Yeddinci fəsil: Universitetlə birlik
Hövzə və universitet birliyinin mənası
İslam quruluşunda elm və din yanaşı hərəkət etməlidir. Hövzə və universitetin birliyi budur. Hövzə və universitetin birliyinin mənası bu deyil ki, mütləq hövzə ixtisasları universitetdə və universitet ixtisasları hövzədə tədris olunsun. Xeyr, buna lüzum yoxdur. Əgər hövzə və universitet bir-birilə əlaqədə olsa, əməkdaşlıq etsələr, bir-birinə yaxşı münasibət bəsləsələr və kömək göstərsələr, elm və din adlı bir müəssisənin iki şöbəsi olacaqlar. Elm və din bir müəssisədir, birgədir. Bu müəssisənin iki şöbəsi var: biri elm hövzələri, digəri isə universitetlər. Amma bunlar bir-biri ilə əlaqədə, bir-birinə qarşı nikbin olmalı, birgə işləməli, bir-birindən ayrılmamalı və bəhrələnməlidirlər. Bu gün elm hövzələrinin öyrənmək istədiyi elmləri universitet mənsubları onlara öyrətsinlər, universitet tələbələrinin ehtiyacı olan din və dini bilgiləri də hövzə alimləri onlara öyrətsinlər. Universitetlərdə ruhani nümayəndələrinin fəaliyyəti buna görədir. Çox yaxşı olar ki, bu əlaqələr proqramlı şəkildə idarə olunsun. Bu ən yaxşı və ən təbii vəhdətlərdən biridir.
Bildiyiniz kimi, repressiya dövründə - zalım rejimin ruhaniləri ali təhsilli insanlardan ayırmaq üçün bütün vasitələrdən istifadə etdiyi zaman bir qrup ayıq, alim, ağıllı, məsləhəti bilən və xeyirxah ruhanimiz universitetlərlə əlaqələri möhkəmləndirdilər. Bu yönümdə ən yaxşı işlər mərhum Ayətullah Mütəhhəri kimi alimlərin universitetlərdə çıxışları idi. Mərhum Doktor Müfəttih də belə ruhanilərin ən fəal və aktivlərindən idi.586
Dostları ilə paylaş: |