Əliyevlərin şəxsi “Azərbaycan” Respublikası


Varidat qudurğanı məmurlarınız şəhvət havasındadır



Yüklə 255,19 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü255,19 Kb.
#7006
1   2   3

Varidat qudurğanı məmurlarınız şəhvət havasındadır.
KİV-dən (Zorlama ilə bağlı bir fakt)

“Səbael rayon Polis İdarəsinin keçmiş rəsi (!) Nazim Nağıyev. O zorlamaya görə işdən qovuldu. İndi bilirsiz harada işləyir? Təsəvvür edin belə bir adam Avasiya Akademiyasında kafedra müdiridir. Kursantların təlim-tərbiyəsi ilə məşğul olur. Budur Əliyevlərlə Paşayevlərin kadr siyasəti”. Nə qədər belə faktal var.


• Hətta Heydər Əliyev sağlığında dəfələrlə neçə məmuru vəzifə kabinetini şəxsi ofisə çevirib orada eyş-işrətlə məşğul olduğuna görə (!!!) tənbeh edib.

Sosial vəziyyətin – maddi durum ağırlığı çıxılmaz hala düşdüyündən fahişəliklə dolanışığın yaşı 14-15 yaşa düşdüyünü bilmirsinizmi?

Narkotik istifadəçilərinin, alüdəçilərinin yaş həddi 10 yaşa düşdüyündən xəbəriniz yoxdurmu?

Narkotik və psixiatrop maddələrin dövriyyəsinin əlinizdə olduğundan xəbəriniz yoxdur? Əsas gəlirlərinizdən deyil, genefondu məhv etməyi planlaşdırmırsız?!

Narkomafioz şəbəkənizdən kənar narkotik biznesinə girişən şəxsləri tutmaqla narkomaniyaya qarşı mübarizə apardığınızı göstərmək istəyirsiz? Yox, “cənablar”, doğru gələn dolaşmaz!

Heç vecinizə də deyil, elə bil küləklər əsir!


Əcnəbilərin bizim ölkədən qazandıqları pullar hesabına bizim qadınlarla sonsuz hoqqalardan çıxdığından xəbəriniz yoxdur?

Yaxşıcana yedirdirsiniz, içirdirsiniz sonra da bizim pullarla bizim qadınlarla...


Başınız varidat toplamağamı qarışıb?

Bu qədər özünüzünkülərə əzab verdiniz, asıb-kəsdiniz, çalıb-çapdınız, taladınız...

Səltənətiniz uğrunda bu qədər qanlar axdı, yetməzmi?

Səltənətlərinizə sel kimi haramlar gəldi.

Sel kimi gələn haramların bir gün sel kimi də gedişini bilmirsinizmi?!


Satqınlıq nəzəriyyəsi – İnsansızlıq.

Yoxsa “Dalles planı”na uyğun gedirsiz:

Israil-Qərb-ABŞ təsirindən təpki almısız şəhvəti çılpaqlığı ilə təbliğ edəsis?

Helə iş qanansınızsa insanların özgür, sərbəst toplaşma haqlarını bərpa edin də, boğazdan yuxarı sozlərdə yox, əməldə, olmazmı?!

“…Düşündüyümüz hər şeyin, insanlığın ən alçaq hislərinin belə, ən böyük nailiyyətlər kimi təqdim olunmasına nail olacağıq. Bütün mümkün yollarla bizim istədiyimiz yöndə işləyən yaradıcı insanları dəstəkləyəcək və cəmiyyətin önünə çıxaracağıq. O insanlar ki, cəmiyyətin şüuruna zorakılığın, sadizmin, satqınlığın, seksual həyasızlığın, bir sözlə bütün növ əxlaqsızlıqların ən yüksək həyat tərzi kimi oturuşmasını insanların şüuruna təlqin edəcəklər. Dövlətin idarəçiliində isə xaos və qarmaqarışıqlıq yaradacağıq.



Çox aktiv şəkildə və daimi olaraq, hiss etdirmədən məmurların, rüşvətxorların prinsipsizliyinə, axmaq hərəkətlərə meyllənmələrinə təkan verəcəyik. Bürokratizm və süründürməçilik mərhəmət mərtəbəsinə yüksəldiləcək. Namuslu, vicdanlı və əxlaqlı insanlar isə cəmiyyətin gülüş hədəfinə çevriləcək heç kimə lazım olmayacaq, keçmişin qalıqları kimi təqdim olunacaqlar. Kobudluq və qudurğanlıq, yalan və böhtan, sərxoşluq və narkomaniya, insanların bir-birindən heyvani hislərlə qorxması və utanmazlıq, satqınlıq, millətçilik və xalqlararası düşmənçilik ... hiddət bəslmək – bütün bunları biz sürətlə və hiss olunmaqdan şüurlara hakim kəsilənədək yeridəcəyik. Və bütün bunlar sonda məxməri rəngli çiçəklər kimi yavaş-yavaş bütün ölkəni bürüyəcək…”.

