Əliyevlərin şəxsi “Azərbaycan” Respublikası


Bütün oyunların mahir oyunçusu, daş altındakı gürzə məmur qulağınızı çox doldurub



Yüklə 255,19 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü255,19 Kb.
#7006
1   2   3

Bütün oyunların mahir oyunçusu, daş altındakı gürzə məmur qulağınızı çox doldurub. Yalnış səmtə salınmısız. İnanmayın o şarlatanlara!

Xarici ölkə mediaları nitqinizdəki bu ifadələri tərcümə edib gündəmə çıxarmamış, çıxarın məmurlarınızı işdən!


İstəyirsən get prezidentə de!” deyimi

Belə çıxır ki, bu ölkədə prezident idarəçiliyi bağışlayın, az qala “it yerinə sayılmır”.

Bu da Nazirlik sisteminin, Məhkəmə hakimiyyətinin, Polis sisteminin, Qanunverici orqanın qanunlarının kağız üzərində boş bir şey olduğu, İcra orqanlarının xalqın heç bir işinə yaramadığını, əhəmiyyəti olmadığını göstərir.

Məmurlarınızın süründürmçiliyindən bezən Xalq problemlərin həllini son istinadgah kimi Prezident Administrasiyasından umur.

Dövlətçilik əldən getmiş marjinal bir qurum olub.

Rədd olsun belə vassal “dövlətçilik”!



Bura Azərbaycandır” deyimi

Deyimin yozumu belədir: Pulun, arxan, daydayın-adamın varsa dövlət sənin cibindir, istədiyini elə. “Gözün üstə qaşın var” deyən olmaz. Deyənin də qulağını burarlar.

Elə eləmisiz ki, vətəndaşlar adlarınızı dillərinə gətirməyə qorxub, elə hey bir ağızdan Vətəni söyürlər...
“Onu didik-didik didiklədilər,

Saçlarından tutub sürüklədilər,

Götürüb yadlara “buyur” dedilər,

Bəylər, bu Vətənə necə qıydınız?”.



Əsrin müqaviləsi”

Layihəsi oğurlanıb hakim Rəhbərin adına çıxarılan, qazancı YAP-ın payına düşən, 1 barrelinidən gələn gəlirin belə xalqa təbii haqqı çatmayan, xarici dövlətlərlə antiazərbaycan şərtlərində imzalanmış bədnam geydirmə müqaviləyə – “Əsrin müqaviləsi” deyilir.

Rəhbər Qərb ağalığına yarınmağı yarıtmaq və hakimiyyətini möhkəmləndirmək üçün “müqaviləni” imzalamalı idi.

Gözləyək görək neft bitib tükənəndən sonra nə edəcəyik.

Yene də əllərimizi açıb Allaha yalvaracağıq.

Bank hesabları. Varidat. Bunkerlər

Yaşam tərzləri belədir; Avtoritar oliqarxiya quruluşlarında bürokrat yığını ara qarışan kimi çamadanların götürüb qaçırlar. Çox yük götürməyə ehtiyac qalmır, əvvəlcədən hər şey planlaşdırılıb. Orada onları milyonlar yatırımlı bank hesabları, “full” həyat gözləyir.

Qabaqcadan hazırlıq; Hər hansı bir çevriliş, qiyam olarsa gizli, yeraltı sığınacaqlar, ölkəni tərk etmək üçün məxfi danışıqlar, tunellər, çıxışlar....

Satqın zümrə!



Hakimiyyətin baxışında Azərbaycan Cümhuriyyəti və “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” məfkurəsi
Birdəfəlik bilin: Azərbaycan Xalq Cümhuriyyəti yox, Azərbaycan Cümhuriyyəti; Məmməd Əmin Rəsulzadə yox, Məhəmməd Əmin Rəsulzadə!

O zamanlar AC-nin də çox səhvləri olub. İmperiyanın caynağından yenice qurtulmuş ilk cümhuriyyət idarəçiliyinin təbii ki, nöqsanları da olacaqdı.


