki vasitələri tətbiq edilir.

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmlərindən biri də gömrük sərhəd nəzarətində texniki vasitələrdən istifadədir. Bu mexanizm mallar və nəqliyyat vasitələri barədə məlumat əldə etmək, malların eyniləşdirilməsində, bölünən və radioaktiv materialların keçirilməməsidə, gömrük qaydalarının pozulması hallarının aşkar edilməsində vacib vasitədir.

Azərbaycan Respublikasının gömrük məcəlləsinə əsasən gömrük xidmətində insan həyatı və sağlamlığı üçün, gömrük ərazisindən keçən mallar və avadanlıqlar üçün təhlükəsiz olan texniki vasitələrdən istifadə etmək nəzərdə tutulur.

Ölkənin ümumi təhlükəsizliyi, habelə, iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün istifadə olunan belə texniki vasitələr toplusu “gömrük texnikası” adlanır. Gömrük texnikası – gömrük orqanları strukturunda mütəəssislər tərəfindən onların qarşısına qoyulmuş.tapşırıqları yerinə yetirmək üçün istifadə olunan texniki vasitələr toplusudur.

Gömrük texnikası bir neçə əsas hissəyə bölünür. Məsələn, gömrük ekspertizasında istifadə olunan texniki vasitələr, gömrük nəzarətində istifadə olunan texniki vasitələr, gömrükdə aşkar olunan cinayət faktları zamanı tətbiq olunan texniki vasitələr, gömrük orqanlarının öz təhlükəsizliyinin təmin olunması zamanı istifadə olunan texniki vasitələr və s.

Əvvəlki yarımfəsillərdə qeyd etdiyimiz kimi, ölkənin iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətinin müstəsna rolu vardır. Azərbaycan Respublikasında son illər ardıcıl həyata keçirilən dövlət siyasəti nəticəsində gömrük xidmətinin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, gömrük xidmətini nizamlayan qanunvericilik aktları yaradılmış, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə güclənmişdir.

Bu gün Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi sistemə inteqrasiya dövlət gömrük sisteminin təkmilləşdirilməsini, bütün istiqamətlərdə gömrük xidmətinin beynəlxalq standartlara uyğun aparılmasını və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı və iqtisadi təhlükəsizliyin təmin edilməsindəki rolunu daha da zəruri edir.

Ölkənin hüquq-mühafizə orqanlarının tərkib hissəsi olan gömrük xidməti fəaliyyətinin keyfiyyəti yüksək təşkil olunmuş idarəetmə sistemindən əhəmiyyətli dərəcədə asılıdır.

İqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük xidmətindən istifadənin təsir mexanizmi inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdə çox fərqlidir. Məsələn, Yaponiya, Çin və Rusiya kimi ölkələrin gömrük xidmətinə baxdıqda bu sahədəki fərqli xüsusiyyətləri müşahidə etmək mümkündür.

Belə ki, iqtisadi cəhətdən dünyanın öndə gedən ölkələrindən biri olan Yaponiyada bir sıra ixrac nəzarət növləri mövcuddur:



    1. İkili təyinatlı mal və texnologiyaların ixracına nəzarət;

    2. Silahların və onların istehsalı üçün avadanlığın ixracına nəzarət;

    3. Raket, raket avadanlığı və texnologiyalarının ixracına nəzarət;

    4. Kimyəvi silah üçün xammala nəzarət;

    5. Nüvə materiallarına nəzarət;

    6. Sanksiyalar haqqında BMT qərarına aid nəzarət;

    7. Adekvat daxili təklifin təmin edilməsi məqsədilə nəzarət və s. (15, s.80-81)

Araşdırmalar göstərir ki, Yaponiya dünya iqtisadiyyatı qarşısında rəsmi olaraq, azad ticarətə sadiq olduğunu bəyan etmişdir. Buda onu göstərir ki, Yaponiya Ümumdünya Ticarət Təşkilatının əsas prinsiplərini qəbul etməkdən imtina edir.