( Allen Dalles - “SSRİ əleyhinə müharibəsonrası Amerika doktrinasının reallaşması barəsində düşüncələr”, 1945 )

Azərbaycan cəmiyyətində bu proseslər gedir.



Azərbaycanın qəsdən əxlaqsızlaşdırılmasının dərinlikləri.

Məqsəd nədir?
Torpaqları parça-parça, tikə-tikə edilən, əhalisi qaçqın-köçkün durumunda, faktiki müharibə vəziyyətində olan, soydaşlarının düşmən əsirliyindən azad olunacağı günü gözlədiyi bir ölkədə sizin H.Əliyev adına Respublika Sarayınızda xaricdən dəvət olunan qonaqlar səhnədə şalvarların tam aşağı yendirib orasın göstərir. Salondakı “qızlar” da ona baxıb sevindiklərindən hay-küy salırlar.
Bir çox xristian ölkələrinə gəlişi qadağa qoyulmuş homoseksual ingilis müğənni Elton Conun Azərbaycanda dövlət səviyyəsində, Dövlət Neft Şirkətinin xətti ilə (millətin təbii sərvətinin havaya sovrulmuş pulları hesabına) konsert proqramını təşkil etdiniz.

Bundan öncə də seksual azlıqlara məxsus, öz ölkəsindən və başqa ölkələrdən də qovulmuş “Valçano” teatrının Azərbaycan teatr səhnəsində hər hoqqadan çıxmasına şərait yaratdınız.



Bu da sizin Daxili və Xarici Siyasət.

Rejiminizə siz də “sevinin!”.
Bu yaxınlarda, bir-iki il olar, iqtidar meyilli bir neçə “ziyalı” zorlamada təqsiri olan kişilərin axtalanması təklifini çox iradəylə qanuniləşdirilməsini tələb edirdi.
Bu zavallılar məsələyə üzdən yanaşıb Avropalaşma – abırsızlaşma “tərəqqisiylə” Azərbaycan kişiliyini matişgələşdirmək istəyirlər. Həm göz, zövq dolusu əxlaqsızlığı seyr elə, həm də hisslərini unut. Onlar niyə Televiziyalarda əxlaqsızlığın nümayişindən, iç geyimlərin küçə reklamlarında göz deşməsindən, ölkəyə gətirilən erotik geyimlərin, qadınların lüt-üryan gəzməsindən sarsıntıyla əndişələnmirlər?

Bir də ki, ziyalının iqtidar meyillisi, iqtidar nəzarətlisi olursa, o “ziyalının” millətə aidiyyəti yoxdur!


- Onlar bilirlərmi yeniyetmə və gənc qızcığazların həkim - ginekoloqlardan ən çox “həkim mən ... ... harada düzəltirə bilərəm?” soruşduqlarındandır?

Hansı soysuzlaşdırma siyasətin fəsadlarıdır?



Şəhvət burulğanı – Uçurum dərəsi

Mentalitet məsələsi

“Mental” almanca – “ruh” deməkdir.

Erməni mənşəli məmurların rəhbərliyindəki biçarə Azərbaycanda nə mentalitet?!
İctimai psixoz

Porno təbliğinin təsirindən xəyanətlər...cinayətlər...qətllər

Ehtiyac üzündən gəzənlərdən Kefindən gəzənlərə kimi

• Şəhərlərin böyüməsi, qohum-əqrəba əlaqələrinin zəifləməsi, “kimdir məni tanıyan?” məsuliyyətdən yaxa qurtarmaq düşüncəsi.

• Şəhvət, pornoqrafiya açıq-açığına, aşkar, planlı şəkildə sırındığından cinsi istəyin təmin olunması təlabatında respublika uzrə ailədaxili zorlamalar dəhşətli hala gəlib.

• Bütün günü pornoqrafik məzmun təbliğ etdirdiyinizdən bunun fəsadlarının qohumluq münasibətlərində qısqanclıq zəminində əmi, dayı, baldız-qayın, ər-arvad, ata-evlad, bacı-qardaş... bir-birlərini öldürəcəklərinə gətirib çıxarmasını bilmirsinizmi?!

• Qızların psixologiyasına “sərbəstlik, azadlıq” özbaşınalığı yeridilməsi, çılğın, sərbəst buraxılması, istədiyini etməsi, istədiyini geyinməsi, istədiyi şəxslərlə görüşməsi, istədiyi yerlərə getməsi ... – axırı nətər olacaq?
Nə qədər insanın pozulmasına, nə qədər ailələrin dağılmasına, nə qədər insanın ölümünə kimdir səbəbkar?!

