Universitet cihadının faydaları və onu genişləndirməyin zəruriliyi
Xoşbəxtlikdən, Universitet cihadı təşkilatı gözlənənləri həyata keçirdi. Bəlkə də bir zaman düşünürdülər ki, bu təşkilat nümunə üçün düzəltdiyimiz bir istixanadır. Bu gün isə bu istixana cəmiyyəti gülüstana çevirir. Nəinki nümunə yetişdirməklə kifayətlənməyib, hətta öz səmərələrini də daşırır. Bu statistikalar - onları qabaqcadan mənə göndərmişdilər və baxmışdım - çox mənalıdır. Siz bəzi sahələrdə elmin ön sıralarında hərəkət etməkdəsiniz, ölkənin elm, sənaye və texnologiya baxımından inkişafı üçün onu işlədirsiniz, tədqiqatı inkişaf etdirirsiniz. Mənası odur ki, bu daha istixana deyil, böyüməkdə olan açıq və ətirli bir mühitdir. Mən bu böyümənin tərəfdarıyam. Bu, günbəgün artmalıdır.
Qeyd olunan birinci məlumatda kök hüceyrələrin istehsalı, çoxaldılması və dondurulması vardı. Mən bu dəyərli tədqiqat işindən çox sevindirici məlumatlar almışam. Yadımda olan budur ki, bunlar dünyada ilk dəfə olaraq, insulin düzəldən hüceyrələr istehsal etmişlər və bu yaxınlarda qəzetdə oxudum ki, ürəyi müalicə etmək üçün onun kök hüceyrələrini sınaq və əməliyyat mərhələsinə çıxarıb peyvənd ediblər. Digər məsələlərin hər biri də Universitet cihadının səmərəliliyinə bariz misallardır.360
Dostları ilə paylaş: |