Yanlış dini nəzəriyyələrin yeni düşüncə adı ilə ortaya qoyulması
Bu günün həmin zamanla fərqi budur ki, İslamın əsaslarına və dini elmin təməllərinə dair səhv sözlər avamcasına, lakin bəzəkli qəliblərdə, yeni fikir və elm qəlibində deyilir, halbuki elm deyil, səhvdir. Buna qarşı elmi tədbir görməyə ehtiyac var. Hökumətin tədbiri ayrıdır. Hökumətlər hər yerdə bu sahələrə girə bilməzlər və girmirlər. Düzgün və təsirli də deyil. Lakin elm adamları bu işdə aktiv olmalıdırlar.
Dinin özünə, fəlsəfəsinə, etiqadi əsaslarına, İslam Respublikasının atributları olan İslam təlimlərinə - misal üçün, konstitusiyada və digər yerlərdə göstərilən məsələlərə, İslam fiqhinə, Peyğəmbər və imamların davranışına dair elə söhbətlər edilir ki, nə tarixə əsaslanır, nə hədisə, nə Qurana, nə fiqh metodikasına, nə bəlli dini əsaslara, nə də çox dərin və zərif bir fənn olan fiqh üslubuna. Heç bir şeyə əsaslanmadan alimnüma şəkildə, gözəl və səlis ifadələrlə bəyan olunur. Bu işi görənlər təəssüf ki, cəmiyyətin aparıcı və görkəmli şəxslərinin bir qismidir. Keçmişlə fərqi budur.579
Dostları ilə paylaş: |