Nəzarətsiz Texniki Tərəqqi

TV-lər, Prokat sistemi, Çanaq antenaları, İnternet, Mobil operatorlar, Texniki vasitələrin ötürücü qurğuları...

Küçə reklamlarında milli vətənpərvərlikdən başqa hər cür əxlaqsız reklam çarxları...

• Bəs bilmirsiz bunların təsiri parta ətrafında əyləşən qızcığazların dərsdən daha çox yeni növ ehtiraslandırıcı iç geyimlərindən, internetdə, telefonda tanış olduqları oğlanları fırlatmaqdan danışmaq daha maraqlı olacaq? Rəfiqələriylə buna bənzər min cür hoqqa...

- Nə düşünürsüz?!
İş gör nə yerə gəlib çatıb, ”Miss Azərbaycan 2010” gözəllik yarışmasının punktlarından:

“Porno görüntüləri olan qızlar müsabiqəyə buraxılmayacaq”.

Müsabiqə iştirakçılarının əksəriyyəti də 18-19 yaşlarında qızlardı.
Əxlaqa Zidd Erotik Paltarların Ölkəyə Gətilməsini "QADAĞAN!" edin!

Ölkəyə açıq-saçıq “geyimlərdən” əlavə müəyyən məkanlar üçün erotik paltarlar da gətirilir. Bu “qiyafələri” “yüngül əxlaqlılar” gündəlik geyim tərzinə çevirməklə təmiz adiləşdiriblər. Abırlılar da ismətdə axsamaqdadır...



Cəmiyyətin bakirliyi itirilib

İç paltarlarının vitrinlərdə reklamları göz deşir, göz!

Şəhvətin bir belə təbliği nəticəsidə Cinsi həvəsin, İstəyin, Enerjinin artması, Şəhvətdə cinsiyyət fərqinin itməsi, Sadizm, Mazoxizm, Zoofiliya, Pedofiliya, Nihilizm, tam da olmasa yarı Nudizm kimi manyaklığ tüğyan edir!

Həm də gündəlik belə zorlanma xəbərləri psixologiyanı öyrəncəli edir və unutdurur...

• Şəhvətin belə qarşısıalınmaz, nəzarətsiz surətdə yayımı cinsi zorakılıq, həvəs və tələbatı durmadan sürətləndirir.

İndiki sürətlə seksləşmə dövründə orqanizm genetrik ötürmədə adaptasiya olunur!

• Əvvəllər insanların şüurunda çəkincəklik vardı. İndi asancana cəmiyyəti pozmaqla pozuculuq evimizin içinə qədər gəlib çıxıb.

Hətta mahnılarda da; “Bulvara aparmaq”, “gəzdirmək”, “fırlatmaq”...qeyri-etik – təhqir, söyüş meyxana deyişmələri v.s. saysızdır.

Hərbidə də ağsaqalı, bığ yeri tərləməmişi – hər kəs bir-birlər ilə təhqiramiz ifadələrlə danışır.


Qoca türkün düşdüyü dərd yaman hey”. Seksomaniya biznes kabusu
Hər şeydən pul çıxaranlar:

Rejim mənsubları, qadın alverindən milyonlar qazanırsız. Adama deməzlərmi eyniniz belə tərpənmirsə öz yaxınlarınızı, qohumlarınızı bir anlığa təsəvvür edin onların yerinə, görün xoşunuza gəlirmi?!

Bəs bu millətin balaları insan deyil!?
Xarici dövlət və beynəlxaq təşkilatların hesabatlarında Azərbaycanın insan alverinə transferlik etməsi qınanılır.

Azərbaycan Mərkəzi Asiya türk ölkələrindən Türkiyəyə, ərəb ölkələrinə, Avropa ölkələrinə “qadın biznesi transferi”nə hamilik edir. Daha doğrusu bədbəxt Azərbaycan yox, bu işə birbaşa başçılıq edən qurumlar və “şəxslər”.


Bu bizneslə məşğul olan yerli və xarici mafiya babaları ilk öncə hakimiyyətdə təmsil olunan məmurlarları böyük miqdarda rüşvətlə əla almaqla kök salırlar. Məmurlar özləri də keflərindən qalmayıb şəxsi və qrup halınad “qadın biznesi transferi” xidmətindən istifadə edirlər. Beləliklə, Vətənə və Millətə mütəşəkkil xəyanət yaranır.

“Qadın biznesi transferi” xidmətindən istifadədə nəqliyyat nazirinin də adı matahdır.



DİN:

1. Qısa müddətdə varlanan polis məmurları. Onların gəliri, dəm-dəsgahlı mülkləri haradandır?

2. Yüksək rütbəli məmurlar.

DİN orqanlarında çalışanlar qadın ticarətində ən çox rolu olan şəxslərdəndir.