• Əqidədə ziddiyyətlilik:

“Qərbləşmək hara, Türkləşmək hara, Türkləşmək hara, İslamlaşmaq hara?! Əlacsızlıqdan tez-tələsik şüar yaranmışdı. Bu şüarın gələcəyi ola bilməzdi” – olmadı da!


İndi arxaları yumşaq, ağızları da isti yerdə olan iqtidar mənsubları tapşırıqla AC əleyhinə ağızlarına gələnləri guppuldadırlar. Bir tərəfdən AC hakimiyyəti təhqir olunur, digər tərəfdən də “...Azərbaycan Cümhuriyyəti tarixinin hər bir səhifəsi bizim üçün olduqca əzizdir” deyə “kəlamlar” yazılır. Belə iyrənc maxinasiyalı siyasət yeriməz!
Xalqa aidiyyətı olmayan “milli bayramlarda” TV-lərdə Rəhbərin şəklinin bayrağın ortasına əlavə edilməsi hansı məntiqə əsaslanır? 1923-cü ildə doğulan Rəhbər 1918-ci ildəki Cümhuriyyəti necə qurdu???
Uşaq dərsliklərində AC-dən söz düşəndə, dəxili olmayan yerdə də Rəhbərin adının üsulluca oraya uyğunlaşdırılması “milli tarixdirmi?”.
• O zaman 3 rəngli bayraq yoxluqdan , çıxılmazlıqdan qəbul olundu. İndi 3 rəngli bayraqla Bütöv, Qüdrətli Azərbaycan qurmaq mümkün deyil; Yaşıl – İslamçılıqla, Qırmızı – Avropaçılıqla, Ay-ulduzla – Osmanlıların Bizansdan mənimsəyərək sonradan islam aləmində humanizm mahiyyəti almış Bizans yadigarı ilə.

Bircə göy rəng Türkçülüyündən başqa bütün detallar yadlığı bildirir.


Özgəliklə, Yadlıqla – Doğmalıq mümkün olası şey deyil!

Azərbaycanda bütün tərkib hissələri, komponentləri Azərbaycançılığa, Türkçülüyə aid olan Azərbaycan Türkel Dövləti”nin bayrağı dalğalanmalıdır.


İslamçılıqla, Qərbçiliklə Azərbaycan qurula bilməz!

Yadlıqla Azərbaycan ingilisçiliyin, rusçuluğun,irançılığın ... tapdağı olur!


Müsəlman Türkün yerinə – Mütləqə İnamçı türk – budur Türkün xilası!!!

Mütləqə İnamçı mütləq xalq Azərbaycanı qura bilər!


Ruhum sərgərdan… Nə vaxtacan, nə vaxtacan?!”

Vətən torpaqlarını satdınız, Azərbaycan türklüyünün adını dəyişdirdiniz, dilinin adını dəyişdirdiniz, ruhunu özgələşdirdiniz, Milləti özünə düşmən etdiniz...

Erməni bizə itmiş tariximizi xatırladır – “Türk” olduğumuzu anlatmağa çalışır, siz də dirəşib əl-əyağa düşmüsünüz ki, yox, “biz azərbaycanlıyıq”.

1-ci “Azərbaycanlı” cəfəngiyatı – “Rusiyada hazırlanıb-gətirilmiş” , 1936-37-ci llərdə Lenin bolşevizmində manqurtlaşdırma siyasətidir, 2-ci də 93-cü il Hakimiyyətindən sonra.

Biz hələ də Mirzə Cəlilin “Anamın kitabı” əsərinin səhifələrində ilişib qalmışıq. M.Cəlildən, M.Sabirdən üzü bəri təfəkkürümüz dəyişməyib. Özgələrin təsirində Özgələşdirilmişik!

Erməni yarışması

Rejim erməni rəqabətinin sayəsində ayaqda dayanır. Prosesin uzanması onlara faydalıdır.

- Biz “Lobbi” nə olan şeydir bilməyəndə erməninin Avropada, ABŞ-da köklü lobbi-diaspor təşkilatlanması vardı. Ayılandan sonra biz də diasporlaşdıq.

