Yasin Türksoy
Rejimin şəxsi “Azərbaycan” Respublikası
Rejim Azərbaycanı 1 əsr mənəvi, iqtisadi cəhətdən geri saldı. Bunu tarix özü bilər, bəs vicdan bağışlayacaqmı?!
“Böyukbaşlardı təqsirkar,
Kiçikbaşlarda nə təqsir var?”.
YAP-laşdırma. Yeni Kommunizm
İqtidar xalq narazıçılığını ört-basdır etmək üçün zorla şou haray-həşirləri hazırlayır ... sırıyır ... bütlər yaradır ... Sonra da o baldırıaçıqları, göbəyiaçıqları, döşüaçıqları ... YAP-ın toplantısında onları YAP-a üzv qəbul edir. Bu mənzərəni görən yetişməkdə olan yeniyetmə, gənc daha dərinliyə varmır. Yaşamın elə bu olduğuna öyrəncəkləşir.. Heyf o partiyanın adındakı “Azərbaycan” sözünə, çox heyf!
Zorən bayramlar
Byram tədbirlərinə getməyin! Bayramlar Milləti pozur !!!
YAP bayram tədbirlərinə ətəyinin uzunluğlu bircə qarış olan “lady”-ləri çağırır.
Təki bayram olsun, atılıb-düşək, deyək-gülək, şadyanalıq edək – şellənək.
Budur sizin bayarmların mahiyyətsizliyi.
Bu boyda da konsert çıxartmaq olar?!
Şəhvət təbliğatınızdan gözü dönmüş vətəndaşlarınız bayramlarınıza alovlanan ehtirasların bölüşməyə özünə məşuq, məşuqə axtarmağa gedir.
Kimdir mahiyyəti olmayan bayramlarınızda məna axtaran?!
- Ac yalavac millətə “Gül bayramı!”
- Ac yalavac millətə Bulvar, Parklar...
- Ac yalavac millətə “Bayraq Meydanı”
- Ac yalavac millətə “Avroviziya” (“Eurovision”) həyasızlığı!
- Ac yalavac millətə “Qurtuluş bayramı”!
Nədən qurtulmuşuq, Tiranlıqdan, yoxsa Azadlıqdan?!
Kütləvi Bakı-Moskva, Bakı-Dubay istiqamətləri – Didərgin Xalq
Rejim Azərbaycanı tərk-silah etdi. Röyanın timsalında da soyundurdu.
Moskva reysi ilə kişiləri Rusiya bazarlarına, Dubay reysi ilə də dolanışıq ucbatından qadınları ərəb hərəmxanalarına uzaqlaşdırdınız, siyasi opponentlərinizdən öldürə bildiklərinizi öldürdünüz, öldürə bilmədiklərinizi Avropaya didərgin saldınız, yerdə qalan ələbaxımlı öyrətdiyiniz, məzlumlaşdırdığınız xalqın üzərində də Allahlıq edirsiz, Allahsızlar?!
Əsirlik. Dağların o üzündəki təhqirlər içərisində dustaq həyat
Biz hələ əsirlikdə olan soydaşlarımızın əsirlik mahiyyətini anlamamışıq.
Oradakı hərbiçilərin başlarına nə işlər gətirildiyini, qız-gəlinlərin necə istismar edildiyini, haralarda hansı vəziyyətdə işlədildiyini, haralara hazırlandığını heç bilmirsinizmi?!..
“Biz qovulduqca qaçıb mərddən dönən namərdlərik”.
Torpaqları parça-parça, 1 milyona yaxın qaçqın-köçkünü, əhalisi yarı ac, yarı tox olan bir məmləkətdə, sizlərsə burada işğal olunmuş rayonların adlarını restoranlara, kafelərə qoyulmasına şərait yaradıb, fahişəxanaların, barların, diskotekaların, əyləncə mərkəzlərinin sayın çoxaldırsız.
Bura gələn rəsmi və nisbətən qeyri-rəsmi qonaqları tapşırığınızla otellərdə hansı istirayət və nəvazişlə rahatlaşdırırlar. Daşa dönəsən qarabəxtli Qarabağ, gör taleyinlə kimlər oynayır!
Heç vicdan sarsılmazmı?! - Dincəlinən süd gölünün içində çoxdan itirilmiş görünür.
“Ulu Tanrı! Düş taxtında aşağı – sənin yaratdığın insan yaramır, tamam yeni insan gərəkdir!”
Qarabağ dərdi
Vətənə “Ana” deyib satıldı.
Dədə-nənələrimiz “torpaqlarımızı nə vaxt qaytaracaqlar?” deyə-deyə öldülər!
“Qarabağ məsələsi”ni itin ağzına atıb belədən-bələ, oradan-ora dartmaqla müxtəlif manevrlər edib labüd iflasınızın qarşısını alırsız. Qarabağ problemini ictimailəşdirməklə, əslində ermənilərə tarix yazdınız. Bunu hara yazaq?!
“Biz Qarabag ermənilərinə Azərbaycanın tərkibində böyük muxtariyyət verməyə hazırıq” – demək, nə deməkdir, yoldaş prezident?!
Yoxsa erməniləri, beynəlxalq aləmi aldatmaq üçün siyasi taktikadır?
Bizimkilər də “beynəlxalq siyasət” deyilən irticaçılığa kələk gələrmiş.
“Qarabağ münaqişəsinin BMT-ləşməsi, onun əbədiləşməsi deməkdir”.
Rejim İctimai diqqəti İrəvandakı etnosa ayırmaqla zamanın uzanmasını planlayıb.
Şuşasız “Şuşanın dağları”, Kəlbəcərsiz Kəlbəcərin hava proqnozu, Laçınsız Laçının işğal ildönümü millətin nəyinə lazımdır? Digərləri də həmçinin!
Rusiyada soydaşlarımızın ermənilərlə biznes əlaqələrindən, kef məclislərindən agah olduqca ağıl dəli olmaq hədinə gəlir.
- Kimin siyasətinin nəticəsidir!?
“Rəhbər hakimiyyətə gəlmək üçün Qarabağ işğal olunmali idi”, oldu da.
Rejim durduqca Qarabağın düşməndən azad olunmasından əlinizi, gözünüzü çəkin!
Azərbaycanın yaralarının sağalması üçün ona özündən olan İradə, Mənəviyyat qətiyyətliyi gərəkdir!
Rejim həyat sistemini öz oxu ətrafında qurub
Elə sistem qurmusuz kasıb, qara camaat dolanışıq üçün səhər evdən çıxandan axşamacan heyvan kimi işləsin, onların başlarının üstündə ağalıq eləməyiniz yadlarına belə düşməsin.
Məmur balaları üçün dövlət və özəl sektorunda iş... Hərbini fırlatmaq üçün SQ, DQ, FHN hərbi hissələrində “xidmət”...
“Papanın gül balaları” üçün özəl kareokelər (kasıb balalarının orada əylənmək istəyi neçə ayın maaşı olardı)...
Bir sözlə yaxşı iş yerləri imkanlıların, məmurların, iş sahiblərinin evladları üçündür.
Vətəndaşların məşğulluğunun təmin olunmazlığından bütün anormallıqlar bikarçılıqdan yaranır:
-
oğurluq, quldurluq, soyğunçuluq,
-
boşanmalar; ailə içi tutaşmalar, ailə hisslərinin pozulması, birliyin pozulması, anlaşılmazlıq,
-
dolanışıq çətinliyindən ailəvi intiharlar,
-
kişilərin işsizlik ucbatından ölkədən kütləvi axını və yaranmış vəziyyətdə qadınların əxlaqsızlığa qurşanması,
-
sosial ədalətsizlik; mal-mülk mübarizələri üstündə cinayət hadisələri,
-
cinayətkarlığın həbsxanalara yol açması. (Ora düşənlərin incidilib alçaldılandan sonra cəmiyyətə çıxarılanda acıların əvəzin cəmiyyətdən çıxarılması, bu da bir cinayət.)
Məşğulluq Xidmətinizin ancaq adı var.
Məşğulluq Xidmətinin təşkil etdiyi “Əmək yarmarkaları”nda təklif edilən iş yerlərində 60-70, 90, 115-120, 200-ə kimi, az hallarda da 300 manata yaxın əmək haqqısı olan iş yerlərinin təklif edilməsi respublikada iqtisadi vəziyyətin göstəricisidir.
Rejim mənsubları, hansınız belə maaşla işləyərsiz?
İnternat evlərindən Bar-Masaj-Sauna salonlarına
Uşaq evlərində yeniyetmələr 18 yaşına çatanda oradan çıxarılırlar.
18 yaşdan sonra onların gedəsi yerləri olmayıb barlara getdiyini bilmirsiz?
Yeniyetmələrin İnternatlardan “övladlığa götürmə” adıyla mamarozaların əlində insan alverinin, cinsi istismarın qurbanı olduqlarından, xarici ölkələrə daşındığından, satıldığından xəbəriniz yoxdur?
Yerlər boşalır... dolur.
Atılmışlar... Cinayətlər... Pozğunluqlar.
Fahişəlik obyektləri çox vaxt Polis bölmələrinə yaxın olur, məmurlar vaxtı-vaxtında məbləğin alır və xidmətdən də istifadə edir.
Barlara arxalıq edənlərin əksəriyyəti də MTN işçisidir. Sükut... sükut... sükut.
Uşaq evləri barlar, kafelər, masaj salonları üçün “kadrlar” yetişdirir”.
Cəmiyyətin çölə atdığı özünə qayıdır.
Göz yaşları içərisində gülüş.
Bir çox qadınlar da dolanışıq üçün bu “məkanlara” evladlarını uşaq evlərinə verməmək üçün gedirlər. Çünki evdə onları gözləyən körpə, ac balaları var.
Millətin pozulmasını sizlər edirsiz, yuxarıdakılar!
Adama nə qədər demək olar özünüzü düzəldin!
Əlinizdən baş götürüb hara qaçaq!?
Neçənci dəfə məcburi köçkün və qaçqın olaq?
Milli Təhlükəli nazirliyin təhlükəli qoçuları
MTN az qala Prezident Qvardiyasının işin görsün, “amandır, Rəhbərlik devrilməsin!”.
Təəssüf olsun, MTN Rəhbərliyin çirkin əməllərinin icraçısıdır!
Millətin və Dövlətin əsas güvənlik sisteminə pulla düzələndən sonra daha hansı təhlükəsizlik? Bu orqana Sonsuz imtiyazlar, “Allahın sağ əli olmaq” üçün dəridən-qabıqdan çıxıb düzəlirlər.
“Erməni əsilli məmurlar”ın və “Müstəqilliyimiz əleyhinə səs verənlər”in siyahısına baxıb indi həmin məmurların hansı vəzifələrdə olduğunu görəndə insan dəhşətə gəlir. Budur bizim milli təhlükəsizliyimiz?! MTN Millətin təhlükəsizliyin qoruyur, yoxsa Rejimin?
Vəziyyət Lenin Sovet bolşevizminin Azərbaycanı işğalından sonra 30-cu illərdə güc strukturlarına ermənilərin soxulması kimidir.
Rusların əsarətindən çıxıb özümüzünkülərin əsarətinə düşmüşük!
Belə müstəqilliyin bizə faydası nədir?!
Hakimiyyətin mavilərlə HəmRəngliyi, HəmRəyliyi
Alçaldılmış Polis sistemi
“Polis” sözü yunanca “pol” - “şəhər” sözündəndir. Yəni, şəhərini sevən, onun müdafisində duran, hər bir ictimai işlərində fəal iştirak edən şəxslərə deyilirdi. Daha qurduğunuz sistemdə rüşvət almaq üçün rüşvət verib DİN-ə düzələnlərə yox!
Ermənilərin Bakıya gəlişinə etiraz edən vətəndaşın ağzına diziylə zərbə vuran polis məmurunun rütbəsini yüksəldirsiniz. Sizin polisiniz kimi qoruyur?!
Polis-Güvənlik sistemini də alçaltmısız. Bu ölkədə polisə adamın cibindən nəşə, gözündən də fahişə çıxartdırırsız. Rejim istədiyi vaxt polisin əliylə siyasi opponentlərini seksual azlıqlar vasitəsilə şərləyir, dövlət televiziyasının (!) mavi ekranından “mavi tamaşalar” yayımlayır.
Məntiqi nəticə: Hakimiyyətin mavilərlə həmrəyliyi.
Bu çirkaba polis nümayəndəsi də bulaşır. Polis sistemi fahişəxana obyektlərindən, narkotik dövriyyəsindən gələn gəlirlə pul qazanır. Yungülxasiyyətli qadınlardan (yalnız cinsi qadındır, qadınlığa aidiyyətı olmayanlar) vətəndaşlara qarşı şantajdan istifadə edir.
Yenə Məntiqi nəticə: Polis ailəsini və qazancını haramla murdarlayır.
Lənətə gəlsin belə güzaran!
DİN (Daxili İşgəncələr Nazirliyi) – Xalqın 1 nömrəli niftət obyektlərindən biri. Maraqlıdır, əgər xalqın ən nifrət etdiyi dövlət müəssisələrindəndirsə, bu qurum daha xalqın hansı rifah işinə yarayır, çox maraqlıdır???
Tapşırıq möhkəm-mütəşəkkil yerdəndir!
Müxalifətlə İqtidarın müştərək fırıldağı
İqtidarın özunə lazım oln vaxtlarda fiqurlar, funksionerlər təbliğat-təşviqata başlayır.
Beynəlxalq aləmə “bizdə də müxalifət var” gorünsün deyə — özünüzün qurlaşdırdığınız Süni Müxalifət.
“Müxalifət” - Avropa-ABŞ siyasi dairələrinin qrantları hesabına maliyyələşən, ehtiyyatda saxlanılan xaos qüvvə.
Sizlər istiqlal mücahidimiz M.Ə. Rəsulzadənin yoluyla gedirsiz?
Sizin nə “Müxalifətliyinizin”, nə də “Yeni Müsavatçılığınızın” Rəsulzadə prinsiplərinə aidiyyəti var. Rəsulzadə sağ olsaydı onun yanında olmazdınız, ona qarşı müxalifətdə olardınız!
“Qrant müxalifəti”, “Bazar müxalifəti”. “Bazar yaratmaq” — müxalifətçi liderlər bu termini yaxşı bilirlər.
Ziyalısızlıq mühiti
Ziyalı ərəbcə “ziya” sözündəndir –“işıq” deməkdir. Farsca “nur”.
Türkcədə “aydın” deyirik. Aydınlığın qaranlığı olmur. Adınlıq ya var olur, ya da yox. Aydınılğın ortababı olmur. Aydınlıq bir üz olur.
Oxumuş şəxs ziyalı deyil. Ziyalı Millətinə, Vətəninə faydası olan adamdır.
Bir var “inteligent”, bir də var “itil get!”. Bir var “ziyalı”, bir də var “it yalı”.
Milli faydası olmayan şəxslər ziyalı deyil.
Yaltaq “ziyalı mühitini” əla alıb özünüzün istədiyi kimi idarə edirsiz.
Elə bir mühit yaratmısız, sanki, respublikada sizdən savayı kişi yoxdur, hamı sizdən deməlidir, hamı sizi tərifləməlidir.
“Yaltaqlar kralı”, “Girənlər padşahı”, “Saray şairi”, “Sabun mükafatı”, “Partiyaya xidmət edirəm!” kimi həvəsləndirici fəxri ad və ordenlər, medallarla təltif etmək üçün təsis eləsəz lap yerinə düşər.
AYB – Qocalıqda yorğalıq
“Hər insan üçün Şəxsi arzu, Sevgi ikinci, Vətən, Xalq, İnsanlıq, Dostluq borcu isə birinci olmalıdır”.
Azərbaycan gəncliyinin yolundan uzaqlaşmasında Yazıçılar Birliyi idarəçiliyinə aid olan şəxslərin təqsiri qaysaq bağlamış yara kimidir. Ənənəçiliyi məhv etdilər.
Tipik Azərbaycan ziyalısına nümunə burada nə qədər desəndir – şəxsi rahatçılığını və sərbəstliyini hər şeydən üstün tutmaq.
Müəyyən şəxsləri çıxmaq şərtilə AYB sürü psixologiyasındadır.
AYB-nin Azərbaycançılığa aidiyyəti yoxdur.
Milli Məclis – Oliqarxlar Məclisi
Deputat, Millət vəkili – Mili Məclisin tərkibinə xalq tərəfindən seçilən səlahiyyətli nümayəndə.
Bizim kimi aşağı sort dövlətlərdə deputatlar xalqın tərəfindən yox, rejim tərəfindən öz şəxsi məsələlərini həll etdirməkdən ötrü təyin edilir.
Təyin etdiyiniz özəl vəkillərinizi adətən dövlət televiziyasının efirindən sessiyalarda belə görmüşük: bir nəfər kürsüdə özü üçün danışır... kimi burnun eşir, kimi başını qabağına qatıb yatır, ən yaxşı halda kimi də qəzet oxuyur.
Firmalar, mağazalar, restoranlar, biznes centlmenləri nə hərliyir millətə vəkillik eləsin.
Özü də ki o parlamentin qəbul etdiyi qanunlar qüvvəyə yox, mafioz qruplaşmalar qanunu minir.
AzTv – Tayı-bərabəri olmayan dövlət televiziyası
İllərlə rəhbərliyə öz yerlinizi təyin etmə taktikanız, hər zamankı adətiniz – Nizami Xudiyev kimi “şəhvət atası” dövlət televiziyasının başında duranda televiziyanın vəziyyəti də bundan artıq olmayacaq.
Hakimiyyətin əlində əsir:
Dövlət televiziyası hakimiyyətin sifarişlərinə yarınmaqdan başqa bir şeyə yaramır. Hamı yaxşı bilir ki, dövlət televiziyası ölkədəki hadisələri olduğu kimi görsətmir.
Əsasən özel televiziyalar tam yayımlanana kimi təkrar-təkrar səfərlərinizi, çıxışlarınızı zorla yayımlatdırmağınızdan başımız, gözümüz qabar oldu axı, azacıq olsa bizi də fikirləşin “da bə!”. Bir dünyadan da görüb-götürək. Adam eqoist olmaz!
İctimai TV-sizlik
İctimai Televiziya yaranma ərəfəsində mətbuatda İ.Ömərovun müsahibəsində iri başlıq yer alırdı: “Damarlarımda təmiz türk qanı axır”. Bu idi türkçülük adıyla ... ?!
Gözdən pərdə asmaq üçün şou müğənnilərin qatıldığı “TRT Avaz”-la ortaq yayım hələ hər şey deyil.
İTV-nin yayımı da göz qabağındadır. Antiazərbaycan ruhsuzluğu.
“Azercell”in pornoqrafik məzmunlu bildirişləri
“Filankəsin lüt şəkilləri ... videoları”. O şirkətin rəhbər işçilərin ailələri ilə birlikdə toplantıda yığıb “Azercell”dən göndərilən həmən materialları onların yanındaca arvadlarına, qızlarına göstərələr. Görək “şirkət rəhbərlərinin” yanaqlarının qızartısı necə olur!
Milyonlarından ayrılmış neçədə bir hissəni xeyriyyə tədbirlərinə həsr etməklə bizləri zadına, barmağına dolamış hesab eləyirlər!
“Ölkə qaldı əli əyriyə, kimi yeyə, kimi səyriyə”.
“ANS”-in pornoqrafik məzmunlu yayım və jurnal reklamları
İlk özəl TV. Yaradılışı “215 KL” studiyasından başlayıb. ANS – Azerbaijan News Service (Azərbaycan Xəbər Xidməti). Adı da Avropadan gəlir, ingilis dilindədir. O dönəm müharibə vaxtlarında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqəmətində adının belə olması başa düşələndir. Sonra dəyişə də bilərdi...
Yarandığı vaxtlardan xalqa yaxınlığı ilə seçilib. Xüsusən Qarabağ müharibəsində birbaşa – fiziki və mənəvi cəhətdən iştirakı, ən dəqiq döyüş xəbərlərinin xalqa çatdırması ANS-i xalqa sevdirib, seçdirib. Birinin şikayəti olanda “ANS-ə gedəcəm” deyib. Bu şərəf ANS-in danılmaz həqiqətidir. Bu öz yerində.
Lent fırlandıqca ANS-in rəhbərliyinin mövqeyi də dəyişdi... (Daha doğrusu dəyişdirildi).
Yayımlanmağa başladığı ilk balaca studiyadan müxtəlif növ məzmunlara balaca-balaca başladı.
Müharibə illərinin havası soyuyandan əhali artımı olsunmu deyə, fərqlilik baxımından tamaşaçı toplasınmı deyə, nədirsə gecə “12-dən sonra” erotik məzmunlu filmlər yayımlamağa başladı.
İndi isə jurnallarına baxsanız çox sözə ehtiyac olmaz. Soyundurur...Çəkir...Yayımlayır... Erotik məzmunlu telefon yükəmələri... Kadr tərkibində yüngüllük də var. Belə yerdə dolayısı yolla deyirlər: “Sağ olsunlar!”.
TV Rəhbərliyin “Əgər dəyişmək istədiklərini dəyişə bilmirsənsə, baxışını dəyişməlisən!” deməyi lap yuxarı başdakı “dəmir yumruq diktatorluğun”dan aldığı evin, maşının, pulun ictimaiyyətə qıcıq doğurmaması üçün qarantiyalamqadan ötrüdür.
Müharibə Babəkliyindən dönüb əqidəni dəyişmək cılız işdir.
Hakimiyyətin qucağına düşdüklərini pısıb, güc tapıb deyə bilməsələr də birdəfəlik “...” imza atıb onların yanına keçsələr bu iş tamam olur. “İşiniz irəli!”.
Təhsil Nazirliyi – Rüşvətli Təhsil Nazirliyi
Məktəbli formaları
(Bu başlığa təhsil işçiləri daha diqqət etsin).
Ümumtəhsil məktəblərinin aşağı sinif qız şagirdləri üçün hazırlanan heç bir milli tarixi əhəmiyyəti olmayan “şotlandka” deyilən ətək geyimlər uşaqların abrın pozur. Dizdən yuxarı, özü də gen-bol. Bunun oğlan uşaqlarında hələ erkən duyğular oyatması – hormon pozğunluğu var, qızların pilləkənlə çıxıb-düşmələri var, oturub-durmaları var, küləkli havada getmələri var. Külək oldusa ətəkləri əllərində olur, külək az qalır ətəklərin başlarına keçirsin. Məktəbli formalarına qədər əvvəlki açıq-saçıq, şəhvət saçan geyimlərdən fərqi yoxdur.
Qəribədir, valideynlər də uşaqlarına nəzarətdə göz yumurlar . “Zəmanədəndir” deyib keçirlər.
Bu tipli formaların istifadəsinə razılıq verənlərin ziyalılığına, millət qayğısına qəti inamım yoxdur. Standart geyim forması olmayan ali məktəb tələbələrinin geyimlərindən isə heç danışmağa dəyməz. Ali məktəb rəhbərliyinin yuxarı instansiyalardan cəza olaraq vəzifədən, kreslodan olmaq qorxusudurmu, ya özləri də bundan zövq alır, nədirsə, bu işə heç bir təsir etmir. Beləcə zəncirvari halqa yaranır və sonda...
Məktəblər təhsillə bərabər şəhvət yayır.
Məktəb fondları nə üçündür?
Orta məktəblərin şagirdlərdən pul yığmaqdan sonra 2-ci funksiyası təhsildir. Sinif nümayəndələri, Sinif rəhbərləri, Valideyn birliyi rüşvət çatdırılmasında iştirakçıdırlar. Direktorlar da özlərindən yuxarıdakıları “görməlidir”. Yoxlama gəlməmiş qabaqcadan bunu bilmək falabaxanlıq deyil.
20 ilə yaxındır Rejimin təhsil sistemində bunları görürük.
Orta məktəb rəhbərliyi şagirdlərə maddi-mədəni, tarixi abidələrimizə, mədəniyyət obyektlərinə – komplekslərə, muzeylərə, qalereyalara, sərgi salonlarına, qoruqlara, yasaqlıqlara ... ekskursiya turları təşkil edirmi?!
Yeni nəsil öz torpağını tanımır, coğrafiyasını, flora-faunasını bilmir. Ermənilər isə torpaqlarımızı əzbər bilirlər. Belə olan halda qulağımızın dibindəcə düşmənlərimiz torpaqlarımızı işğal etməsin, kim etsin?!
Rejimin yürütdüyü təhsil sistemi: Hər kəs yüksək təhsil almalıdır, sonra da yaltaq olmalıdır! Əzilib-büzülməlidir, bükülməlidir, büzüşməlidir – Şəxsiyyətsizlik kompleksi.
Təhsil sistemi, strukturu milli ruhda qurulmalıdır.
Təhsildə Milli dirçəliş başlanmalıdır.
“Təhsilə yatırılan sərmayə Millətin gələcəyi üçün depozitdir!”.
Səhiyyə Nazirliyinin “Qaynar Xətt” görüntüsü
“İnkişaf etmiş səhiyyəsi olan dövlətin Həyat səviyyəsi də yüksəkdir”.
Guya “Qaynar xətt” yaratmısız?
Qan içində, ölüm ayağındaca xəstəxanaya çatdırılan yaralılara, təcili tibbi yardıma ehtiyacı olanlara xəstəxananın qapısındaca adamının, arxasının, tanışının, yiyəsinin gəlişini gözləyən qəssab kəkimlərin ucbatından gözlər önündə nə qədər insan həyatını itirir. Xəstəyə bankomat kimi baxan hansı vicdansız həkim məsuliyyətə cəlb olunub?
Əməkhaqların normal verin, düz-əməlli işləsinlər.
Korrupsiya mexanizmli yoxlamalar, təftişlər, monitorinqlər...
Pulla diplom verən səhiyyəniz dövlət səviyyəsində inkişaf edibsə nəyə görə vətəndaşlar mülicə-müayinə üçün xarici ölkələrə kütləvi axın edirlər?
Kimə gəlirsiz?
Məhkəmə ədalətsizliyi
“Ədalətli məhkməmə dövlətin vicdanıdır”
Qaniçən Hakimlər...
Qəddar, Vicdansız, Harın, Alçaq Sədrlər...
Məhkəmə qapılarında süründürmələr....
Yalançı şahidlər... Saxta ittihamlar...
Tapşırıqlar... Rüşvətlər... Qanunsuz, Sifarişli qərarlar...
Göz yaşları... Hiddətlər... Qəzəblər... Nifrətlər...
- Mafiozlar, özünüzü burada görürsünüzmü?
Sədrlər var aldığı rüşvətlə anasını Həccə “ziyarətə” göndərir, gələndə də rüşvət pullarla “ziyafət” təşkil edir.
”Ziyafətiniz” mübarək!”.
Rəhbərin prezidentliyində belə regionlara səfərində vətəndaşların növbəni yararaq şikayət ərizələrini birbaşa prezidentə təqdim etmələri məhkəmə əclaflığının hansı səviyyədə olduğuna sübutdur!
Muğam müsabiqələri
“Muğam İnsanın Allahlığı haqqında mütləq həqiqətdir.
İnsanın Allahlığını İnsana bildirən Musiqi yoludur.
İnsanın İdrak və Duyğu Allahlığıdır.
İnsanın Allah çağrılmasıdır Muğam” – budur Muğamatın Mütləq mahiyyəti.
Muğamatı müsabiqələşdirmək, liderə, partiyaya yarınmaq üçün “ümummilli liderləşdirmək”, “xoşməramlı səfirləşdirmək”, yataq janrı Vahidlərin, şər nökəri S.Rüstəmlərin sözlərinə oxumaq, şux-oynaq, çirkin sözlərə düzüb-qoşmaq, kef məclislərində oxumaq, dinləmək Muğamatı – İnsanlığı öldürməkdir!
Muğam – içdən, daxildən yenilənmək, təmizlənmək mütləqliyidir!
“Ümummilli Lider” tituli
“Tariximiz hakimiyyətdə olanların, hakim sinfin xeyirinə yazılır” – Saxta tarix!
Gəlin bu daşı tökün ətəyinizdən, “Ümummilli Lider” tituluyla Atatürk’ü eyniləşdirməkdən əl çəkin. Atalıqda yağılıq, inanmsızlıq olmur. Atalığı həvəs, sırınma, titul göstəricilərinə calamayın.
Onsuz da çox getməyəcəyini özünüz də yaxşı bilirsiz!
Yalnız adı imperatordan, padşahdan fərqlənən o qədər prezident heykəlləri görmüşük. Leninlər, Stalinlər, Səddam Hüseynlər, Hüsnü Mübarəklər...
Sizin də “N” qədər heykəlləriniz, büstləriniz var. Bəs Səddam Hüseynin heykəllərinin başına gətirilənlərin bir gün də sizin heykəllərin ... ... bilmirsinizmi?
Dilsiz-ağızsız pulları sülalənizin adlarında parklara, daşa-divarlara sərf etməkdə məqsədiniz nədir, tarixə yamaqlanmaq üçün?
Başınızı yuxarı qaldırıb tüpürsəz, sonda bilirsiz də hara qayıdar?!
“Qaytar geri!”
Vətən xaini, sən ey Millət düşməni,
Şirinin zəhər oldu, acını qaytar geri.
Azərbaycan xalqının ləkəsiz namusunu,
Azərbaycan xalqının tacını qaytar geri.
Dönməz igidlərimi kürəyindən atılan,
Məsum körpələrimi tonqallara çatılan,
Diri-diri kəsilib ağalara satılan,
Cavanların qolunu, qıçını qaytar geri.
Bədəni parça-parça zindanlara atılmış,
Hər cür təhqir olunmuş, hər cür ələ salınmış,
erməninin əliylə bircə-bircə yolunmuş,
Qızımın, gəlinimin saçını qaytar geri.
Arxa seçdin özünə yolun, izin çaşanı,
Varını daşımağa min bir qoşqu qoşanı,
Dığalara satdığın Zəngilanı, Şuşanı,
Canımız Kəlbəcəri, Laçını qaytar geri.
Elsiz yaşamaq çətin, evsiz yaşamaq çətin,
Bağrına od basmısan bu bədbəxt məmləkətin,
Dağların gözəlliyin, bağların bərəkətin,
Əkini qaytar geri, biçini qaytar geri.
Ürəyimiz qəm dolu, əllərimiz boş olub,
Yazımız, baharımız birdəfəlik qış olub,
Yorğanımız qar-boran, döşəyimiz daş olub,
Topdağıtmaz evlərin içini qaytar geri.
Azdırdın bir millətin düz cığırın, düz izin,
Bir el haqqın dalınca sürünür dizin-dizin,
Pərən-pərən saldığın bir milyon kimsəsizin,
Yönünü qaytar ger, köçünü qaytar geri.
Şücaətəm, dözmürəm, yurd yuvasız ölürəm,
Nə ürəkdən danışır, nə ürəkdən gülürəm,
Başqa şeyə qeyrətin çatmayacaq, bilirəm,
Əsir düşmüş ananı, bacını qaytar geri.
Prezident nitqi
“Dəfələrlə demişəm”, “bir də deyirəm”, “yenə də tapşırıram” “sizə demişəm bir neçə dəfə”, “neçə dəfə deməliyəm?”, “əfsuslar olsun gərək hər dəfə deyim” – Siz o əziz cəddiniz tərgidin bu ifadələri!
Oliqar məmurlarınızla bacarmadığınız, iradəsiz, əlacsız, çarəsiz, idarə olunan oyuncaq dövlət padşahı olmağınız görsənir.
Xalqla aranızda dərin uçurumlar var.
Dostları ilə paylaş: |