Prokurorluq orqanları – adamı olan o biri qurumlar kimi.

Icra orqanları – səlahiyyətli şəxslər və onların qohumları.

Gömrük, Sərhəd xidməti – bu işdəklərdən xəbərsiz olmaları mümkün deyil!

MM – Tapşırıqla öz qanunlarını qəbul etdirmək üçün təyin edilən çoxluqla Milli Məclis üzvlərinin Azərbaycana aidiyyəti olmadığından, onların üzərinə məsuliyyət düşmür.

MTN və Prezidet Administrasiyası – heç mümkün deyil MTN hesabat hazırlayıb prezidentə təqdim etməsin.

Görəsən dövlətin idarəçiliyinə cavabdehlik daşıyan başçı nə fikirləşir?!

Yoldaş prezident, şəbəkələşmiş sistemli korrupsiya mafiyası ilə mübarizə apara bilməyəcəksiz!

İşiniz fırıqdır, vallah hərdən sizə də acıyıram.



Birinciləri ikincilər idarə edir. Bircə-bircə İkinciləri aradan götürün!


İctimai-Kütləvi fahişələşməkdə DİN və MTN-nin təqsirkarlığı

Fahişəsi, abırlısı, qızı, gəlini qarışıb bir-birinə.

Azərbaycan qızlarının porno videoları sürətlə artıb.

İnternetdə Azərbaycan qızlarının erotik elanları bar-bar bağırır.

Azərbaycan qadınlarının rahat həyat axtarışı sorağıyla İnternet tanışlığının xaricə satılmaq qurbanlarına çevrilməsi adiləşib.

Bəs “kişilər”? Onlar da ucuz dolanışıq yoluyla yoldan çıxıblar – transseksualizmlə qazanc. İnternetdə nömrələri, görüş yerləri, qiymətləri itə tökdür.



Mətbuatda, İnternetdə, Televiziya elanlarında seksual məzmun pik nöqtədədir.

Filan yaşa qədər ehtiraslı qızla, gəlinlə, boşanmış qadınla tanış olmaq elanları...

“Ehtirasımı bölüşməyə birini axtarıram”, “yalnız 27 yaşa qədər qadınlara hər növ masaj təklif edirəm. 11 illik təcrübəm var”, “məni saxlayacaq imkanlı oğlanla tanış olmaq istəyirəm, pulu, maşını, evi olmayanlar narahat etməsin!” kimi elanlar minlərlədir.

Gənclərin daha çox həvəsi olan İnternetdə hər növ seksual əxlaqsızlıq təbliğinin qarşısının alınmamasında rejimin məqsədi gəncliyi, genefondu çökdürməkdir!

Əgər belə deyilsə nəyə görə nəzarət etmirsiz?



Virtual əxlaqsızlıq Gəncliyi mənən öldürür

Yeniyetmələr və gənclər tərəfindən yaradılan, az qala 1 nəfərə 2-3 “pay düşən” pornoqrafik saytlara (əsasən Wap saytlar), həmin şəxslərə görəsən nəyə görə DİN və MTN nəzarət etmir?



DİN-in də, MTN-nin də bunların hamısından bircə-bircə xəbərləri var!
Milli Təhlükəsizlik Konsepsiyasında (2007), “Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətləri” müddəalarından:

4.3.3. ... Mənəviyyatın qorunması

4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti
DİN və MTN-də Transmilli, Kibernetik, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələri var və vəzifələri bu işə məsul olan işçilər buna görə dövlətdən pul alırlar.
Partiyaları dağıtmaqdan, gəncliyi didərgin salmaqdan, həbsə atmaqdan əxlaq qaydalarına nəzarət etmək daha səmərəli, daha asandır axı!? Bunu ictimai qınağa çevirməklə büdcəyə də itki olmaz.


1 Məkanda 2 Obyekt

Bir körpünün aşağısı – fahişələr dayanacağı, yuxarısı – Nizami rayon İcra Hakimiyyəti.

“Günün müəyyən vaxtı”, “gizlin” – indi belə “utancaqlıqlar” “keçmişin qalığı” hesab olunur. Sərnişin dayanacağında uşaq, qız, gəlin, ağsaqqal-qarasaqqal gediş-gəlişində obyektdə müştəri qabağına yüyürən “mələk” qışqırır: “mən heç polisdən qorxmuram, ... mənimdir özüm bilərəm neçiyə verərəm!”. Deməli, polisin də “haqqı” çatıb.

Hal-vəziyyət beləcə adiləşir.

Bu da əlahiddə rejiminiz!


Mamarozalardan “paparoza”lara
Əxlaqsızlığın qanuniləşdirilməsi

KİV-dən

“Birja” qəzetinin elanlarına baxın. Orada yüzlərcə günlük ev kirayə verənlər var. Bu evləri nə üçün bir günlüyünə, bir neçə saatlığına verirlər? Ancaq və ancaq bir məqsədlə, ora fahişə gətirirlər. Bir düşünün ki yüzlərcə insan belə işlə məşğuldur, öz evlərini fahişəxana edirlər. Heç kim də bundan utanmır, deyirlər ki, ailəmizi dolandırırıq. Görün camaat nə gündədir ki, anasının, arvadının, uşaqlarının yaşadığı evi bu məqsədlər üçün kirayə verir. Bunu da günah saymırlar, çünki cəmiyyətimizdə pul hər şeydən üstündür. Bir də utanmadan elanlarda “təmiz yataq dəsti və dəsmallar var” yazırlar”.



Bu milləti niyə belə elədiniz???


Son dövrlərdə ölkədə baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlərin sayı sürətlə artır.
Əxlaqsızlıq o qədər çoxalıb ki, insanlarda öz yaxınlarına qarşı belə hallar baş alıb gedir...
Şəhvət hisslərinin aşkarlıqla təbliği, nümayişi Uşaqlararası və uşaqlara qarşı cinsi zorakılığın sürətlə artmasının nəticəsidir.
Ölkəmizdə baş verən Ailə içi cinsi zorakılıqlar, yaxın qohumlar arasında zorlama halları, cinsi istismar, dolanışıq üçün fahişəliyə təhrik, İş yerlərində cinsi istismara təhriklər, Orduda, Həbsxanada zorlamalar ... kimi tükürpərdici soysuzlaşma hadisələri cəmində Azərbaycanda seksual zorakılıqların ümumi hal almasının səbəbləri:

Xalqın başını qatmaq üçün rejimin taktikalarından;



  • Əxlaqsızlığın, Şəhvətin sürəkli təbliği,

  • Aşkarlıq,

  • İctimai qınağın olmaması,

  • Qohumluq bağlarının, əlaqələrinin qırılması,

  • Arxan, adamın varsa arxayınlıq, “dövlət sənin cibindir” qudurğanlığı,

  • Təlim-tərbiyə, təbliğatın, maarifləndirmə işinin olmaması,

  • Vətənpərvərlik hisslərinin unutdurulması,

  • Kosmopolitizmlik,

  • İnancsızlıq,

  • Əxlaqi dəyərlərin heçə endirilməsi.

......................................................................................


Azərbaycan Polisini halalca insan haqları ilə yüklədiniz –

Sərbəst toplaşmaq olmaz, qətiyyən!!!” , nəyin bahasına olur-olsun!


Polis özü deyir: “nə qədər kafelər, barlar... yeyin, için kef eləyin, amma siyasətə girişməyin!”.
Avropa Şurasından öhdəliklər götürüb, parlamentdə Xalqdan gizli əxlaqsız qanunlar qəbul edən məmləkətin axırı belə olacaq!
Dərdin çeşidini, acısını üzündən oxumaqla duymayacaqsız! Gərək Xalqın içində olasız!

Komik bilinənlər . Vəziyyətin adiləşdirilməsi.

“KVN “Planet Parni iz Baku” , Coşqun-Rafael, Fərda və digərləri...


Artıq Dubay, Türkiyə, İran istiqamətləri danışıqda adiləşdirilib. Əyləncəli tamaşalarda, səhnəciklərdə kütləni asanca yolla ələ almaq, güldürmək üçün çeynənmiş sözlərdi.

Lap ağın çıxartmağa hər cür şərait yaradılmış Respublika Sarayının səhnəsində belə “yalandan evdəyəm deyən qızın videosu səndə var?”, “Dubaya ananı-bacını apar”, digəri televiziya efirindən Qırmızı Körpüdə çəkilən ... videodan danışır, açıq-açığına əxlaqsızlıq yayırlar. “Planet Parni iz Baku” ağına-bozuna baxmadan sarsaqlayır. Səhnəciklərində tarixi torpaqlarımızdan – İrəvan çox murdar formada təhqir edilir.

Ancaq namus-qeyrət məsələsinə gələndə elə danışsınlar, özlərinə elə bəraət qazandırsınlar ki, ağzın açıq qalsın. Başqasından nümünə göstərib özünüzü təmizə çıxarmayın. Bu murdarlıqdan əl çəkib bir mənəvi addım da sizlər atmış olun!

Azərbaycanda milli-əxlaqi yönümlü yumor komandaları yoxdur!

Mədəniyyət Nazirliyi də mədəniyyətimizi özündən yuxarı qurumdan aldığı sifarişli tapşırıqla “təbliğ edir”.

Mədəniyyət Nazirliyinin təbliğatı belədir: “filan ölkənin filan səhnəsində Azərbaycan bəstəkarı filankəsin filan baleti, operası oynanılmışdır, səsləndirilmişdir” .



Uşaqlar üçün porno-multiplikasiya

Sovet dövrünün əxlaq qaydaları sizinkindən qat-qat yaxşı idi.

Əvvəllər biçim-nizam vardı, indi 13-14 yaşlı qızcığazların da arxasınca düşüb “gəl tanış olaq” təklifləri, tamah salmalar adi hal alıb. Qızlar da qadınlığa yaraşan geyimlərdən uzaqlaşır.

Uşaqlar üçün düz-əməlli verilişlər də yoxdur. Açıq-saçıq geyimli uşaq verilişi aparıcıları... mənasız-mahiyyətsiz sujet... şəhvət saçan sözlərin anonsa çıxarılması... Fahişəlik beşikləşdirilir.

Sözün həqiqi mənasında Milli Vətənpərvərlik hissləri aşılayan heç bir uşaq verilişləri yoxdur!

Nənələrimiz bizə laylalar, oxşamalar deyərdilər, tapmacalar, holavarlar, sayaçı sözləri, qaravəlli, “Kosa-Kosa” , uşaq nəğmələri, “Əkil-Bəkil” öyrədərdilər, yoldaşlarla xalq oyunları oynardıq...



İndiki zamanda nənələri İnternet klublar və “Playstation”-lar əvəz edib.
İndi uşaqlara öyrədildiyi və öyrəndikləri bunlardı – “Hey Sexy Lady”, “Mambo İtaliano” ...

Uşaq dərsliklərinə də ki özünüzü doldurmusuz, bunun axırı hara gedib çıxacaq?!



İtkin qadın

İtkini qaytarın geri!

Azərbaycanı 20 il kəsiyində çox özgələşdirdiniz, əxlaqsızlaşdırdınız. Dərindən fikirləşəndə bu pozuculuq işdə erməni mənşəli vətəndaşların da rolu var. Daha təsirli qüvvə məmur ailələri və məmur balalarıdır.

Azərbaycan qadınının inamını, ismətini, həyasını qaytarın özünə “ağalar”! Ana-bacılarımızın geyimini, davranışını, nəzakətini, sayğısını, sevgisini, qayğısını öncəki zamanlardakı, ümumilikdə qadınlıq keyfiyyətini indiki dönəmdə müqayisə edin. İndiki zamanda qadınlıq ananın yerin verirmi?!



Azərbaycan qadınının ismətinin bu vəziyyətə salınmasının haqqı bir gün mütləq sorulacaq, mütləq!!!
Öndə gedənlər də geyim-kecimdə qız-gəlinə nümunə olmaq əvəzinə Avropada “Bakının Karla Brunisi” söz-söhbətinə səbəb olur.

TV-lərin Evlilik yarışma verilişləri

Heç düşünməmisinizmi, adama deyərlər: – “qohumlarınızdan göndərin ora, biz də baxaq. Məmur göz qabağında olsa yaxşıdır!”.

Bu boyda da “Millət-millət” deyib, milləti barmağına dolamaqmı olar?!
Millətin özünün özünə qarşı qoyulması
Millət biri-birinə qarşı qoyulub
Bizi özümüzdən ayırıblar, böyük olmayaq deyə!

Bizi özümüzə qarşı münasibətdə soyuqlaşdırıblar, yadlaşdırıblar, qəddarlaşdırıblar, içimizdən başlayıblar.

Formalaşdırdığınız bir-birimizə qarşı olan antiinsani yırtıcı münasibətdə erməni dediklərimizdən sadəcə adımız fərqlənir.
Bunun nəticəsidir ki, insanlarımız uşaqlı-böyüklü bir-birlərini əxlaqa zidd adlarla çağırırlar.

Millət özü-özünü söyüb keçir.



Ölüb gedəcəksiz, ölkənin idarəçiliyi kimə qalacaq? Xarici qüvvələrin ayaqaltısı olacaqmı?!

Çarəsiz Vətən!..



1993-cü ildən üzu bu yana Azərbaycanda heç vaxt əxlaqsızlıq bu qədər ərşə qalxmamışdı.

Hansı intibahdan danışırsız?!
İşıqçılıq yurdu Azərbaycan belə olmamalı idi !!! ...
Günü-gündən Azərbaycan özgələşdirilir, dəyişin quruluşu!

Rəhbərliyin başlatdığı Qərbçilik, Qəribçilik yolu – Yolsuzluq
Qərb siyasi dairəsi ziyalı mühitini ələ almaqla özünə sadiq it yaratdı.

Ziyalı sinfi öz xalqını “öz gözündən düşməyə” təhrik elədi.


Qərbin mayası İnsanlığa qarşıdır, antiinsanidir.

Eynişteyn nəzəriyyəsi – İnsanlığa qarşıdır.

Freyd analitikası, psixoanalitikası – İnsanlığa qarşıdır.

Kafkanın ədəbiyyatı – İnsanlığa qarşıdır.

Nitsşenin düşüncələri – İnsanlığa qarşıdır.

Qərbin texnikası – İnsanlığa qarşıdır.


Qərb ağılı – sümürgəçilikdir, müstəmləkəçilikdir. “Özündən al, özünə ver” prinsipidir. Özünü qurandan sonra qaytarıb tulapayı bəxşiş verur.
Qərb idrakı İnsanın varlığını heyvani hisslərə, fövqəltəbii asılılıqlara bağlayıb, təlqin edib.

Xalqlar üzərində kapitalist ağalığı, Totalitar ağalığı

Kapitalizmin bir Allahı var, o da Puldur – Pulçuluq. Puldan böyük Allah tanımır Kapitalizm!
Demokratiya – Qərbin xalqları üzərində siyasət oyunu.

Demokratiya – Dünya üzərində Qərbin “Azadlıq” adıyla tülkülük oyunu.

Üzdə Demokratiya, daxildə Demonkratiya – Şeytan hökmranlığı.

Demokratiya – dünyanın əyninə biçilmiş ikinci İslamdır.


Dünya İqtisadiyyatı – Qərbin dünya üzərində İqtisadi ağalığı.

Dünya Sivilizasiyası – Qərbin dünya üzərində Siyasi ağalığı”.
Qərb Birliyi və ABŞ Şərq xalqlarından geridəqalmış etnos görüntüsü sərgiləyərək Şərq ölkələrini bir-birinin ardınca zəbt edir!
Suverenlik:

- Azad iqtisadiyyat.

“Əgər Qərb aləmi başımızın ustündə duracaqsa bu olmayacaq, yalandan olacaq. Sazişlər olacaq, get-gəllər olacaq, ... ... hay-həşirlər olacaq, mahiyyətcə olmayacaq”.
Qərbçiliklə İslamçılıq – eyni hadisədir – özgələşmənin iki qütübləridir.

İslam – Möminlik adıyla özgələşdirir,

Qərb – Azadlıq adıyla.

İslam – Dini ağalıqdır,

Qərbçilik – Siyasi ağalıq.

Hər ikisi bir-birini yaşadır.

Təzadlar birliyi”.
Kapitalizm, Sosializm – ikisi də elə bir şeydir. Kapitalizm özü elə totalitarizmdir. Kapitalizm varidat totalitarizmidir. Kimin pulu var o adamdır, budur kapitalizmin canı. Əxlaq cəhətdən lap sıfırdadır. Murdalıqdır kapitalizm”.
Qərbdə Mədəniyyət artdıqca İnsanlar Vəhşiləşir.

Avropa abırsızlığı

“Qərb – maddiyyatçıdır, Qərb – seksomandır”.


Qərbdə musiqi, ədəbiyyat, memarlıq, incəsənət, mədəniyyət, düşüncə – ictimai təfəkkür, ailə, həyat... – çılpaqlıq yanaşması ilə başlayır.
“Avropçılığın gəlişiylə qadın bazara çıxarıldı – qadın malları bazarına...”.
Qərb aləmi – “Qadın Azadlığı”, “Qadın Hüquqları” adı altında qadının hüquqlarını əlindən aldı! Qadınlığı qədim dövrün “danışan, böyürən” alət hüquqsuzluğunda tapdadı. Qadını seksomaniya alətinə çevirdi.
Aşkarlıq, Demokratiya: – Heç kəs öz eybəcərliyindən utanmır, heç kəs öz həyasızlığından qorxmur”.
“Bazar iqtisadiyyatının – Avropa “mədəniyyətinin” gəlməsiylə qadın orqanizmi öz tamlığını, bütövlüyünü itirdi; dala-qabağa, buda-baldıra, döşə-başa, haça-paçaya parçalandı, şaqqalandı”.
“Bazar iqtisadiyyatının – Avropa “mədəniyyətinin” gəlişiylə qadın ömrü tamlığını, bütövlüyünü itirdi; sütül qıza, gənc qıza, hələ canı sulu-şirəli qadına, gərəksiz qarıya parçalandı, bölündü...”.
“Fahişəliyin körpələrə qədər genişlənməsi – genişləndirilməsi, azadlaşdırılması, qanunlaşdırılması, mədəniləşdirilməsi” – Qərb Freydizmi!
“Qərbdə vicdan, namus, şərəf – geridəqalmışılq, kəndçilik, keçmişin qalığı sayılır, bunların qeyri-təbii olması kəşf edilir; bunlar Şərqə məxsuz gücsüzlük əlaməti sayılır...”.
Qərb təfəkküründə “Ana” anlayışı yoxdur, “doğan qadın” var.
Müasir kişi” – küçənin evə açılan qapısı, “müasir arvad” - evin küçəyə açılan qapısı. Hər ikisi – evi küçələşdirir”.
Bu gün körpə – sabah ...

