Hazırkı dövrdə din alimlərinin çoxlu problemləri
Hər bir dövrün tələbi var. Bir zaman İslamın Quran kimliyini müdafiə etmək üçün kitablar yazırdıq, dəlillər göstərirdik, danışırdıq; bir qrup dinləyici, mürid və istəyən də vardı. Bunları bizdən eşidirdilər və işimiz görülürdü. Tağut rejimi də bundan artığına icazə vermirdi. Bəziləri daha zirək olub daha geniş fəaliyyətlər göstərirdilər, bəziləri də minimumla kifayətlənirdilər. Bəs bu gün necə?
Bu gün mənim və sizin məsuliyyətimizi ağırlaşdıran iki amil var. Bir amil düşüncə təbliğatı yollarının inkişafıdır. Siz görün bu gün televiziya, radio, elektron cihazlar, internet və digər rabitə vasitələri dünyada hansı məqsədlərə xidmət edir. Bu gün hegemonizm xəncər göstərməklə kifayətlənmir; xəncər də göstərir, amma onun kənarında xalqları yanlış düşüncəyə, yanlış yola, zülmkar və fəsadçı üsula məcbur etdirmək üçün digər onlarla vasitədən istifadə edir.
Bu gün danılmaz faktlarla sübuta yetmişdir ki, Hollivudun böyük kino şirkətləri ABŞ-ın hegemon dairələri ilə sıx əməkdaşlıq edir. Bu gün çoxlu sənət adamlarının, rejissorların, aktyorların, pyes yazanların, ssenaristlərin və investorların yer aldığı onlarla böyük film şirkətinin toplandığı bu böyük film və kino mərkəzi bəlli məqsədlərin xidmətində hərəkət etməkdədir. O məqsədlər ABŞ dövlətini də idarə etməkdə olan hegemon siyasətin məqsədlərindən ibarətdir. Bunlar kiçik məsələlər deyil.
Bu gün siz İslamı, dini, həqiqəti və düz yolu həm xalqa göstərmək, həm də xalqı bu yola çıxarmaq üçün böyük problemlərlə üz-üzə qalmısınız. Gərək özümüzü dövrə uyğunlaşdıraq. Şübhələr yüz il, iki yüz il bundan öncəki şübhələr kimi deyil. Sizin övladınızın, tələbənizin, hətta şagirdinizin beyninə yeridilən şübhələr günün şübhələridir. Buna qarşı kim mübarizə aparmaq istəyir? Din alimlərindən və əqidə sərhədçilərindən başqa kim bu zəhərli oxların qarşısında dayanmalıdır?!585
Dostları ilə paylaş: |