- Erməni tarixi abidələrimizi, kulinariyamızı, folklorumuzu öz adıyla kitab-kataloqlarda tərtib edib dünyaya yayımlayır, kitab sərgilərində tarixi təhrif edir, ondan sonra biz ayılırıq.

- Erməni “Avroviziya” yarışmasında çıxış edir, bizimkilər də baxıb girişirlər. (Heç bizə lazım da deyil!).

Erməni və Müsəlmanın fərqi

Məscidlər antitürk, antiazərbaycan ruhundadır. Orada Azərbaycana, Azərbaycançılığa, Türkçülüyə aid bir cümlə belə deyilmir!

Məscidlərdə və ölülərimizin məzarlarının başında qədim Mesopotamiya və digər xalqların mifologiyasından, dünyagörüşündən, inanclarından oğurlanma, mənimsəmə əsasında yəhudi və ərəb nağıllar karvanı – “hədislər, rəvayətlər” söylənilir. Kosmopolit ümmət Xilafətliyi yaradılır.

Mirzə Cəlilin xatirələrindən: “Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim də bunlar olub: “Allahu Əkbər! Allahu Əkbər!”.


Özgə torpaqlarına “müqəddəs” deyib yurdsuzlaşdıq!

Öz doğrularımızdan qaçıb özgə “doğrularını” doğru bildik!
..................................................................................

Mirzə Cəlil (“Müsəlman içində gördüklərim”, 1906-ci il):

“... – Sən nə millətisən?

Hacı ağa üzünü mənə çöndərib cavab verdi:

– Əlhəmdüllah, müsəlmanam.

Dedim: – “Çox sağ ol”.
..................................................................................

Mirzə Cəlil (“Axund ilə Keşişin vəzi”, 1906-ci il):

“...Kəndin gödək divarlarından həyətlərin hamısını görürdüm...

Həyətin birində bir erməni uşağı ağacın kolgəsində oturub kitab oxuyurdu. Bir həyətdə 12-13 yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə bu tətəfinə qaçırdı...”.

...Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər... Keşiş uca səslə uç dəfə dedi: Vətən, Vətən, Vətən...

Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim...

Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanəliyev idi... özü də İran əhlidir.

...Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

– Erməni millətinin dünyada uç sevgili balası var: Vətən, Millət və Dil.

... Molla Qurbanqulu kitabdan bu sözləri oxuyurdu: “Əgər bir şəxs yata, yuxusunda həcəmət görə həmin şəxs dünyada heç bir bələya giriftar olmayacaq”.
..................................................................................
Müsəlman Şərqi və Müsəlman Türk Dünyası 1400 ildir yuxudadır!

- Hələ də ayılmayıb.
Bizim digər xalqlarla fərqimiz düşüncədədir, yalnız və yalnız düşüncə-təfəkkür fərqində!

Bütün gedişatları yəhudi taktikası olan ermənilərdə isə əksinədir. Varlıqları oğurluq, plagiat olsa da Keşiş-Kilsə koordinasiyasında birləşiblər. Kilsə ermənilərin ideoloji mərkəzidir. Dövlətlərini də elə Kilsədə qurdular, Keşiş-Kilsə-Erməni ideologiyasında!


Azərbaycan torpaqlarının işğalda, millətin isə qarmaqarışıqlıq, xaosda saxlanılmağı Azərbaycanı inkişafdan, intibahdan geri qoydu. Azərbaycan cəmiyyəti elmi, texniki və b. sahələrdə yeni ixtiralar, kəşflər etmək, ruhaniyyətini inkişaf etdirməkdənsə XXI əsrə münaqişə-müzakirə vəziyyətində qədəm qoyub.
Din tiryəkliyindən, xurafatından, cəfəngiyatından Ruhani Cəmiyyətə!