Bu gün oğlan – sabah ...



Tüpürüm belə gələcəyə, belə tərəqqiyə!”.
Lider”inizin birbaşa təbliğat orqanına tabe olan kanalınız Azərbaycan gəncliyinin Avropalaşmasından, müasirləşməsindən söz düşərkən qadınlıqdan əsər-əlaməti olmayan, dar-dütdək geyimli şəhər sakinlərini göstərərək “Azərbaycan gəncliyi müasirləşməyi seçir” deyərək reportajı tamamlayır.

Heç bir zərurət təsadüfi deyil.


“Əyləndirilməyə ehtiyacı olan kəslər kütlərdir – onlardan kütlə yaranar, xalq yaranmaz”.
Kişilər! Mənliyiniz olsun – arvadlarınızı, qızlarınızı çılpaq buraxmayın küçələrə! Siz özünüzü korluğa qoyursuz, onların lütlüyünə göz yumursunuz, yoldan ötənlərsə yummur!”.
Kişilər! Sizin kişiliyinizi danan tərəqqiyə inanmayın, bilin ki, “qadınların, qızların çılpaqlığı” adlı tərəqqi yoxdur, tənəzzül var”.
Hələ Sovet sosializmindəykən, Müstəqillikdən belə öncə Asif Ata deyirdi: ”Qərbdən cənnət düzəldiblər, görəcəksiz o cənnət başımıza nələr gətirəcək!”. İndi o “cənnətin” cəhənnəmin yaşamaqdayıq!

Türkiyədəki özgələşmələr burada da gedir!
Bu gün Azərbaycan cəmiyyətində, onun televiziyalarında da böyük canfəşanlıqla sırınan Qərb seraillarına nəzər yetirsəz orada hər şeyi görəcəksiz – kapitalisti də, kapitalist əxlaqsızlığın da.
Amoral, laqeyd, etinasız şəhər həyatı

“A” – yunanca inkar şəkilçisi, “siz, siz”, “moral” – latınca “əxlaq, mənəviyyat”. Qərbin “Şəhər həyatı” psixologiyası amoral həyatdır; “bu sənin problemindir”, “bu, onun öz işidir”, “heç kim məni qınaya bilməz, bu mənim həyatımdır, özüm bilərəm” – özbaşınalığı, soyuqluğu, yadlığı.


Həqiqəti “İnsan hüquqları azadlığı” yalanı ilə bəzədilər.

“Batıçılıqda (Qərbçilikdə) azadlıq – “insanların bir-birinin işinə qarışmaması” deməkdir, yəni yalquzaqlaşdırma əməlidir”.


Eldən, obadan uzaqlaşdıq, ictimai qınaqdan ayrıldıq, şəhər qoynuna düşdü … Dünya özündə yadlaşdı, insan özündən uzaqlaşdı….

Nəhayət, Avropa abırsızlığını Azərbaycana gətirdiniz!

Nəticə:

“Müstəqillik döməmindən indiyədək uzun-uzadı müşahidələr, təhlillər belə nəticələnir:



Rəhbər Qərbə yaradı, Qərb siyasi dairələri Rəhbərliyi qabartı.

Mahir Oyunçu “texniki tərəqqi” xətti ilə hər növ əxlaqsızlıqda milləti “quşlaşdırdı”.

Totalitarizm Zindanı və Demokratiya Cəngəlliyindən Ruhani Cəmiyyətə!”.


Azərbaycan xalqını özünə döndərmək üçün Ruhani İntibah olmalıdır!
Şərq öz Ağsaqqallıq böyüklüyünə, Ruhani Kamilliyinə qayıtmalıdı!

Müasir zamanda Milli Kimliyin qorunması

  1. İslahatlara duruş gətirib müasirləşmək

  2. Dövrün tələb etdiyi yenilikləri mənimsəmək

  3. Milli mədəni əxlaq keyfiyyətlərini itirməmək


Sonda isə “Azadlıq” haqqında
Azadlıq Avropanın təlqin etdiyi həyasızlıq, özbaşınalıq yox, Özünə — İdrakına, Duyğuna sahib olmaqdır.

Bütünlükdə İqtidarlı, Müxalifətli vətənimin evladlarına Azadlıq arzu edirəm!

Biz özümüzə dönəndən sonra Azərbaycanın başı üzərində heç bir xarici qüvvə ağalıq edə bilməz.



Özümlük arzusu ilə!


© “Hakimiyyətin Xronoloji Xarakteristikası”.

2006. 2011; May-İyun. Atakənd (Bakı).
Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin