Dini inancın kökünü kəsmək üçün universitet açmaq
Universitet hər bir ölkə üçün əslində, hər şeydir. Tələbə cəmiyyətin gələcəyinin təminatçısıdır. Bu günün tələbəsinə baxıb hər bir cəmiyyətin sabahının necə olacağını bilmək, yaxud güman etmək olar. İranda dini inancı kökündən qoparmaq niyyətilə universitetə gedən və tələbə mühitini antidin təfəkkür, xəyal və məşğuliyyətlərilə bulayan insanlar nə etdiklərini çox yaxşı anladılar və öz çirkin məqsədlərindən ötrü doğrudan da əsas amil üzərində dayandılar.
Bilirsiniz ki, İranda universitet açılanda və ölkəmizdə yeni elmlərə maraq yarananda - əlbəttə, bu iş çox lazım idi və çox gec başlandı; əslində, 100 il əvvəl başlamalı idi - elə o zamandan seçim və proqramlarda dini vurmağa başladılar.
İnsan bəzi məsələlərə həqiqətən adət edib, onların əhəmiyyətini anlamır. Biz tağut dövründə adət etmişdik və belə başa düşürdük ki, universitetə gedən hər bir gənc dinsiz çıxacaq. Bu fikir hələ də yanlış olaraq bir çox beyinlərdə var. O zaman isə doğru idi; yəni məlum idi ki, universitet dinə və dindarlığa dözməyən bir yerdir. Hər şeydə belə şərait yaratmışdılar.
Onlar düşünülmüş şəkildə elə proqram hazırlamışdılar və istədiklərinə nail oldular. Bu ölkədə təxminən əlli il, yaxud bir qədər də artıq müddət ərzində yeni elmə, təcrübəyə və Qərb mədəniyyətinə bir qədər yaxınlaşanlar öz ənənələrindən və əsl İslam inancından bir o qədər uzaqlaşırdılar. Təbii ki, bizim cəmiyyətimiz müsəlman idi və hər halda, ali təhsillilərimizə müəyyən təsir göstərirdi. Eyni zamanda, o fikirlərə müxalif və zidd amillər də cəmiyyətdə vardı. Onlar bu barədə düşünməmişdilər.332
Dostları ilə paylaş: |