Bütöv Azərbaycan dərdi

• İdarəçiliyi Bakıyla məhdudlaşan cıqqılı dövlətciyəzə məsul olan şəxslər, işğaldan sonra regionun infrastrukturunun, landşaftının bərpası, ərazilərin minadan təmizlənməsi, əhalinin yerləşdirilməsi, təhlükəsizliyin təmin olunmasına və s. aid hansısa bir Plan, Strategiya, Doktrina, Konsepsiya müzakirə etmisinizmi?!


Hakimiyyət eşelonunda sıralanan erməni mənşəli, rus meyilli, İran təsirli, Qərb həvəsli, İsrail-ABŞ tapşırıqlı məmur topasıyla Azərbaycanın qüdrətli olması mümkün olmayacaq!
Hələ Azərbaycanın bədəndən ayrılmış beyni – 35 milyonluq mənəvi problemlər fonunda Güney Azərbaycan dərdini demirəm. Dərd-sərdən uzaq olmağınız pörtümüş yanaqlarınızın qızartısından bəllidir.
Qorxunuzdan “Güney Azərbaycan” adını diaspor təşkilatlarında yasaq etmisiz.
Dərbənd, Borçalı, İrəvan, Kərkük... Bu Vətənin görün nə böyüklükdə dərdi var. Vətən dərdindən də ilk öncə Millət dərdi var – İnsanlaşmaq!
“İnsanlaşmadan Müstəqil Vətən mümkün olmayacaq!”
Güneydən olan soydaşlar bilirsiz nə deyir? Deyirlər - “siz nətər müsəlmansınız ki, başda oturanlarınızın arvadlarının döşü-döşündən, baldırı da baldırından açıqdır, elə bil Seks simvollardı”.
Bir belə problemlər içərisində bu nə nikbinlikdir?
Bir tərəfdən Məkkə-Mədinə səfəri, o biri tərəfdən də ... nə bilim vallah.

İslamla Müsəlmançılıq, Qərblə Avropaçılıq – Avropaçılığın ətəyində namaz, əcəb müsirləşmə taktikanız var.


Açığını deyim, əgər Qarabağa nə vaxtsa yolumuz düşsə bütünlüklə mini yupkalı “qadınların” ora getməyinin əleyhinəyəm. O torpaqların onsuz da erməni aparmış abır-ismətini yerli-dibli aparacaqlar.
Robert Koçaryan prezidentliyi dönəmində Avropa Şurası Parlament Assambleyasının kürsüsündən “Mən Qarabağın işğalında şəxsən iştirak etmişəm və bununla fəxr edirəm” – deyəndən sonra daha nə düşmüsünüz Avropanın Tülkü Əməlli Təşkilatının dalınca?
Dünyanın arxasınca düşdükcə elə dünyanın arxasında da qalacağıq!
Torpaqlarımızın işğalında iştirak etmiş, əli millətimizin qanına bulaşmış, Rusiyanın tapşırığı, göstərişi ilə oturub-duran öz təbirləri ilə desək “forpost” fiqurları ilə səmimi-mehriban görüşüb, gülüşüb bir masada əyləşmək isə ayıca mövzudur.
Budur gözümüzə soxmağa çalışdığınız Xarici Siyasətiniz?!
Bəsdir başımızı rəqqasələrlə, müğənnilərlə, oyunbazlarla qatmağa çalışdığınız!

Balanslaşdırılmış siyasət” nağılı

KİV-dən

“Bizim hakimiyyəti İran hürküdür, Rusiya qorxudur, “BP” (British Petroleum) şantaj edir, Qərb təpinir, bir sözlə, gələn-gedən qapazlayır.

Budurmu müstəqil siyasət?”.

Gənclikdən hakimiyyət xeyirinə sui-istifadə
Bir qisim gəncliyi təmsil edirmiş kimi görüntülənən süni gənclikdən siyasi oyunların gedişatı, fiqurları kimi istifadə edilir. İqtidaryönlü gənclikdən ələbaxan, cibəbaxan baza kimi ehtiyatda saxlanılır.
Qərbsayagi Yeni Nəsil Gənclər Təşkilatları.

İrəli” – YAP-ın əlaltı orqanı gənclər təşkilatlarından bu millətə fayda olmaz.