Çində ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə gömrük rüsumları müəyyənləşdirilərkən iki növ norma: ümumi və güzəştli tətbiq olunur. Çinlə qarşılıqlı əlverişli şərait yaratma haqqında müqavilələrin olmadığı ölkələrlə gömrük rüsumları ümumi normalar üzrə tutulur. Əgər həmin müqavilələr varsa güzəştli normalar tətbiq olunur. Müxtəlif hallarda ÇXR Dövlət Şurası Komitəsinin sanksiyası ilə gömrük rüsumlarının ümumi normaları güzəştli normalarla əvəz oluna bilər.

Rusiyanın qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən gömrük orqanları, federal xidmət deməkdir və RF gömrük orqanlarına tabe olur.

Gömrük orqanlarının səlahiyyəti- hakimiyyət sistemi gömrük orqanlarına qoyulan funksiya və vəzifələrin bir biri ilə sıx əlaqədə olması.

Yəni dövlət gömrük orqanlarına düşən funksiyaları yerinə yetirmək üçün müəyyən səlahiyyətləri təqdim edir.

Deməli, gömrük orqanları dövlət orqanları kimi funksiyaların yerinə yetirilməsi üçün həmçinin öz gömrük suverenliyinin birbaşa yerinə yetirilməsi üçün yaradılır.

Belə funksiyalarının sırasına daxildir:

-xarici dövlətlərin müdaxiləsinin qarşısını almaqdan ötrü milli iqtisadiyyatın və gömrük suverenliyinin qorunması;

-ölkənin gömrük sərhədinin mühafizəsi,

-ixrac və idxal əməliyyatlarının gömrük ərazisi daxilində gömrük nəzarəti;

- valyuta sərvətlərinin və valyuta nəzarəti qiymətli kağızların gömrük ərazisi daxilində;

- gömrük rüsumlarının, gömrük yığımlarının toplanması;

- milli pozulmalara görə,hüquqi və fiziki şəxslərin məsuliyyətinin müəyyən edilməsi, gömrük informasiyasının sisteminin təşkili və s. (15)

Hüquq fəaliyyətinin tənzimlənməsinin təhlilində mühüm əhəmiyyəti daşıyan təməlini təşkil edən hüquq prinsipləri dayanır.

Göründüyü kimi inkişaf etmiş ölkələrin iqtisadiyyatı və gömrük orqanları qarşısında çox önəli vəzifələr durur. Bütün bu vəzifələr ölkənin inkişafına və Milli təhlükəsizliyin artırılmasına xidmət edir. Yəni ölkə iqtisadiyyatı gücləndikcə, təhlükəsizlik də artırılmalıdır.

Gömrük xidməti dünya iqtisadiyyatının inkişafında və təhlükəsizliyində müstəsna dərəcədə mühüm rol oynayır.

Ümumdünya Gömrük Təşkilatının tövsiyələrindən biri gömrük xidmətinin texnika və praktikasının birbaşa inkişafına yönəlmişdir: “Gömrük orqanları mövcud təcrübəni təxirəsalmadan nəzərdən keçirməli, effektiv olmayan və ya köhnəlmiş metod və qaydaların islahat proqramını yaratmalıdır”. (15, s. 72)

Dünya ölkələrində gömrük xidməti dövlətin iqtisadi təhlükəsizliyinin əsas elementlərindən biri kimi qiymətləndirilir. İndiki şəraitdə gömrük xidməti müxtəlif mühüm vəzifələri və funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının iqtisadiyyatının sürətlə inkişaf etdiyi və ard-arda develevasiyanın yaşandığı bir dövrdə gömrük orqanları çox vacib və məsul missiya yerinə yetirirlər. Sözsüz ki, bu zaman gömrük işçiləri öz xidməti vəzifələrini yüksək peşəkarlıq, dürüstlük və sədaqətlə əməl etməlidirlər.

Azərbaycan Respublikasının iqtisadi inkişafı sosial-iqtisadi əlaqələrin formalaşması şəraitində baş verir və iqtisadi təhlükəsizliyin, cəmiyyətin davamlı inkişafını artırmaq üçün münasibətləri tənzimləyən yeni idarəetmə formalara keçid ilə səciyyələnir.

Əsas yerdə milli iqtisadi-maliyyə, vergi-büdcə və milli iqtisadiyyatın inkişafını müəyyən edən istiqamət və imkanlar durur.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin