Ruhanilərin Allah naminə elmi fəaliyyət tarixi
Kiminsə həkim olmaq və pul qazanmaq üçün tibb elmini öyrənməsi mümkündür, lakin din libası ilə pul qazanmaq üçün kiminsə özünü zəhmətə salıb fiqh elmində bu qədər tədqiqat aparması lazım deyil. Əgər kimsə Allah eləməmiş, din və elm libasından dünyəvi ehtiyaclarını təmin etmək üçün sui-istifadə etmək istəsə, tədqiqatla və elmi işlərlə məşğul olmadan da edə bilər. Belə deyil ki, ruhanilik aləmində, yaxud din libasında kimin elmi çoxdursa, qazancı da çox olsun. Xeyr, nə keçmişdə və belə bir şey olmuşdur, nə də bu gün var. Deməli, nəticə alırıq ki, fəqahət elminin və onun şaxələrinin – məsələn, üsul elminin, yaxud digər birinci dərəcəli İslam elmlərinin, məsələn, təfsir, kəlam, hikmət və fəlsəfənin zirvəsini yaradanların dünyəvi marağı olmamışdır. Onların məqsədi ilahi və ən azı elmi məqsəd olmuşdur. Bəzilərində ilahi məqsəd olmamışsa da, dünyəvi məqsəd də olmamışdır. Bu çox dəyərli məsələdir. Şiə ruhaniliyi tarixinin bu xüsusiyyətləri tanıtdırılsa, həqiqətən, yaxşı olar. İnsan digər tarixlərdə belə xüsusiyyətləri az müşahidə edir. Əlbəttə, demək istəmirik ki, dünyada belə şey olmamışdır. Xeyr, insafla desək, dünyanın digər yerlərində də olmuşdur; harada inkişaf və nailiyyət varsa, çox zaman belə səmimilikdən irəli gəlir. Lakin bizim ruhaniliyin bu işdə uzun və davamlı tarixi vardır.432
Dostları ilə paylaş: |