Dalğa” – Avropa abırsızlığının Azərbaycanda təbliğatı: diskoteka gəncliyi.

Hərb – Qadağan olunmuş zona

Azərbaycan Hərb məktəbi Rüşvət beşiyi oldu. Qoşunu, Ordunu çökəltdiniz, Hərb məktəbinin belin qırdınız!

Rüşvət

Doğum evindən qəbiristanlıq da daxil olmaqla!

Antikorrupsiya ilə mübarizə kələyi

Baş korrupsionerin korrupsiyaya qarşı “mübarizəsi”.

Korrupsiyaya qarşı “qanunlar” dolayısı yolla rüşvətxorluğu leqallaşdırmaq – qanuniləşdirmək üçün tədbiq edilir. Hansı məmur mafiyası istəyər ki, lüks yaşayışından, gəlir bulağından məhrum olsun? Bax beləcə “qanunlar” qəbul etdirilir!

Öz komandanızda daxili gedişlər edərək dəyişdirilməsi, çıxarılması lazım gərəkən kadrları yerbəyer edirsiz.

Sizlər 100-200 manat əməkhaqqı ilə rüşvət almarsız?



Sistemli korrupsiya. Nikah diplomatiyası

Azərbaycanı tanışlıq-qohumluq mafiyası idarə edir. Hansısa bir məmur digərinin işinə mane ola bilmir, çünki öz işindən olmaq istəməz.

Məmur-mafiya şəbəkəsində nə sevgi, nə ailə – qoltuqlarını, masalarını qoruyub-saxlamaq möhkəmləndirmək, kök salmaq üçün diplomatik yaxınlaşmadır.

Öz yaxınınızdakıları təltif edir, yanınızda yerləşdirmək üçün kadr dəyişikliyi bəhanəsiylə daha da özünüzə yaxınlaşdırırsız. Təhlükə olanda dəvəquşu o boyda bədənini çöldə qoyub başın torpağa saldığı kimi elə bilirsiz görünmürsüz?!



Azərbaycan hakimiyyətindəki Qohumluq” siyahısına baxanda məmur ailəsinə təsadüfi sıradan düşən yoxdur!

Eynən “KQB”çi Sovet rejimidir; idarəçilik başına rejimə xidmət edən özünü bilməzlərin gətirilməsi.



Ssenarili cəza üsülu. Çıxdaş Kadrlar

Komandanızda rejimə müxalif olan 1-2 nəfəri tutub göstərirsiz, mülklərindən tonlarla qır-qızıl çıxır. Guya o birilərinin fontan vuran şüvət bulaqları yoxdur?

İş işdən keçəndə vəzifə məsuliyyətsizliyi, sui-istifadə, rüşvətxorluq “faktları” aşkarlanır, başqa vaxt yox. Gərək hərbi hissələrdə kütləvi qırğın olsun, insanlar tələf olsun, binalar uçub-dağılsın – prezident hadisə yerinə gəlsin, nazirliklər, dövlət strukturları bir-birinə qarışsın, ondan sonra iş araşdırılsın. Hüquq mühafizə, məhkəmə sistemləri də bura aiddir. Belə “araşdırmaların” Millətə faydası nədir?!

Ya da ki, “vəzifə səlahiyyətlərini aşıb rüşvət aldığına görə” tamaşaları – qalanları dogru işləyir, qızıl kimi!


Siz xalqı avam kütlə “Rəhbər Xalqı” hesab etməkdə davam eləyin!


TəbəqələşməSülalələrdə parçalanan Azərbaycan

İnzibati ərazi bölgüsü:

Talıbovlar – Naxçıvan, Əyyubovlar – Gəncəbasar zonası, Heydərovlar - Qəbəl başda olmaqla şimal-şərq bölgəsi, Əliyevlərlə də Paşayevləri özünüz bilirsiz – bütün Azərbaycan, yeraltı, yerüstü...təbii sərvətlər, 9 milyonluq əhali, hər nə varsa!
Qaynata – rektor, qaynata qardaşı – rektor, baldız – rektor!

Adam gərək hamılıqla-nəsillikcə Rektoryevlər olsun?!


Tayfaçılıq, Yerlibazlıq axırımıza çıxdı!!!
Türkiyə istehsalı “Qurdlar vadisi” serialındakı mafiya şəbəkəsini seyr etdikcə Azərbaycandakı vəziyyət görünür!
Geriyə doğru sürətli İqtisadi gerilik

“Borclu olan dövlətdə demokratik hökumət kölədir”.

Azərbaycanın xarici dövlət və təşkilatlara nə qədər borcu var, “cənablar!?”.

Dövlət başçısının və hakimiyyət yetkililərinin dövlət televiziyasında (AzTv-də) hesabat çıxışlarında “Sürətli İqtisadi temp”dən, “Dünyanın super iqtisadi inkişaf edən dövləti” ifadələrini işlətməkdən belə çəkinmirlər.

Beynəlxalq təşkilatların hesabatlarında indiki iqtidar idarəçiliyindəki Azərbaycan altdan-yuxarı yerlər tutur.

Küçə tinlərində ac-yalavac dilənçilərin yalvarışlarını görmək ürək ağrısı deyilmi?

Bakının bahalı şəhərlər siyahısına düşməsinə sözünüz nədir?



Dünyanın heç bir yerində özünüzdəki iddia elədiyiniz İqtisadi İnkişaf Modeli yoxdur!

Paytaxt təkəlçiliyi – İnam itkini Ulus

İdarəetmənin Bakıda cəmlənməsi bölgələrin Mənəvi və İqtisadi inkişafın çökdürdü. Bölgə insanları sadə instinkt davranışlarıyla güzaranların keçirir. Qidalanma, evlilik; uşaq böyütmək, ərə vermə - toy etmək, xeyir-şər məclislərini yola vermək... Sadə əmək insanlarının dərddən qırışmış sifətlərinin cizgilərindən məyusluq, məzlumluq, məişət qayğıları, yazıqlıq, inamsızlıq, yenilmək qorxusu yağır. Bölgələrdə hələ də insanlığı “Allah xofu” üstələyib. Bir nəfər gündə orta hesabla 20 dəfəyə yaxın “Allah” deyir.

Əvvələr hər şey başqa cür idi; yaşam şəraitinin yüksəlişi uğrunda birgə zəhmət, vəzifə başında ona layiqli kişilər, səhərlər işə tələsən xoş simalı insanlar.....

O günlər indi xatirəyə çevrilib.




İflic iqtisadiyyat

Dövlət işi, Özəl sektor, İqtisadiyyat, Kənd təsərrüfatı, Sənaye... fəaliyyət sahələrində kənar şəxslər çox azdır, özək Mafiya nəzarətindədir.

Xırdadan böyüyə bütün sistem öz adamlarınızdır.

Cavanı, ziyalısı ölkəni tərk etdi – nə inkişaf!?

Ofisiant qız tələb olunur”

İqtisaqi İnkişafı olan ölkənin küçələrinin addım başında – divarda, ağacda, qapıda, işıq dirəklərinə yapışdırılmış elanlarda işçi axtaranlara “nərmə-nazik qəşəng, mini yupkalı qız” lazım olur?!

Kafelərdə, Barlarda, Restoranlarda ... hər gəlib-keçənin söz atdığı, “neçəyə çıxırsan?” rəzalətliklərin görmək ürək ağrısı deyilmi???

Gir bara, pulun varsa neçəsin istəyirsən götür – elə bil dövlətdə yox, mal bazarında yaşayışdır.



- Hansı İqtisadiyyat, hansı İnkişaf, hansı Gəlir, – Bu nə yaşayışdır???


Rejim idarəçilərinə Mənəvi Suallar

- Hərbi hissələrdə, həbsxanalarda amansız zorakılıqdan, sürücülük vəsiqələrini pulla satıb, çala-çuxurlu, tıxaclı yollarda, reanimasiyalarda həkimin resept dərmanlarını gətirə bilməyən vətəndaşların öldürdüyünüz balalarının əvəzi kimi öz balalarınızı verəcəksinizmi?!

- Heç olubmu hərbi hissədəki dözülməz vəziyyətdən uzaqlaşıb geriyə dönmək istəməyən 18 yaşındakı qohum çağırışçınız sirkə turşusu içərək özünü öldürsün?!

Yağlı böyrək içərisində böyütdüyünüz balalarınız hara, ehtiyac çəkmək hara.

Bəs bu Vətənin balalarını niyə öldürürsüz?!

- Heç olubmu qohumlarınızdan sizlərin rahat yaşamağınızın təmin edilməsi üçün hərbi xidmətdə ciddi xəsarət alan, dolanışıq çətinliyindən qıvrılan, əlillik müavinəti ala bilməyən, süründürməçilikdən bezən körpə uşaq atası özünü asıb öldürsün?

- Arxalı, imkanlı bir qudurmuş 13-15 yaşlı qohum qızcığazınızı zorlayıb imkanı, tanışı zoruna polisi, prokurorluğu, məhkəməni susdurubmu?

- Siz Allah doğru deyin görək, heç qohum-əqrabanızdan olubmu arvadının müalicəsinə pul tapa bilməyən kişi od vurum özünü yandırsın?!

- Heç olubmu həbsxanadakı bir tanışınız rəisin “hardan tapırsan tap, pul ver!” zorakılığından cana doyub damarların kəssin?

- Polis bölməsinə sapsağlam düşüb oradan ürəktutma adıyla meyidi çıxan qohumunuz olubmu?

- Hansı qohumunuz dolanışıq çətinliyi ucbatından “Ofisiant qız tələb olunur” elanlarıyla “işə düzəlib”?

- Dövlət xəstəxanasında “yatan” tanışınızın xəstəxanadan çıxarılma xərci 10 min manata başa gəlibmi?




Mənəviyyatımızı pozanlar Sülaləsi
Yüngülxasiyyətlilər tayı

Əxlaqsızlıqda rusları, Avropa xalqlarını da geridə qoymaqdayıq!

İndi biz xasiyyətlərində yüngüllük, fahişəliyə meyilli millətlərə, yad şəhər, ölkə sakinlərinə heç bir irad tutmağa haqqımız çatmır. Bizi onların tayına çevirdiniz.

Mütləq bu dirənişdən qurtulmaq lazımdır!


Davam edir 37” – mənəvi repressiya, aşınma

Əxlaq kodeksi

Davranışda, İşdə, Təhsildə, Siyasətdə...və başqa sahələrdə gerçəklikdə həyat tərzimizə çevirəcək heç bir əxlaq normaların tədbiq etmədiniz. Ənənəçiliyi, özümlüyü dağıtdınız, öldürdünüz!



Küçələşmə – Kiçikləşmə

İşsizlikdən, avaraçılıqdan “qaqaş, qədeş” küçə psixologiyasına, bir-birlərini qətlə yetirən cavanların ölümünə, “gəl filan yerə görşək” bıçaqlanmalarına səbəbkar kimdir???

Polis zorakılığında öldürdüyünüz, Hərbinizdəki özbaşınalıqdan, Həbslərdə çürütdüyünüz ömürlərə kim məsuliyyət daşıyır?
“Hansı dövlətin həbsxanasına düşməkdən qorxurlarsa, o dövlətin azadlığında yaşamaq təhlükəlidir”

Həbsxanaları insan laboratoriyaları etdiniz!

● Azərbaycanda dərin mənəvi çatlar gedir və bu iqtidar hakimiyyətinin qəsdən – süni yaratdığı mənəvi problemlər, məngənədir.

Ölkədə baş verən ciddi hadisələr haqqında yalnız İnternetdən öyrənmək olur.

İnterneti inhisar nəzarətinə götürmək istəy isə hakimiyyətin Qərb – ABŞ birliyinin hədəf təpkilərinə gəlmək olar. Bu da bir növ hakimiyyət itkisindən təlaş qorxusudur.

Buna görədir ki, rəhbər, çıxışlarında ölkədə sərbəst internet şəbəkəsinin təmin olunmasını aşkar vurğulayır, uzaqdan-yaxından Qərbin qulağına catsın deyə; sadiq emissarınam. (Qərb də az aşın duzu deyil). Deməli, digar sahələri də inkişaf etdirmək olar, ancaq istəmirlər.


Mahir oyunçu idarəli Hakim sinif ortaqlığı vaxt itirmədən Millətə qarşı bütün pozuculuq hücümlarını Televiziya üzərində kökləyiblər.
Məmurlar müğəniləri qabağa verib ictimai nəzarətdən gizlənməklə öz şəxsi işlərinin həllindədirlər.
Yaxşı oyunbazsınız, siyasi dirənişlərinizi zərərsizləşdirib Xalqı da belə “mədəni” - səssiz məhv edirsiz!

Özəl Televiziyaların bir-bir sıradan şıxarılması

“Sara”, “ABA” TV-lərin aqibətindən, “ANS”-in bəhanələrlə təkrar qapadılıb açılmasından elə “ANS” başda olmaqla ibrət götürən TV-ləri qınına çəkilməyə məcbur etdiniz.


TV-lər rejimə satılmaqla Vətənə və Millətə xəyanətə davam edir!

“Elə səhvlər var ki, bağışlanmazdır – bu Vətənə xəyanətdir”.

TV-lərin imkanlarından Millət üçün istifadə etmək olardı, ancaq etmədilər. Arxivlərindəki materiallar buna sübutdur. TV-lərin gələcək üçün arxivlərində tədqiqat materialları antiazərbaycan mövqelidir.
TV-lərin Azərbaycanın bu çarəsiz durumunda hakimiyyətin buyruq tulasına çevrilməklə Vətənə və Millətə xəyanətləri heç zaman bağışlanası deyil!!!


Məmurlar və Rejim tərəfindən ələ alınmış mətbuat

Hakim sinfin nəzarətində olan, marjinal Radio-Televiziyada, Mətbuatda əli qələm tutanları, ağlı kəsənləri yolundan azdırdınız.

Rəis TV şefləri yığıb möhkəm-ciddi tapşırıq verir – “nəyi vermək olar, nəyi yox”, Milləti yaxşıcana pozur, sonra da durub “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” təəssübkeşlik görüntüsü yaradır.

Belə olarmı?!

Çatışmazlıqları əyləncəli veriliş və konsert proqramlarında lağlağıçılığa çevirdiniz, ört-basdır etdiniz.
TV-ləri Şou haray-həşirləri ilə doldururlar ki, insanlar olub-bitənlərdən xəbərsiz olsun!

TV-lərin dublyaj redaksiyaları Seks simvollar hazırlayır. Qeyri-etik materialları tərcümə edib yayımlamaqla Televiziyadaxilindən evlərə, şüurlaradək aşılanma gedir.

Tv-lərin hamısının kadr tərkibində yüngülxasiyyətlilər doludur, heç bir TV kanal “yox” deyə bilməz.
TV-lərdə lotu-potu şortu yığını, matişgəfason kişiciklər, Sevinclər, şortikli “aparıcı” Nanəciklər ulduzluq eləyir.

İllərdi Aygünlər, Röyalar, Sevdalar, Samirlər, Faiqlər... göyçəkliyi ilə Milləti gözsüz qoydunuz. Bir tərəfdən soyundular, bir tərəfdən də uşaq evlərinə, qocalar evlərinə hamilik etdilər. Yaxşı, Xalq artisti adlarına sözünüz nədir?


TV-ləri “Gözəllik” verilişləri ilə yarışdırmaqla milləti göyçəkləşdirdiniz!
Məmur həyasızlıqları – Varlanan bürokrat məmurlar, müflisləşən Xalaq
Satqın məmurlarınız Xalqı süni formada imkansızlaşdırıb sonra da bu millətin qız-gəlinlərinə sponsorluq edib yataqlarına saldılar.

Nədir bu doymazlıq, nədir bu şəhvətbazlıq?!



Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin